Rəssam
Əbülfəz Fərəcoğlunun İstanbulda
növbəti fərdi sərgisi açılıb
Azərbaycanlı rəssam Əbülfəz Fərəcoğlu İstanbulda növbəti fərdi sərgisini açıb. APA-nın Türkiyə müxbirinin məlumatına görə, İstanbulun Ləvənt məhəlləsindəki Vakıfbank şöbəsinin Sənət Qalereyasında açılan sərgiyə Türkiyənin sənət dairələri, media və sənətsevərlər ciddi maraq göstərib.
Ə.Fərəcoğlu bu sərginin Türkiyədə açdığı 20-ci fərdi sərgisi olduğunu söyləyib: “15 ildən bəri yaradıcılıq işlərimi Türkiyədə davam etdirirəm. İstanbuldakı “Ekim” sənət emalatxanasında 70 tələbəyə dərs deyirəm. Həftədə bir dəfə isə Mətbuat Muzeyinin sənət salonunda dərsim olur. Hər il “Ekim” emalatxanasında və Mətbuat Muzeyində tələbələrimlə qrup sərgisi açırıq. Bir neçə ildir ki, may ayında Türkiyənin ən böyük sənət yarmarkası olan “Art Bosphorus”da əsərlərim nümayiş etdirilir. İndiyə qədər 3 kataloqum çıxıb, bir çox auksionun kataloqunda rəsmlərimə yer verilib. Bu yaxınlarda tablolarımın əks olunduğu qalın kitabım çıxacaq”.
525-ci qəzet.-
2011.- 7 dekabr.- S.7.