Həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının sərgisi bu gün açılır

 

Oktyabrın 15-də Muzey Mərkəzində həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət Respublika sərgisi açılacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sərgidə 70-dən çox müəllifin 300-ə yaxın müxtəlif janrda əl işləri nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən təşkil edilən sərgidə rəngkarlıq və qrafika əsərləri ilə yanaşı heykəltəraşlıq, xalçaçılıq, zərgərlik, nəqqaşlıq, dulusçuluq, bədii tikmə və digər tətbiqi sənət nümunələrinə geniş yer verilib. Beş nominasiya üzrə keçirilən sərgi-müsabiqədə, əsərləri xüsusilə fərqlənən müəlliflərə münsiflər heyətinin qərarına uyğun olaraq 1-ci, 2-ci və 3-cü dərəcəli diplomlar, pul mükafatları, fəxri fərmanlar təqdim olunacaq. Sərgi iki gün davam edəcək.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 15 oktyabr.- S.7.