Vəli Qədimov Muğam Teatrında yad edilib

 

Dövlət Muğam Teatrında tanınmış klarnet ifaçısı Vəli Qədimovun xatirə gecəsi keçirilib. Bu barədə qəzetimizə teatrın direktoru, xalq artisti Arif Qazıyev məlumat verib. Mərasimdə A.Qazıyev məşhur klarnet ustasının həyat yaradıcılığından söz açıb: “Vəli Qədimov görkəmli sənətkar Baba Salahovun rəhbərlik etdiyi ansamblda fəaliyyətə başlayıb. Az vaxt ərzində istedadı ilə ustad sənətkarların diqqətini cəlb edərək xalqın sevdiyi ifaçılardan olub”. Gecədə xalq artistləri Arif Babayev, Canəli Əkbərov V.Qədimovun digər sənət dostları, yaxınları Azərbaycan musiqi mədəniyyətinin inkişafında, xarici ölkələrdə təbliğində V.Qədimovun böyük xidməti olduğunu vurğulayıblar, sənətkarla bağlı xatirələrini bölüşüblər. Mərasimdə V.Qədimovun yetirmələri müəllimlərinə həsr etdikləriXatirəmusiqili kompozisiyasını ilk dəfə göstəriblər. Tanınmış müğənnilərin ifasında xalq musiqisi nümunələri, bəstəkar mahnıları ifa olunub. Tədbir çərçivəsində həmçinin V.Qədimovun həyat yaradıcılıq fəaliyyətini işıqlandıran fotosərgi nümayiş etdirilib.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 14 yanvar.- S.7.