Qarabağ bülbüllərinin Qarabağ səfəri

 

On altı ildən bəri didərgin həyatı yaşayan “Qarabağ bülbülləri” Qarabağa gedirdi. Amma bu, qayıdış deyildi, sadəcə Ağdam rayonunun bizdə olan hissəsində yaşayanlar vətənin keşiyində dayanan hərbçilər qarşısında konsert proqramı ilə çıxış etməyə gedirdiBülbüllər”. Söhbət dünyanın bir çox səhnələrini milyonlarla tamaşaçının ürəyini fəth etmiş, yaradıcısı qırx ilə yaxın bir müddətdə rəhbəri Murad Rzayev olan, Ağdam rayon Uşaq yaradıcılıq mərkəzininQarabağ bülbülləriansamblından gedir. Ansambl 655 saylı qatarla Bakıdan Ağdama yol almışdı. Ancaq Qarabağ həminki idi, Bülbüllər”. Ötən on altı ildə ansamblın heyəti dəfələrlə dəyişmişdi. İndi Ağdama gedən uşaqların çoxu ağdamlı olsalar da Ağdamı ancaq televiziya ekranlarında görmüşdülər. Ağdam indi onların ruhlarında səslərində yaşayırdı. Ürəklərində Ağdamı öz düşündükləri kimi təsəvvür edən bu yeniyetmələr bütün gecəni qatarda keçirərək, səhərin alatoranında AğdamınTək çinarstansiyasına çatdılar. İyirmi beş nəfərlik kollektivi doğma yurd göz yaşlarıyla qarşıladı. Yağış yağırdı. Sanki hava da kövrəlmişdi, yurd həsrətli övladlarını ağlaya-ağlaya qarşılayırdı. Bu səfərin təşəbbüsçüsü təşkilatçısı Ağdam rayon xalq təhsili şöbəsinin müdiri Elmira xanım Şükürova idi. Dəmiryol vağzalına ansablı lazımi yerlərə çatdırmaq üçün avtobus da göndərmişdi. Uşaqlar Qarabağın dağlardan gələn təmiz havasını ciyərlərinə çəkə-çəkə vağzal yaxınlığındakı kiçik bir yeməkxanada iştahla səhər yeməyi yedikdən sonra avtobusa minərək N saylı hərbi hissəyə yollandılar. 2009-cu ilin dekabr ayının 30-u idi. Bu konsert qarşıdan gələn Yeni il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təşkil olunmuşdu. Yağış yağmasına baxmayaraq, hərbi hissənin bütün zabit əsgərləri açıq havada Bakıdan gələn ağdamlıBülbülləri gözləyirdilər. Çox keçmədi ki, konsert başladı bir-birini əvəz edən mahnılar hərbçilərin sürəkli alqışları ilə qarşılandı. Müğənnilər Aygün Məmmədzadə, Babil Sultanov, Nihad Məlikli, Aysel Vəliyeva, Turan Səfərli, Həmidə Əhmədova, Günel Əliyeva, Urfan Cəfərov, Suqra Sultanova, kamança ifaçısı Zərqələm Cəfərova, rəqqasə Asunda Səlimli ansamblın konsertmeysrtri Fərid Rzayevin ifa etdikləri mahnılar əsgərlərdə ruh yüksəkliyi yaratdı. Hətta musiqisi ansamblın rəhbəri Murad Rzayevə məxsus olanQarabağ yallısırəqsi ifa olunarkən əsgərlər ansambl üzvləri ilə əl-ələ verib, rəqs etdilər. Konsertin aparıcısı, ansamblın solisti Günel Əliyeva da üzərinə götürdüyü vəzifənin öhtəsindən peşəkarcasına gəldi. Konsertin sonunda hərbi hissənin komandiri ansambl üzvlərinə hissənin zabit əsgər heyəti adından minnətdarlığını bildirdi.

Beynəlxalq ümumittifaq festivalların laureatıQarabağ bülbülləriansamblı elə həmin gün Ağdamın idman kompleksində yerli ictimaiyyət qarşısında da konsert proqramı ilə çıxış etdi. Bir-birindən istedadlı ansambl üzvləri rəngarəng mahnılarla həmyerlilərini riqqətə gətirdilər. Konsert bir neçə saat davam etsə , tamaşaçılar gənc istedadların ifasından doymaq bilmirdilər.

Keçmiş SSRİ-nin maarif əlaçısı, Azərbaycanın qabaqcıl maarif xadimi Murad RzayevinQarabağ bülbülləriansamblının üzvləri həmin gün Şuşaya qalxa bilməsələr , öz zil səsləri ilə Qarabağ səmasını fəth etdilər yəqin ki, onların ifaları uzun müddət ağdamlıların yaddaşından silinməyəcək. Ansamblın üzvləri elə həmin gün çox maraqlı təəssüratlarla Bakıya qayıtdılar. Mən inanıram ki, tezliklə Qarabağ işğaldan azad ediləcək Qarabağ bülbülləriansamblının üzvləri Qarabağa konsert verməyə deyil, doğma ocaqlarına qovuşmaq üçün qayıdacaqlar.

 

 

GERMAN,

şair-publisist

 

525-ci qəzet.- 2010.- 6 yanvar.- S.7.