Bakıda klassik musiqi axşamı

 

Oktyabrın 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin iştirakı ilə klassik musiqi axşamı gerçəkləşəcək. Kollektivin bədii rəhbəri və baş dirijoru xalq artisti Rauf Abdullayevdir. Konsertin solistləri ABŞ-ın Cülyard Musiqi Akademiyasının professoru, BMT-nın nəzdindəki Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, beynəlxalq müsabiqələr laureatı, pianoçu Oksana Yablonskaya və beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti Fəridə Məmmədovadır. Konsertdə Volfqanq Amadey Motsart, Qustav Maler və digər dünya şöhrətli bəstəkarların əsərləri ifa olunacaq.

 

 

Hüsniyyə

 

525-ci qəzet.- 2010.- 22 oktyabr.- S.7.