Çay daşları üzərində əbədi sənət yaradan rəssam

 

Ədalət Elman oğlu Pirverdiyev 1979-cu ildə Xaçmaz rayonunun Alıcqışlaq kəndində dünyaya göz açıb, 9 illik orta təhsilini həmin kənddə başa vurub. Sonra rayonda 92 saylı peşə liseyini bitirib. 1993-cü ildə isə, uşaqlıqdan vurğunu olduğu Ağçay, Qudyalçay, Vəlvələçay, Qusarçay, Qaraçayın təmiz sularında hələ körpəlikdən yuyulmuş müxtəlif rəngli çay daşları üzərində özü bilmədən çəkdiyi müxtəlif təsvirlər onu həmişəlik Vətənin çay daşlarında sənət yaratmaq işinə bağlayıb. Düz 16 ildir ki, Allahdan verilən istedadla sənətin ecazkarlığını duyan Ədalətin bu yaxınlarda 30 yaşı tamam oldu. 30 yaşın əzab-əziyyətli sənət pillələrinin isə 16 ilini könüldən vurulduğu təmiz çay daşları ilə ünsiyyətdə olan, keşməkeşli tariximizin müxtəlif illərində, yüzilliklərində yaşamış bəşəri şəxsiyyətlərimizin daş üzərində əbədi heykəllərini yaradan Ədalət deyir: “Yuxarıda adlarını çəkdiyim çaylarda həmişə böyük bir daşın üzərində dayanardım. Səmaya baxar, çayların suyunun şırıltısına dupduru axarına saatlarla baxar təmizlənər, təmizlənmiş çay daşları üzərində, dünyəvi fikirlərini bizə çatdıranların portretlərini bəs vaxt yaradacağam?” – deyə çox düşünərdim. “Yaradacağamsözünü çəkinə-çəkinə elə deyir ki, sanki gələcəkdə sənətinin zirvəsinə çatmaq üçün and içir...

2003-cü ildə elə bu fikirlərlə sənət məbədgahımız olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına üz tutur Təsviri sənət fakültəsinin Qrafika ixtisası şöbəsinə daxil olur. Akademiyada görkəmli rəssamlarımız R.Hüseynov, A.Rüstəmov, V.Ağayev başqalarından sənətin incəliklərini öyrənir. Özü dediyi kimi, insanlığı ilə sənətini həmişə uca tutan, dünya şöhrətli Ömər müəllimdən hər addımımda öyrənməyə can atır.

2005-ci ildə rayon sərgisində iştirak edən Ədalət Elmanın (Pirverdiyev) həyatında unudulmaz tarixi dəqiqələr baş verir. Ölkəmizin rəhbəri, yaradıcı gənclərə xüsusi qayğısı ilə seçilən cənab İlham Əliyev istedadlı tələbə-rəssam Ə.Pirverdiyevin yaradıcılığı ilə maraqlanır. Bu diqqət gənc Ədaləti daha da ruhlandırır, sənətdə cavabdehlik hisslərini bir qədər artırır.

2007-ci ildə isə Ədalət Elman müxtəlif janrlarda yaratdığı sənət əsərləri ilə Moldova Respublikasında təşkil edilən sərgidə çay daşları üzərində yaratdığı əsərləri ilə uğurla iştirak edir, Moldovanın görkəmli şəxsiyyətlərinin çay daşları üzərində təsvirini yaratmaq barədə sifariş alır.

O, Vətənimizin gözəl təbiətindən, şırıl-şırıl axan çayların kənarında məcrasındakı, çoxsaylı, müxtəlif formalı çay daşlarından məharətlə istifadə edərək, daşların üzərində oyma üsulu ilə milli ənənələrimizi, görkəmli şairlərin, sərkərdələrin, dövlət xadimlərinin portretlərini yüksək səviyyədə əks etdirir. Ədalət bu unikal sənəti ilə həm milli dəyərlərimizi təbliğ edir, həm gənclərimizi mənəviyyatının formalaşmasında böyük rol oynayır.

Ə.Elmanın yaradıcılığı geniş zəngindir. O, dekorativ tətbiqi sənətçay daşı üzərində heykəltəraşlıq, qrafika əsərlərini böyük zövqlə işləyərək, geniş sənətsevər kütləsinin rəğbətini qazanıb. Onlardan bir neçəsini misal çəkərdim: “M.Füzuli”, “Şah İsmayıl Xətai”, “M.K.Atatürk”, “H.Ə.Əliyev”, “Natəvan”, “H.Zərdabi”, “S.Vurğun”, “Babək”, “Xaqani”, “Nəsimi”, “Ə.Naxçıvani”, “S.Bəhlulzadə başqa əsərləri olduqca diqqətəlayiqdir.

10 yaşından adəti üzrə çay daşları iləoynayanƏdalət babası Məhəmməd Rzanın sevimli şairimiz S.Vurğunu Alıc-Qışlaq kəndində qonaq etməsi, ov ovlamağa çıxmalarını nağıl kimi dinləmiş babasının da çay daşı üzərində təsvirini yaratmışdı. Bu da keçmişə bağlılıq əcdadlara məhəbbətin nümunəsidir.

Burada akademik Ö.Eldarovun Ə.Elman üçün yazdığı xasiyyətnamədə dediyi sözləri xatırlamaq yerinə düşər: “Hazırda çox nadir bir incəsənət sahəsi iləçay daşları üzərində heykəltəraşlıqla məşğuldur... Respublikamızın sevimli Prezidenti İlham Əliyev cənabları onun əsərləri ilə tanış olmuş bəyənmişdir”. Bu fikirləri Ə.Elman bu il yaratdığı sənət əsərləri ilə bir daha təsdiq etdi. O, Yeni Azərbaycan partiyası sıralarına daxil oldu. Məlumdur ki, 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilmişdi. Bu münasibətlə noyabrda keçirilənTətbiqi sənət ustaları həvəskar rəssamların sərgisioldu. Həmin sərgidə Ədalətin dini mövzuda, çay daşları üzərində həkk etdiyiSehrli səhər”, “Küləklər şəhəri”, “Allah böyükdür”, “Göy məscid”, “Cümə məscidi”, “Şirvanşahlar sarayı s. əsərlərini nümayiş etdirildi. Sərginin sonunda Ədalət Elman 1-ci dərəcəli diplom pul mükafatı ilə təltif olundu.

Bugünlərdə Ədalətin yeni işlərilə tanış olduq. O, anadan olmasının 100 illiyi YUNESKO xəttilə keçirilən unudulmaz yazıçımız, görkəmli ədəbiyyatşünas pedaqoqumuz Mir Cəlal Paşayevin, xalq yazıçısı Elçinin, xalq şairi Nəriman Həsənzadənin xalq yazıçısı Yusif Səmədoğlunun daş üzərində təsvir etdiyi portretlərində dərin milli cizgilər verməklə bərabər, həm bəşəri əsaslara malik əsərlər ortaya qoyub. Gənc sənətkar öz əsərlərdə şəxsiyyətlərin nəcibliyini, Vətənə bağlılığını, ləyaqətini xüsusi məharətlə təsvir edib.

Ə.Elmana yaradıcılıq planları arzuları barədə ənənəvi bir sual da ünvanladım. Özünəməxsus təvazökarlıqla cavab verdi: Hələ hazır olmayan əsərlərdən danışım, lakin arzularım çox genişdir. İstəyirəm, bitirdiyim Rəssamlıq Akademiyasının magistraturasına, yaxud doktoranturaya qəbul olunum... İllərimizin problemlər qucağında görək həyat göstərəcək... Əgər yaratdığım əsərlər gələcəkdə tamaşaçıları az da olsa duyğulandıracaqsa, özümü xoşbəxt hesab edərəm”. O gülümsəyir çay daşlarının üzərində yaratdığı, gərgin əməyinin bəhrəsi olan şəxsiyyətlərdən xoş sözlər eşidirmiş kimi fikrə dalır...

Bu fikirdən onu yenə sualla ayırırıq: “Eşitdiyimə görə, bu ilin dekabrında da bir sərgiyə qatılacaqsan. Bu barədə deyərdin?”. O, sözümü çox həssaslıqla dinləyib cavab verir: “Sağlıq olsun, 31 yaşın tamamında da sənətimi sevənlərə mütləq yeni əsərlərimlə hesabat verəcəyəm!..” Ə.Elman artıq bir ildir ki, Xaçmaz Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsini bacarıqla yerinə yetirir. Azərbaycanımızın Şimal bölgəsində yaşayıb-yaradan gənc rəssamların yaradıcılıq talelərini qəlbində yaşadır. Həm yaradıcı, həm təşkilatçı insan kimi dərin rəğbət qazanıb.

150-yə yaxın daş fotodan ibarət tərtib edəcəyi kataloqunu da yaratmaq həvəsində olan Ə.Elmana bütün istəklərinin çin çıxmasını arzulayır, gələcəkdə təsviri sənətimizin tanınmış nümayəndələrindən biri kimi özünü təsdiqləyəcəyinə inanırıq.

 

 

Maarif TEYMUR,

əməkdar mədəniyyət işçi

 

525-ci qəzet.- 2010.- 15 yanvar.- S.7.