O GÜNLƏR... VƏ YA POEZİYA AXŞAMLARI

 

70-ci illərin sonu – 80-cı illərin əvvəlləri idi. Əslində, Sovet İttifaqının da sonuna az qalmışdı, ancaq o sonluğun sürətini, yəqin ki, kimsə təsəvvürünə gətirə bilməzdi.

O zaman Yazıçılar İttifaqının gözəl bir ənənəsi var idi: Bakıda poeziya axşamları keçirilirdi. Yazıçılar, şairlər, publisistlər, tərcüməçilər, ümumiyyətlə, şəhərin ədəbi ictimaiyyəti Bakının ən gözəl, xudmani bağlarından biri olan Sabir bağına və yaxud mərkəzin ən gurultulu, insanlarla aşıb-daşan Füzuli meydanına yığışırdı, aktyorlar klassiklərin əsərlərini səsləndirirdi, şairlər öz şeirlərini oxuyurdu.

Atam məni və bacım Humayı tez-tez bu poeziya axşamlarına (əslində, poeziya bayramlarına) aparırdı və demək olar ki, mənim Azərbayjan poeziyasının böyük nümayəndələri Nizami, Xaqani, Nəsimi, Füzuli, Vaqif, Seyid Əzim, Natəvan, Sabir, Hadi və başqaları ilə tanışlığım buradan başlamışdı...

O poeziya axşamlarının öz spesifik auditoriyası var idibu auditoriya, belə demək olarsa, öz mikroiqlimini yaratmışdı. Bu iqlimson dərədə səmimi və sıcaq poeziya atmosferi idi, romantik, lirik hisslərin, eyni zamanda, milli koloritin, dərin psixoloci fikirlərin, əsl sənətkarlara xas olan azadlıq və bəlkə də dəliqanlılıq ifadələrinin qarışığı idi...

Dediyim kimi, böyük şairlərimizlə tanışlığım burada başlamışdır və mən onların şeirlərinə qulaq asarkən, müasir şairlərimizin, tənqidçilərimizin onlar haqqında fikirlərini dinlərkən, onların heykəllərini seyr edirdim və elə bil, onlar janlanırdı, yavaş-yavaş nəfəs almağa başlayırdı, onların üz ifadələri dəyişirdi, gözləri bizi görürdü və mənim aləmimdə bütün bunlar arasında bir harmoniya, bir uyğunluq var idi və elə bil, həyatın axarının əksinə, şeirlər onlarabu soyuq daşlara – həyat verirdi...

O zaman mən hələ anlamırdım ki, tarixi hadisələrin, o dövrün zəngin mədəni-ədəbi həyatının bir hissəsinin şahidi oluram.

Əslində, mən hələ başa düşmürdüm ki, böyük sənətkarlarımızla yanaşı, o dövrün, hətta gələjək dövrlərin görkəmli şairləri Süleyman Rüstəm, Rəsul Rza, Mirvarid Dilbazi, Balaş Azəroğlu, Bəxtiyar Vahabzadə, Mədinə Gülgün, Hüseyn Arif, Qabil, Söhrab Tahir, Qasım Qasımzadə, Məmməd Araz, Jabir Novruz, Hökumə Billuri, Nəbi Xəzri, Nəriman Həsənzadə, Tofiq Bayram, Xəlil Rza, Famil Mehdi, Hüseyn Kürdoğlu, Fikrət Qoca, Fikrət Sadıq, İlyas Tapdıq, İsa İsmayılzadə, Rəfiq Zəka, Arif Abdullazadə, Məmməd Aslan və başqaları ilə tanış oluram, onların təkrarolunmaz səslərini, ifa tərzlərini janlı görmək və duymaq mənə nəsib olur...

Bu insanların çoxu babam İlyas Əfəndiyevin, o biri babam Teymur Elçinin, atam Elçinin dostları, tanışları idi, çoxu bizim evə gəlib-gedən, həmişə mənimlə mehriban görüşən adamlar idi, anjaq o poeziya axşamlarında onlar mənim uşaq təsəvvürümdə dəyişib başqalaşırdılar – onlar Şair olurdular...

O zaman gənj şairlər “qvardiyasında” olan Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Vaqif Bayatlı Önər (o zaman Vaqif Jəbrayılzadə idi), Tahir Aslanlı, Maarif Soltan da, yadıma gəlir, o heykəllərin altında öz şeirlərini oxuyurdular.

Sonra yazıçıların Şüvəlandakı Yaradıcılıq Evinin unudulmaz yay günləri başladı.

buranın da öz aurası var idi...

Yaradıcılıq Evinin həyətinin ortasında sıx şam ağajları ilə hər tərəfdən əhatə olunan kiçik bir alleya var idi. Ora hər zaman kölgə idi, çünki ağacların budaqları, yarpaqları əlçatmaz yüksəklərdə, göylərdə, elə bil, yay günəşinin yandırıcı şüalarına qarşı birləşmişdilər.

Alleya Yaradıcılıq Evində dincəlməyə, əslində isə işləməyə gəlmiş yazıçılarınƏnvər Məmmədxanlı, Abbas Zamanov, Mədinə Gülgün Balaş Azəroğlu, İshaq İbrahimov, Hüseyn Abbaszadə, Əzizə Jəfərzadə, Arif Abdullazadə, Hidayət Orucov, Vaqif Cəbrayılzadə, Maarif Soltan başqalarının ən çox sevdikləri yer idi kimi o alleyadakı skamyalarda oturub (indiki kimi gözümün qabağındadır) şahmat (ən çox da atam ilə Ənvər Məmmədxanlı), kimi nərd oynayırdı, kimi eynəyini taxıb diqqətlə təzə qəzetləri oxuyurdu (ən çox da unudulmaz Abbas Zamanov), kimi əlində təsbeh tək, kimi kiminsə qoluna girib söhbət edə-edə tələsmədən alleyanın bir başından o biri başına gəzişirdi.

Mən bütün bunları ona görə yada salıram ki, mənim uşaq təsəvvürümdə Şüvəlandakı Yaradıcılıq Evinin ab-havası ilə o poeziya axşamları arasında bir doğmalıq var idi, onlar bir-birinin davamı idi...

Sonra Qarabağ hadisələri başladı qaçqınlarımız, məjburi köçkünlərimizdoğma yurd-yuvalarından, ata-baba torpaqlarından qopub gəlməyə məjbur olmuş bu günahsız talesiz insanlar Şüvəlan Yaradıcılıq Evinin sakinləri oldu...

o günlər, yazıçılar aləminin ayrılmaz bir hissəsi artıq tarixdə qaldı...

Həyatın növbəti səhifəsi qapanaraq keçdi keçmişə...

Bizim yay günlərimiz əsasən Zuğulba bağında davam etdi...

qəribədir, əslində burada yazıçılar yox idi, şairlər şeir oxumurdu, lakin, elə bil ki, İlyas Əfəndiyev öz şəxsiyyəti ilə, söhbətləri, xatirələri ilə o poeziya axşamlarının ab-havasını gətirirdi. O, öz qələm dostları haqqında xatirələr söyləyir, həqiqətən baş verən gülməli faktları, məzəli əhvalatları, zarafatları danışırdı danışdıqja da, gözləri başlayırdı parıldamağa, elə bil, özü o anlara qayıdır, yenidən o günlərin iştirakçısı olurdu...

Mən İlyas Əfəndiyev haqqında bu şeirləri oxuyarkən, onları bir-bir bu kitaba daxil edərkən o günləri, o poeziya axşamlarını xatırladım...

Həyatda İlyas Əfəndiyev özü çox poetik bir adam idi.

O, insanların dünyasını mükəmməl dərəcədə bilən qəhrəmanlarına zəngin hisslər, duyğular, ehtiraslar yaşadan bir yazıçı idi.

Onun hər bir əsərində bir az əvvəl bəhs etdiyim poeziyaya ümumiyyətlə, əsl sənətə məxsus olan o dəliqanlılıq, o söz mərdliyi, eyni zamanda dərinlik əlbəttə, lirika öz yerini tapırdı...

yəqin, elə buna görə mən bu kitab vasitəsiylə sizləri İlyas Əfəndiyevə həsr olunmuş poeziya axşamına dəvət edirəm...

 

18 iyun 2010.

B a k ı.

 

 

GÜNAY ƏFƏNDİYEVA

 

525-ci qəzet.- 2010.- 2 oktyabr.- S.19.