ŞEİRƏ SIĞMAYAN ÖMÜR...

 

Yaxın günlərdə İlyas Əfəndiyevə həsr olunmuş şeirlər kitabı (tərtib edəni redaktoru Günay Əfəndiyeva) işıqüzü görəcəkdir.

Oktyabr ayının 3-ü böyük ədibimizin xatirə günüdür.

Həmin kitaba yazılmış ön sözləri və bəzi şeirləri oxuculara təqdim edirik.

 

Təzələr içində təzədən təzə,

Köhnələr içində köhnə kişiydi.

Uja şəxsiyyəti, əsərləriylə

Tamaşa kişiydi, səhnə kişiydi...

 

Zəlimxan Yaqub

 

Bu kitabın nəşri İlyas Əfəndiyevin şəxsiyyəti və yaradıjılığı ilə bağlı, olsun ki, bir az qeyri-adi, ancaq əlamətdar ədəbi hadisədir.

Bu kitaba Azərbayjan şairlərinin İlyas Əfəndiyevə həsr etdiyi şeirlər toplanmışdır.

Təmtəraqlı çıxmasaydı, deyərdim, bu kitabşeir çələngi, poeziya bukletidir.

Poeziya, əlbəttə, ilk növbədə səmimiyyətdir.

İlyas Əfəndiyev o azsaylı sənətkarlardandır ki, şəxsiyyəti səmimiliyin ifadəçisi olduğu kimi yaradıcılığı da səmimiyyət ifadə edirdi. Bu mənada onun şəxsiyyəti ilə yaradıcılığı arasında üzvi bir vəhdət var idionun şəxsiyyəti ilə yaradıcılığı əslndə bir-birini tamamlayırdı.

Və yəqin elə buna görə də neçə illərdir ki, İlyas Əfəndiyevin şəxsiyyəti də, yaradıcılığı da Azərbaycan poeziyasının mövzularından birinə çevrilmişdir. O, bəlkə də, haqqında ən çox şeir yazılmış nasirimizidirİlyas Əfəndiyevi xatırladıqca, onu yenidən oxuduqca, mən bu cəhəti çox əlamətdar hesab edirəm.

... 1939-ju ildə İlyas Əfəndiyevin ilk kitabı – “Kənddən məktublar” nəşr olundu və dərhal diqqət mərkəzinə keçdi.

Bu, SSRİ tarixinin elə bir dövrü idi ki, 37-38-ci illərdəki Stalin repressiyalarının dəhşəti hələ davam edirdihakim ideologiya da bədii-estetik repressiya(!!!) ilə məşğul idi: sənətkarlar öz yaradıcılıqları ilə Sistemin tərənnümünə, bədiiyyatı Sistemin tələb etdiyi vulqar-sosiologiya ilə əvəzləməyə məjbur edilirdi; Sistem günahsız insanları “xalq düşməni” kimiifşaetdiyi, güllələdiyi, gedər-gəlməzə göndərdiyi kimi Sistemin təhriki (və qorxusu!) ilə sovet ədəbiyyatı da bir sıra hallarda bu qara işi kitab səhifələrində, teatr səhnələrində icra edirdi; yalnız ayrı-ayrı sənətkarlar deyil, əslində, bütövlükdə ədəbiyyat Sistemin məhkumu idi...

Belə bir vaxtda əyalətdən gəlmiş və heç kimin tanımadığı 25 yaşlı bir müəllif şirin, şairanə bir dillə yazılmış və dövrün siyasi ab-havasından tamam uzaq lirik-psixoloci etüdlərdən, romantik hiss-həyəjanların təsvirindən ibarət, sevgidən, mənəvi saflıqdan, təmiz arzulardan bəhs olunan hekayələri oxujulara təqdim edir.

oxucu bu kitabı dərhal qəbul edir!

Bəs ədəbi ictimaiyyət, tənqid?

Maraqlısı da budur ki, elə bil, ədəbi ictimaiyyət də, tənqid də daha vulqar-sosioloci makulaturadan, sosrealizm doğmalarından cana gəlib, yorulub və bəlkə də təhtəlşüur olaraq, Sistemin qorxunc çərçivələrindən kənara boylanaraq, bədiiyyatın xiffətini çəkir...

Hər halda, həqiqət bundan ibarətdir ki, “Kənddən məktublar” Azərbaycan ədəbi mühitində səs saldı, oxucuların sevgisini, ədəbi tənqidin rəğbətini qazandı.

O dövrün mətbuatını vərəqləsənız görərsiniz ki, İlyas Əfəndiyevi – bu gənc yazıçını “həyatın aktual problemlərindən” kənara çəkilməkdə, “sovet həyat tərzini” duymamaqda, “xoşbəxt gələcək uğrunda mübarizəni”, “sadə insanların rəşadətli əmək qəhrəmanlıqlarını” görməməkdə (mən bu ifadələri həmin məqalələrdən götürmüşəm) və s.-də günahlandıran yazılar, fikir və mülahizələr də inersiya ilə mətbuata yol tapıb və mən bu kobud vulqar-sosioloci ittihamların müəlliflərinin adını çəkmirəm, çünki o ittihamların böyük əksəriyyəti Sistemin panikal qorxusu və diqtəsi ilə yazılıb, ancaq ümumilikdə (dövrün kontekstində paradoks da bundadır!), “Kənddən məktublar” oxucularla bərabər, bir küll halında “ədəbi funksionerlər” tərəfindən də qeyri-rəsmi qəbul edildi.

Maraqlısı bir də bundadır ki, sonrakı illərdə İlyas Əfəndiyev “Kənddən məktublar”dakı hekayələri heç bir kitabına daxil etməyib və bu barədə söhbət düşəndə o, həmin hekayələrdəki səmimiliyi, yeniliyi, dövrün konyukturasından uzaqlığı qeyd etməklə bərabər, onların hələ ilk qələm təcrübəsi olduğunu deyirdi...

Yalnız 2002-ci ildə – düz 63 ildən sonra – mən İlyas Əfəndiyevin böyük yeddicildlikSeçilmiş əsərləri”ni çapa hazırlayarkən, o hekayələri həmin nəşrə daxil etdim.

Mən bütün bunları nə üçün yazıram?

Ona görə ki, həmin dövrdən – 1939-cu ildən etibarən İlyas Əfəndiyev yaradıjılığı Azərbaycan ədəbi tənqidinin, ictimai fikrinin, yuxarıda yazdığım kimi diqqət mərkəzində olub. XX əsrin 40-jı illərindən etibarən Azərbayjan ədəbi tənqidinin, yəqin, elə bir nümayəndəsini tapmaq mümkün deyil ki, İlyas Əfəndiyev haqqında yazmasın. Hətta yazıçı və şairlərin də əksəriyyəti İlyas Əfəndiyev haqqında çox yazıblar (Səməd VurğunSüleyman Rəhimov, Mirzə İbrahimovMehdi Hüseyn, Süleyman Rüstəm və Mirvarid Dilbazi, Bəxtiyar Vahabzadə və İsmayıl Şıxlı və bir çox başqaları). Eyni zamanda Fikrət Əmirov və Tofiq Quliyev, Mikayıl AbdullayevTahir Salahov, Səid Rüstəmov və Adil İsgəndərov, Mehdi Məmmədov və Süleyman Ələsgərov, İsmayıl Dağıstanlı və Leyla Bədirbəyli və bir çox başqa böyük sənət xadimlərimiz də vaxtaşırı İlyas Əfəndiyev haqqında yazmış, onun şəxsiyyəti və yaradıjılığı barədə ürəkdən gələn bir hərarətlə söz demişlər.

İlyas Əfəndiyevin yaradıcılığı bir çox elmi monoqrafiyaların, dissertasiyaların mövzusu olmuşdur və həmin dissertasiyalar bu gün də müdafiə edilir.

Ancaq belə zəngin bir biblioqrafiya ilə bərabər, bu kitab, dediyim kimi qeyri-adi və əlamətdar hadisədir.

Çünki söhbət elmi-nəzəri tədqiqatlardan, məqalələrdən, esselərdən, xatirələrdən, buya digər münasibətlə söylənmiş fikir və mülahizələrdən yox, poeziyadan gedir.

Bu kitaba 34 Azərbaycan şairinin müxtəlif illərdə İlyas Əfəndiyevə həsr etdikləri 37 şeir toplanıb.

Qəribədir, bəzən kiçik bir şeir böyük bir bioqrafiyanın, zəngin və zəngin olduğu qədər də mürəkkəb bir xarakterin ayrı-ayrı çalarlarını, məxsusi cəhətlərini ifadə edə bilir.

İstedad və sənətkarlıq dediyimiz vergi də elə bundadır.

Ramiz Rövşənin “İlyas müəllimin xatirəsinə” şeiri cəmi üç kiçik bənddən ibarətdir, ancaq mən o şeiri oxuyanda İlyas Əfəndiyevi aydın gördümaz qala cismani hiss etdim.

İlyas Əfəndiyevin hələ lap gənc vaxtlarından etibarən istedadına, məhsuldarlığına, oxucular və tamaşaçılar tərəfindən sevilməsinə qısqanj yanaşmalar, onun yaradıcılığına cahilnadan münasibət də (təkcə elə “Körpüsalanlar” romanı ilə bağlı yazıları, Azərbaycan ədəbi tənqidindəki “Səriyyə məsələsi”ni xatırlamaq, güman edirəm ki, kifayətdir) az deyildi, ancaq bunlar İlyas Əfəndiyev üçün tamam əhəmiyyətsiz bir idio, həmişə öz daxili dünyası ilə bir yerdə idi, həmin dünyanın diqtə etdiyi mövzunu qələmə alırdı:

 

Daş atanlar az olmadı

Bu kişinin əkdiyinə.

Sevənlərdən yaza-yaza

Çəkildi öz təkliyinə...

 

İlyas Əfəndiyev çox emossional, zəngin hissiyyatlı bir insan idi, anjaq eyni zamanda, yeri düşəndə sərt və ötkəm idi:

Hərdən yaşla doldu gözü,

Bir jüt gölə döndü gözü,

Hərdən elə döndü üzü

Daş mat qaldı bərkliyinə...

 

İlyas Əfəndiyevin həyat yolu heçchlə hamar yox, əksinə, bir sıra məqamlarda çox kəşməkeşli olmuşduonun ən böyük həmsöhbəti qarşısındakı vərəq idi. Həmin vərəqin ağlığı, təmizliyi ilə onun daxili aləmi arasında tam bir eynilik var idi:

 

Dünyayla küsdü-barışdı,

vərəqə könül açdı,

Qarışdı, ruhu qarışdı

vərəqin paklığına...

 

Bunlar Ramiz Rövşənin İlyas Əfəndiyev şəxsiyyətində və yaradıclığında gördükləri və bəlkə də, gördüklərindən daha çoxhiss etdikləridir.

Ancaq hər şairin, hər sənətkarın öz baxış bujağı, öz hisslər dünyası var.

Və yəqin elə buna görə də Günay bu kitabın adını “Şeirə sığmayan ömürqoyub və mən də bu kiçik önsözü belə adlandırdım.

İnsanın ömrü – xislətin ömrüdür.

Buna görə də bu mənada ömür nəinki bir şeirə, hətta romana, epopeyaya da sığmır.

Daha geniş, daha qlobal, daha bünövrədən götürsək, ömür (xislət!) ədəbiyyatın (və ümumiyyətlə, sənətin!)yarandığı gündən bu günə qədər dediklərinə sığmayıb.

Əgər sığsaydı, yəqin, sənətin son nöqtəsi qoyulardı, yəni ki, daha deməyə söz qurtarıb...

Günay rəssamların, heykəltəraşların İlyas Əfəndiyev mövzusunda işlədiyi bir sıra əsərlərin repraduksiyalarını da bu kitaba daxil edibgüman edirəm ki, poeziya ilə rənggarlıq həmişə olduğu kimi bu dəfə də bir-birini yaxşı tamamlayır.

Bizim Böyükağa Mirzəzadə, Kamal Ələkbərov, Tofiq Ağababayev, Hafiz Zeynalov, Elşən Hajızadə, Natiq Əliyev, İsmayıl Məmmədov və başqaları kimi rəssam və heykəltəraşlarımız müxtəlif vaxtlarda İlyas Əfəndiyevin portretlərini işləmişlər.

Orasını da deyim ki, İlyas Əfəndiyev təbiəti etibarilə rəssamın qarşısında əyləşib poza verən adam deyildi, buna nə hövsələsi çatırdı, nə də ki, həvəsi var idi. Yadıma gəlir, Mikayıl Abdullayev İlyas Əfəndiyevin (onların arasında çox ilıq bir münasibət var idi)portretini çəkmək istəyirdi, telefonla bizə zəng edib, onu emalatxanasına dəvət edirdi ki, portreti biləvasitə naturadan çəksin və hər dəfə də İlyas Əfəndiyev söz verirdi ki, gələjək...

Və beləliklə də, o portret çəkilmədi...

İlyas Əfəndiyevin uşaqlıq dostu Calal Qaryağdı da vaxtaşırı onu emalatxanaya dəvət edirdi ki, portretini işləsin, amma o portret də, eləjə, yaranmadı...

Və mən bu misalların sayını xeyli artıra da bilərəm...

Ancaq biz yenə poeziyaya qayıdaq.

Bu kitabın müəllifləri XX – XXI əsr şairlərimizin müxtəlif nəsillərinə mənsubdurlar.

Süleyman Rüstəm, Mədinə Gülgün, Qabil, Hüseyn Kürdoğlu, Vilayət Rüstəmzadə... mənim yaxşı tanıdığım, uzun illər boyu mehriban, istiqanlı ünsiyyətdə olduğum bu gözəl insanlar artıq Haqq dünyasındadır.

Gedənlərin ruhu şad olsun, qalanlara, bu gün də yazıb-yaradanlara isə mən onların bu kitaba toplanmış şeirlərinin səmimiyyəti ilə yoğrulmuş ən gözəl arzularımı bildirirəm.

 

8 iyul 2010. B a k ı.

 

 

ELÇİN

 

525-ci qəzet.- 2010.- 18 oktyabr.- S.18.