Göygölansamblının 40 yaşı tamam olub

 

Yanvarı 29-da Muğam Teatrında xalq artisti Şahnaz Haşımovanın rəhbərlik etdiyiGöygölDövlət Mahnı Rəqs Ansamblının 40 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, Ş.Haşımova ansamblın fəaliyyətindən danışıb kollektivin üzvlərinə fədakarlıqları üçün təşəkkürünü bildirib: “1969-cu ildə Fikrət Əmirovun təşəbbüsü ilə bu ansambl yaradılıb. O tarixdən bəri bu ansambl öz yoluna xilaf çıxmayıb. Qırx il səhnədə, sənətdə qalmaq çox böyük zəhmət tələb edir”. Xalq artisti, tarzən Ramiz Quliyev deyib ki, bu gün Azərbaycan musiqi sənətinin bir çox layiqli simaları bu ansamblda toplaşıb: “Şahnaz Haşımovanın simasında hər bir kollektiv üzvünü təbrik edirəm. “Göygölansamblı Azərbaycanın Gəncənin fəxridir”. Əməkdar artist Aybəniz HaşımovaGöygöl”ün Azərbaycan mədəniyyətindəki xidmətlərini vurğulayıb. Sonra Şahnaz HaşımovaGöygölansamblının müşayiəti ilə mahnı ifa edib. Tədbirin yaddaqalan məqamlarından biri Aybəniz Haşımovanın qızı Aynişanın mahnı ifa etməsi olub. Aynişan Quliyeva məşhur türkiyəli müğənni Sezen Aksunun repertuarından bir mahnı ilə çıxış edib. A.Haşımova APA-ya açıqlamasında qızının sənətə gəlişindən narahat olmadığını bildirib: “Mənim proqramımla getsə, hər şey əla olacaq. Mən Aynişana çox inanıram”.

 

 

525-ci qəzet.- 2010.- 30 yanvar.- S.23.