Naxçıvan Teleradiosunun inkişaf yolu:dünənki ənənələr, bugünkü uğurlar

 

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi muxtar respublikanın ən böyük kütləvi informasiya orqanlarından biridir. Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərir. 1 aprel 1932-ci il tarixdə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılıb. 1963-cü ildə muxtar respublikada televiziyanın fəaliyyətə başlaması ilə komitə Naxçıvan MSSR Dövlət TeleviziyaRadio Verilişləri Komitəsi, 5 mart 1969-cu ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət RadioTeleviziya Verilişləri Komitəsi, 5 may 1971-ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında TeleviziyaRadio Verilişləri Dövlət Komitəsi və 26 dekabr 1978-ci ildə Naxçıvan MSSR Dövlət TeleviziyaRadio Verilişləri Komitəsi adlandırılıb. Hazırda Naxçıvan Muxtar Respublikası Dövlət TeleviziyaRadio Verilişləri Komitəsi kimi fəaliyyət göstərir. Komitə Azərbaycan Respublikasının və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatını əks etdirən rəngarəng televiziyaradio verilişləri hazırlayaraq, tamaşaçı və dinləyicilərə təqdim edir.

Qeyd edək ki, 1930-cu ildən fəaliyyət göstərən Naxçıvan radiosunun, 1963-cü ildən yayımlanan Naxçıvan televiziyasının 2003-cü ilə qədər müstəqil kanalı olmayıb. 1998-ci ildə Pribaltika istehsalı olan avadanlıqların quraşdırılması, komitənin müasir texniki avadanlıqlarla təchiz edilməsi nəticəsində 2003-cü ildə Naxçıvan televiziyaradiosu müstəqil kanalla əvvəlcə 4, sonra 8 saatlıq yayıma başlayıb. 2005-ci ildə isə efir vaxtı 14 saatadək artırılıb. Hazırda da Naxçıvan televiziyaradiosunda gün ərzində 16 saat televiziya və 16 saat radio verilişləri aparılır.

Son illər muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına göstərilən diqqət və qayğı Naxçıvan Dövlət Teleradiosunu da əhatə edib. Ötən illər ərzində televiziyaradionun fəaliyyətini yaxşılaşdırmaq, onun cəmiyyət həyatına təsirinin artırılmasına nail olmaq baxımından ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Naxçıvan teleradiosunun maddi-texniki bazası daha da gücləndirilib, əməkdaşlar üçün müasir şərait yaradılıb. İlbəil avadanlıqları yeniləşdirilən dövlət teleradiosunda 2009-cu ildən sonra mərhələ-mərhələ dünyanın inkişaf etmiş ölkələrinin teleradiolarında istifadə olunan ən müasir texniki avadanlıqlar quraşdırılıb. 2010-cu ildə sənədli və televiziya filmlərinin, dublyaj materiallarının hazırlanması üçün kompleks avadanlıqlar alınıb Dövlət TeleviziyaRadio Verilişləri Komitəsinə təqdim olunub. Cari ilin may ayının ikisində Naxçıvan Muxtar Respublikası Dövlət TeleviziyaRadio Verilişləri Komitəsinin inzibati binasında yenidənqurma işləri aparılıb, dünyada ən müasir hesab olunanuzun illər müasirliyini qoruyub saxlayacaq yüksək keyfiyyətli teleradio avadanlıqları kollektivin istifadəsinə verilib.

İndi Komitənin inzibati binasında daha müasir efir şəraiti yaradılıb. Yeni televiziya avadanlıqları HD formatlı yüksək keyfiyyətli son texnologiyaya əsaslanır. Mərkəzi idarəetmə və efirə çıxış otağındakı avadanlıqların texniki göstəricilərinə gəlincə, burada 12 kanallı rəqəmsal videomikser, 24 kanallı səs mikseri, iki dəst efirin avtomatlaşdırılması sistemi, aparıcının yazılı materialları elektron formada oxuması üçün suflyor qurğusu, loqotitr kompyuterləri, daxil olan və efirə göndərilən siqnalların keyfiyyətinə nəzarət edən rəqəmsal qurğu quraşdırılıb. Televiziyada yeni quraşdırılan avadanlıqların mərkəzi idarəetmə sistemi, 2-si kasetli olmaqla 7 montaj avadanlığı, qrafikanimasiya keçidlərinin hazırlanması üçün 2 dəst kompyuter bazalı sistem, 35 terebayt həcmində rəqəmsal arxiv sistemi istifadəyə verilib. Televiziyanın xəbərlər studiyasında 1-i suflyorlu olmaqla iki, proqram studiyasında isə biri suflyorlu olmaqla 4 telekamera, hər iki studiya üçün rejissor qurğuları quraşdırılıb. Naxçıvan televiziyasının iki studiyasında 7 çəkiliş pavilyonu vardır ki, onlardan 5-i yeni qurulmuş povilyonlardır. Yeni televiziya avadanlıqlarına vahid saat, müşahidə kamera, qəza xəbərdarlıq sistemləri, daxili xəbərləşmə avadanlıqları, peyk-efir köçürmə və Naxçıvan Muxtar Respublikası TeleviziyaRadio Şurası üçün nəzarət qurğuları, simlisimsiz mikrafon dəstləri, çəkiliş kranları, işıqlandırma sistemləri və digər köməkçi avadanlıqlar da daxildir.

Xatırladaq ki, HD formatı televiziya ən yeni standartdır, analoqstandart rəqəmsal televiziyadan yüksək keyfiyyəti ilə fərqlənir. HD formatda bir saniyədə 60 kadrdan istifadə olunur. Halbuki analoq televiziyada bu rəqəm 25, standart rəqəmsal televiziyada 30-dur. Bundan əlavə HD formatda səs sistemi ən müasir tələblərə cavab verir.

Komitənin otaqları da yenidən qurulub. Yeni radio avadanlıqları səsyazma ana yayım studiyalarından, hər iki studiya üçün rejissor qurğularından, efirə çıxış avadanlıqlarından, 5 min qeqabaytlıq rəqəmsal arxiv sistemindən, iki səs montaj sistemindən, 8 rəqəmsal diktofon, mikrofon dəstlərindən digər köməkçi avadanlıqlardan ibarətdir. Yeni stereo avadanlıqlar rəqəmsal analoq tipli olmaqla bütün səs formatlarını dəstəkləyir. İnzibati binada kitabxana da yaradılıb, Naxçıvan televiziyasının televiziya, sənədli filmlər dublyaj redaksiyası üçün avadanlıqlar alınıb quraşdırılıb, filmoteka işçilərinin, kinooperatorların fəaliyyəti üçün müasir şəraiti yaradılıb. Binanın zirzəmisi yenidən qurulub, burada arxiv, 2 soyunub-geyinmə otağı, 1 təsərrüfat otağı 4 anbar yaradılıb. Yeni avadanlıqlara 12 ədəd səyyari çəkiliş kamerası səyyari çəkiliş kranı da daxildir. Bununla yanaög NTV- yeniNaz Lifanmarkalı avtomobillər verilib.

Məlumat üçün onu da əlavə edək ki, Naxçıvan teleradiosunun yeni avadanlıqları Türkiyənin Sinerji-Pro Şirkəti tərəfindən quraşdırılıb. Şirkət Komitəyə 1 dəst rəqəmsal səs montajı kompyuteri 1 dəst videomontaj kompyuteri hədiyyə edib. Naxçıvan televiziyasının əvvəlki avadanlıqları isə Naxçıvan Dövlət Universitetinin televiziyasına verilib, gənc jurnalistlərin yetişdirilməsi üçün Naxçıvan Dövlət Universiteti ilə teleradioların əməkdaşlığı daha da genişləndirilib ki, bu da keyfiyyətli veriliş proqramların hazırlanmasına təkan verib.

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya Radio Verilişləri Komitəsinin sədri Ramiz Qurbanov son illər Naxçıvan teleradiosunun həyatında yeni mərhələnin başlandığını bildirib. Qeyd edib ki, yüksək keyfiyyətli rəqəmsal televiziya radio texnikası ilə təchiz olunan teleradioda yaradıcılıq işi yenidən qurulur: “Hər bir qələm sahibi yeni müasir avadanlıqların imkanlarından istifadə etməklə yeni söz, yeni fikir, yeni layihələrlə tamaşaçı dinləyicilərin qarşısına çıxmağa çalışır. Bunun üçün həm güclü maddi-texniki baza, müasir avadanlıqlar, həm konkret istiqamət var. Bizim üzərimizə düşən vəzifə verilən tapşırıqları icra etməkdən, keyfiyyətli teleradio verilişləri hazırlamaqdan ibarətdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun da qeyd etdiyi kimi, artıq Dövlət Televiziya Radio Verilişləri Komitəsinin həyatında texniki tərəqqi başlayıb, Naxçıvan teleradiosunun yeni avadanlıqlarla təmin olunub. Bu yeni avadanlıqlar imkan verəcək ki, verilişlərin keyfiyyəti yaxşılaşdırılsın, eyni zamanda burada çalışanlar texniki nailiyyətləri, yenilikləri öyrənə bilsinlər. Gələcəkdə isə yeni texnikalar alınıb quraşdırılanda onların mənimsənilməsi burada çalışanlar üçün daha asan olacaq. Naxçıvan teleradiosunda quraşdırılan yeni avadanlıqlar prinsipində, verilişlərin keyfiyyətində dəyişiklik yaradıb. Bu eyni zamanda əməkdaşların texniki cəhətdən hazırlanmasına da müsbət təsir güstərib. Burada 24 saat teleradio verilişlərinin yayımı üçün hər cür şərait yaradılıb. Ancaq hazırda 16 saatlıq efir yayımının təmin edilməsi istiqamətində işlər görülür. Kadr ehtiyatı da formalaşdırıldıqdan sonra gələcəkdə Naxçıvan teleradiosunun 24 saat yayımı təmin ediləcək”. İndi kollektivimizin üzərinə düşən başlıca vəzifə kimi hər bir redaksiya çalışır ki, maarifləndirici verilişlərin hazırlanmasına üstünlük təşkil etsin”.

Naxçıvan Dövlət Televiziyasının İctimai-siyasi verilişlər redaksiyasının baş redaktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Prezident təqaüdçüsü Nurəddin Babayev NTV- həyata keçirilən son tədbirləri televiziyada əsl texniki inqilab kimi dəyərləndirib: “Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya Radio Verilişləri Komitəsinin kollkektivi üçün bu il əsl bayram olub. Təxminən yarım əsrdir ki, televiziyada çalışıram. Televiziyanın bu günkü səviyyəsini o dövrlə müqayisə etmək mümkün deyil. Vaxtilə maddi-texniki bazası çox zəif olan televiziyada verilişlərin hazırlanması primitiv üsullarla həyata keçirilirdi. Efir vaxtı cəmi bir saat idi. Onun da yarım saatını sənədli, elmi-kütləvi filmlər təşkil edirdi. İndi vəziyyət tamamilə fərqlidir. Müasir texnika, hər cür şərait yaradılmış otaqları, nəqliyyat vasitələri, çəkiliş avadanlıqları, studiyalar, bir sözlə, hər şey bizi daha yaxşı işləməyə sövq edir. Bütün bunlar Komitəmizə göstərilən diqqət qayğının nəticəsidir. Bu sahədə həyata keçirilən son tədbirlər televiziyada əsl texniki inqilab hesab edilə bilər. Mən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya Radio Verilişləri Komitəsinin əməkdaşları üçün yaradılan nümunəvi şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə NMR Ali Məclis rəhbərliyinə kollektiv adından minnətdarlığımı bildirirəm”.

Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, NTV-nin ictimai-siyasi verilişlər redaksiyasının baş redaktoru Aydın Tarıverdiyev mətbuata, xüsusən televiziya radiolara göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. O, bu qayğının həyata keçirilməsinə zəmin yaradan amil kimi, ulu öndər Heydər Əliyevin ideyalarını, onun siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu fəaliyyətini göstərib. Bildirib ki, ölkəmizdə sabitlik, iqtisadi inkişafın olması, Azərbaycanın müstəqil siyasət yürüdən qüdrətli dövlətə çevrilməsi regionların da hərtərfli inkişafına müsbət təsir edib: “Bu inkişaf, tərəqqi Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya Radio Verilişləri Komitəsindən yan keçməyib. Bizim televiziyanın maddi-texniki bazası daha da gücləndirilib, əməkdaşların şəraiti xeyli yaxşılaşdırılıb. Belə münasibət Azərbaycanda ikinci televiziya sayılan, milli-mənəvi, əxlaqi dəyərlərə hörmətlə yanaşan, şoudan kənar, maarifləndirici xarakterli verilişlərin üstünlük təşkil etdiyi NTV-nin verilişlərinin keyfiyyətinə yaxşı təsir göstərib. NTV özümüzə məxsus olan dəyərlərin qorunub saxlanılması, tariximizin təbliğ olunması, gələcək nəsillərə çatdırılması baxımından da böyük işlərə imza atıb. Regionumuzda həyata keçirilən quruculuq abadlıq tədbirlərinin, dövlət siyasətinin güzgüsünə çevrilib. Bütün əməkdaşlar kimi mən belə bir teleradioda, kollektivdə çalışmağımdan qürur duyuram”.

 

Rufik İSMAYILOV

525-ci qəzet.- 2011.- 9 dekabr.- S.6.