Baharın 60 anıgənc fotoqrafın nəzərində

 

Ötən günAbşeronRəsm Qalereyasında gənc fotoqraf-jurnalist Rüstəm İsmayılovun sərgisi gerçəkləşib. “Baharın 60 anıadlanan sərgi Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin adıçəkilən rəsm qalereyasının təşəbbüsü ilə təşkil olunub. Ekspozisiyada yerləşdirilmiş 60 anıfoto-kadrı seyr edərkən tamaşaçıda ilk növbədə iki fikir yaranır. Hər bir an zamanın qiymətli hissəsi olmaqla bərabər, onu daha dolğun edir. İnsanı düşündürən ikinci fikir isə fotoqrafın yaratdığı kadrlar yalnız foto-reportyor kimi deyil, həm əsl rəssam yanaşmasının təzahürüdür. R.İsmayılovun fərdi sərgisi Azərbaycanın qısa zaman kəsiyində zəngin maraqlı görünüşə sahib olduğunun şahidi oluruq. Səbəbkarın ən çox üstünlük verdiyi mövzular müasir Azərbaycan mədəniyyətidir. Həm festivallar bayram şənlikləri, həm konsertlər, opera balet, teatr tamaşaları, həm bədii sərgilər Azərbaycanın mədəni həyatını dolğunluğu ilə göstərir. Bu tədbirlərdən seçilmiş hər bir foto-kompozisiya sanki həmin tədbirin simvoludur. Müəllif ictimai-siyasi əhəmiyyət daşıyan tədbirləri, habelə idman yarışlarını da həvəslə lentə alır.

Filarmoniya bağı”, “Mirvarikafesinin dənizdən görünüşü, “Fəvvarələr meydanının iri şarlar üzərində əksi, şəhərin yuxarı hissəsinin panoramı tamaşaçını valeh edir. müəllifinDiskussiya”, “Dəcəllər meydanı”, “Tanışlıq”, “Rəssam Adil Ələkbərovu xatırlayarkənkompozisiyalarını çoxfiqurlu janra aid etmək olar. Gənc skripkaçıTürkmən gözəlikompozisiyaları isə müəllifin portret yaratmaq istedadından xəbər verir. R.İsmayılovun teatr balet tamaşalarından çəkdiyi kadrlar rəngkarlıqŞəhrizad”, “Əlibaba qırx quldur”, “Ələddinin sehrli çırağı”, “Şeyx Sənantamaşalarında çəkilən kadrlar bu kompozisiyanın fotoaparatla çəkilməsin müsbət mənada şübhə oyadır.

Baharın 60 anısərgisi aprelin 18-dək davam edəcək.

 

 

 HÜSNİYYƏ

 

 525-ci qəzet.- 2011.- 15 aprel.- S.7.