Kamil Nəcəfzadənin yubiley sərgisi nümayiş olunur

 

Dövlət İncəsənət Muzeyində xalq rəssamı Kamil Nəcəfzadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açılıb. Təbdirdə mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev, Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə, Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov, xalq artisti Rasim Balayev, şair Ramiz Heydər başqaları K.Nəcəfzadənin mənalı ömür yolundan, özünəməxsus yaradıcılıq üslubundan, bənzərsiz sənətkarlığından söhbət açıblar. Çıxış edənlərAzərbaycanfilmkinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayan K.Nəcəfzadənin 40 il ərzində onlarla kinofilmin yaranmasında iştirak etdiyini diqqətə çatdırıblar: “Kamil Nəcəfzadənin fəaliyyəti yalnız kinofilmlərə verdiyi tərtibatla yekunlaşmır, rəssam həmçinin rəngkarlıq, qrafika teatr sənətində öz sözünü deməyi bacarıb. O, respublikamızda xaricdə keçirilən bir çox rəssamlıq sərgilərinin iştirakçısı, fərdi sərgilərin müəllifi kimi tanınır. Onun əsərləri bu gün öz aktuallığını itirməyib tamaşaçılar tərəfindən yüksək dəyərləndirilir”.

K.Nəcəfzadə çıxışında bundan sonra da ömrünü doğma Vətənin gözəlliklərinin təsvirinə həsr edəcəyini bildirib. Qeyd edək ki, sərgidə rəssamın “Abşeronda səhər”, “Qara daşlar”, “Neft daşları”, “Axşam”, “Köhnə şəhər” rəsm əsərləri, həmçinin “Əsas müsahibə”, “Bir cənub şəhərində”, “Uzaq sahillərdə”, “Mən ki gözəl deyildim”, “Sən niyə susursan?”, “Bizi bağışlayın” və bu kimi 60-dan artıq əsəri nümayiş etdirilir. Sərgi bir həftə davam edəcək.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 14 yanvar.- S.7.