Yazıçı Sara OğuzlaZiyalı ünsiyyəti

 

Yanvarın 3-də yazıçı Sara Oğuz Nəzirova ilə görüş keçirilib. GörüşAydınlığa doğruMilli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyinin təşkilatçılığı ilə qurumun ənənə halını almışZiyalı ünsiyyətisilsilə tədbirləri çərçivəsində gerçəkləşib. Tədbirdə yazıçının ingilis dilində işıq üzü görmüşSelected Works” (Seçilmiş əsərləri) kitabının növbəti təqdimatı olub. Mərasimi giriş sözü ilə açan fəlsəfə elmləri doktoru, professor Rəfiqə Əzimova S.Oğuzun yaradıcılıq taleyindən danışıb. S.Oğuzu yaxından tanıdığını çıxışında önə çəkən yazıçı Mənzər Nigarlı onun keşməkeşli həyat yolundan gözəl insani keyfiyyətlərindən söz açıb. Bakı Dövlət Universitetinin kafedra müdiri Mömünat Ömərova, “Neftçiqadınlar cəmiyyətinin sədri Solmaz Hacıyeva, rəssam-animator Elçin Axundov, tənqidçi-yazar Aydın Talıbzadə, xalq artisti Şükufə Yusupova S.Oğuzun yaradıcılığı haqqında fikirlərini bölüşüblər. Tərcüməçilər Vahid Türksoy Vaqif Qəmbərov sözügedən kitaba daxil edilmiş əsərləri ingilis dilinə çevirərkən böyük həvəslə çalışdıqlarını söyləyiblər. S.Oğuz tədbiri təşkil edən birliyə, görüşdə iştirak edən qonaqlara, kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Sonda birliyin sədri Solmaz Əmirli Sara Oğuzun yaradıcılığına ehtiramını bildirib, yazıçıya hədiyyə xatirə diplomu təqdim edib.

 

 

 Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2010.- 6 yanvar.- S.7.