TÜRKİYƏDƏ ELÇİNİN YARADICILIĞI HAQQINDA MONOQRAFİYA

 

Xalq yazıçısı Elçinin əsərləri qardaş Türkiyədə geniş yayılmışdır. Ədibin romanları, povest və hekayələri, eləcə də esseləri ölkənin ən nüfuzlu nəşriyyatlarında dəfələrlə nəşr edilmiş, pyesləri Ankara, İstanbul, Konya, Ərzurum və digər şəhərlərin teatrlarında səhnəyə qoyulmuşdur.

Elçinin yaradıcılığı Türkiyə elmi ictimaiyyətinin də diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Atatürk Universitetində türk alimi Sedat Adıgözəl Elçinin romanları haqqında tədqiqat işi yazaraq, məşhur Atatürk Universitetində böyük müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmişdir.

Bu günlərdə Sedat Adıgözəlin “Elçin. Ədəbiyyat sosiolojisi baxımından romanları” adlı fundamental elmi monoqrafiyası Ankaranın “Bengü” nəşriyyatında çapdan çıxmışdır.

Monoqrafiyada ElçininMahmud və Məryəm”, “ dəvə” və “Ölüm hökmü” romanları müasir dünya ədəbiyyatı kontekstində geniş tədqiq edilir, bu romanların bədii-fəlsəfi və sosioloji xüsusiyyətləri ətraflı təhlil olunur. Müəllif bu qənaətə gəlir ki, hər üç roman sovet dönəmində yazılsa da, əslində, onların alt qatı sovet sisteminin üzünü açır və bu romanlar sosialist realizminin yox, böyük ədəbiyyatın nümunələridir. Azərbaycan xalqının həyatı bu əsərlərdə özünün yüksək səviyyəli bədii ifadəsini tapmışdır.

Monoqrafiyada göstərilir ki, Elçinin romanları və ümumiyyətlə, yaradıcılığı müasir dünya ədəbiyyatında özünəməxsus yeri olan parlaq sənət nümunələridir.

 

525-ci qəzet.- 2011.- 2 dekabr.- S.7.