Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində sessiya keçirilib

 

Ötən gün Bakıda start götürən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsindəSülh inkişafa nail olmaq məqsədi ilə mədəniyyətlərarası anlaşma mədəni müxtəliflikmövzulu ilk sessiya gerçəkləşib. Əvvəlcə çıxış edən Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev sessiyanın proqramını açıqlayıb. Daha sonra çıxış edən E.Məmmədyarov forumun əhəmiyyətini diqqətə çatdıraraq gələcəkdə bu cür layihələrin daha intensiv şəkildə təşkil olunacağına əminliyini dilə gətirib: “Ümid edirəm ki, bu tədbir çərçivəsində ya yeni əməkdaşlıq formaları yaranacaq, ya da mövcud əməkdaşlıq formaları daha da gücləndiriləcək. Mən sizlərdən mədəniyyətlərarası dialoqu artırmaq üçün təkliflər gözləyirəm”.

BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf tərəfdaşlıq üzrə müşaviri Jan Kristof Ba isə 2 il əvvəl Beynəlxalq Münaqişələr üzrə İnstitutun apardığı araşdırmanı xatırladıb: “Araşdırmanın nəticələrinə görə, dünyada 143 ciddi münaqişə var. Bunların 8-də güclü mədəni komponent var ki, bu münaqişələrin yaranmasına səbəb olub. Elə bir zamanda yaşayırıq ki, bir-birimiz haqqında yetəri qədər məlumatlı olmalıyıq. Bu baxımdan belə bir dialoqun keçirilməsini yüksək qiymətləndirirəm”.

 Sessiyada çıxış edənlər bildiriblər ki, bu meyarlar hazırda yoxsulluq, iqlim dəyişikliyi və s. məsələlərə yönəlmiş qlobal gündəlikdə əsas yeri tutmur. Hazırda hökumətlərarası təşkilatlar, eləcə də özəl sektor və mədəniyyət təsisatlarının irəli sürdükləri təşəbbüslər çərçivəsində tədqiqat layihələri reallaşır və siyasi təşəbbüslər sülh, eləcə də inkişaf məqsədini güdən mədəni müxtəlifliklə mədəniyyətlərarası dialoq arasında qarşılıqlı əlaqəni qurmaq üçün formalaşdırılır. Sessiyada bu təşəbbüslərdən bəziləri təqdim olunmuş və onların beynəlxalq gündəlikdə duran müxtəlif variantları və nəticələri haqında fikir mübadiləsi aparılıb.

 Şanxay Beynəlxalq Əlaqələr Mərkəzi sədrinin müavini Pan Guang çıxışında sülh və inkişafla mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik arasında əlaqələr haqqında fikirlərini bölüşüb. Çinli qonaq Azərbaycanın müxtəlif millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq şəraitində yaşadığı tolerant bir ölkə olduğunu bildirib. Bu isə ölkənin inkişafında vacib amildir. Sonra UNESCO-nun mədəniyyət siyasəti və mədəniyyətlərarası dialoq sektorunun müdiri Katerina Stenou, AŞ Şimal-Cənub Mərkəzinin sədr müavini Eberard Koelş, “Kaunterpoint Britaniya Şurası” təşkilatında Katrin Fieski, ABŞ-ın Duk Universitetinin professoru Darla Dierdorf çıxış ediblər.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 8 aprel.- S.7.