Buenos-Ayresdə Azərbaycan milli qadın geyimləri nümayiş etdirilib

 

Bugünlərdə Argentinanın paytaxtı Buenos-Ayresdə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün qeyd edilməsilə bağlı mədəni tədbirlər çərçivəsində argentinalı tələbələr tərəfindən hazırlanmış Azərbaycan milli qadın geyimlərinin nümayişi keçirilib.

Geyimlərin nümayişi Azərbaycanın Argentinadakı Səfirliyi və Buenos-Ayresin Belqrano Universitetinin Dizaynarxitektura fakültəsinin birgə əməkdaşlığı ilə bu universitetdə həyata keçirilən “Azərbaycanın milli geyimləri və onların hazırlanması” proqramının yekunu olaraq təşkil olunub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirin açılışında çıxış edən səfir Məmməd Əhmədzadə ölkəmizin qədim və zəngin mədəni irsi haqqında məlumat verib, bu cür tədbirlərin xalqlararası əlaqələrin qurulması üçün vacib olduğunu qeyd edib. O, argentinalı tələbələrin onlara yad olan bu geyimləri uğurla hazırladıqları üçün universitetin müəllim və tələbə heyətini təbrik edib və universitetə öz təşəkkürünü bildirib.

Universitetin Dizaynarxitektura fakültəsinin geyim dizaynı bölməsinin akademik işlər üzrə direktoru Karina Freidrek çıxış zamanı bu layihə ilə bağlı başladığı təşəbbüsə və proqram boyunca göstərdiyi yardıma görə səfirliyə təşəkkürünü bildirib və səfirliklə əməkdaşlığın universitetin başqa sahələrinə də tətbiqinin maraqlı olduğunu deyib.

Ardınca Azərbaycan xalq mahnısı “Sarı gəlin”in sədaları altında tələbələr tərəfindən hazırlanmış Azərbaycan milli qadın geyimləri argentinalı manekenlər tərəfindən nümayiş etdirilib. Geyimlərin nümayişi auditoriya tərəfindən sürəkli alqışlarla qarşılanıb. Geyimlərin hazırlanmasında iştirak etmiş tələbələr səfirlik tərəfindən Azərbaycan suvenirləri və Azərbaycan haqqında materiallarla mükafatlandırılıblar.

Geyimlərin nümayişi Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi ilə müşayiət olunubqonaqlara milli mətbəximiz təqdim olunub.

“Azərbaycanın milli geyimləri və onların hazırlanması” proqramı 5 ay davam edibbu müddət ərzində səfirlik Belqrano Universitetinin Dizaynarxitektura fakültəsinin tələbələri ilə yaxından işləyərək onları lazımi məlumatlar və materiallarla təmin edib. Bu məqsədlə səfirlik Azərbaycan Milli Tarixi Muzeyi və Dövlət İncəsənət Muzeyi ilə əməkdaşlıq edib və geyimlərin tarixi, onların formalaşmasına təsir edən amillər, geyimlərin formaları və əsas elementləri, geyimlərin tikilişi üçün istifadə olunan parçalar, bəzəkaksessuarlarla bağlı mütəxəssislərlə geniş məsləhətləşmələr aparılıb. Nəticədə universitet tələbələri tərəfindən Azərbaycan milli qadın geyimi hazırlanıb. Proqramın məqsədi Azərbaycanın Argentinada təbliği və argentinalıların milli mədəniyyət və ənənələrimizlə yaxından tanış edilməsi olub. Tədbirə Argentinanın elmi-mədəni, ictimai-siyasi çevrələrinin, parlamentin, kütləvi informasiya vasitələrinin, Buenos-Ayresdə akkreditə olunan diplomatik korpusun nümayəndələri və universitetin müəllim və tələbə heyəti qatılıb.

Hazırlanmış Azərbaycan milli qadın geyimləri və sərgi stendi növbəti iki həftə ərzində Belqrano Universitetinin foyesində nümayiş etdiriləcək.

 

525-ci qəzet.- 2011.- 7 dekabr.- S.7.