“Şəms və Mövlana” kitabı çapdan çıxıb

 

Bu yaxınlarda “Nurlan” nəşriyyatında tanınmış şərqşünas alim, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu İran filologiyası şöbəsinin müdiri Məsiağa Məhəmmədinin “Şəms və Mövlana” adlı yeni kitabı işıq üzü görüb. Kitaba sufizmin və bütövlükdə Şərq bədii-fəlsəfi düşüncəsinin ən parlaq simalarından olan Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumi haqqında məqalələr, eləcə də onların yaradıcılığından tərcümələr daxil edilib. Məqalələrdə Azərbaycan şərqşünaslığı və ədəbiyyatşünaslığında ilk dəfə olaraq, Şəms Təbrizinin gerçək şəxsiyyəti və düşüncələri üzərinə işıq salınıb, onun bioqrafiyasının bəzi qaranlıq və mübahisəli məqamlarına aydınlıq gətirilib, eləcə də Mövlananın irəli sürdüyü fəlsəfi-ictimai təlimin yığcam və anlaşıqlı şərhi verilib. Qeyd edək ki, kitabda yer alanorijinaldan edilən tərcümələr Azərbaycan oxucusuna ilk dəfə təqdim olunur.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 26 oktyabr.- S.7.