Şahzadə və bacatəmizləyən” Sumqayıt Teatrının səhnəsinə çıxacaq

 

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram TeatrındaŞahzadə bacatəmizləyənadlı tamaşa hazırlanır. Rusiya yazıçısı Leonid Juxovitskinin eyni adlı əsəri əsasında hazırlanan tamaşanın quruluşu rejissor Vasif Məmmədova məxsusdur. Süjet xətti müflis olmuş kral onun qızı üzərində qurulan səhnə əsərində rolları Növrəstə Həşimova, Mətanət Əmrullayeva, İradə Zeynalova, İlahə Səfərova, İlqar İbrahimov, Vüsal Mustafayev, Ceyhun Məhərrəmov bölüşürlər. Tamaşanın musiqi tərtibatını Telman Qəniyev, səhnə quruluşunu isə Mübariz Əliyev verib. Bu tamaşa ilə 43 yaşlı Sumqayıt teatrı mövsümün ilk premyerasına imza atacaq. Sumqayıt Teatrının kollektivi oktyabrın 22-də Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşəcək. Qeyd edək ki, teatr kollektivi orada keçiriləcək teatr festivalında iştirak edəcək.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 12 oktyabr.- S.7.