Mərkəzləşdirilmiş buraxılış imtahanları və qiymətləndirmə: yeniliklər, nəticələr, perspektivlər

 

Ümumi orta təhsil pilləsində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının optik oxuyucu qurğu tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada aparılmasına 2005-2006-cı dərs ilindən başlanılıb. Bu işin müvəffəqiyyətlə həyata keçirilməsi üçün ilkin olaraq eksperiment qaydasında Bakı şəhərinin Xətai və respublikanın İmişli rayonlarının ümumtəhsil məktəblərində təlimati işlər aparılıb, şagirdlərin test tapşırıqları üzrə imtahanlara hazırlaşmasını təmin etmək məqsədilə sınaq (yoxlama) imtahanları keçirilib. Sonrakı illərdə bu eksperimentin həyata keçirilmə dairəsi tədricən genişlənib və 2008-2009-cu dərs ilindən ölkənin bütün ümumi orta təhsil pilləsinin tam orta təhsil səviyyəsini və peşə liseylərinin III kurs şagirdlərini əhatə edib. Tam orta təhsil səviyyəsi üzrə buraxılış siniflərinin və peşə liseylərinin III kurs şagirdləri səkkiz fəndən – ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiyaxarici dil fənlərindən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verirlər. 2009-2010-cu dərs ilindən ölkənin ümumi ortatam orta təhsil müəssisələrinin və peşə liseylərinin ümumi orta təhsil səviyyəsinin buraxılış siniflərində oxuyan şagirdlər də ana diliriyaziyyat fənlərindən buraxılış imtahanlarına cəlb olunublar.

Şagirdləri buraxılış imtahanına hazırlamaq məqsədi ilə dərs ilinin ikinci yarısında yoxlama imtahanı keçirilir. Bu imtahanlarda XI sinif şagirdlərinin 120, IX sinif şagirdlərinin isə 50 test tapşırığını cavablandırması nəzərdə tutulur. Yoxlama və buraxılış imtahan sualları 25 faizi asan, 50 faizi orta və 25 faizi isə çətin səviyyəli olmaqla, üç səviyyədə hazırlanır. Hər bir fənn üzrə tapşırıqların 20 faizə qədərini cavablandıran şagird “2”, 20 faiz daxil olmaqla 50 faizə qədərini cavablandıran şagird “3”, 50 faiz daxil olmaqla 80 faizə qədərini cavablandıran şagird “4” və 80 faiz daxil olmaqla 100 faizə qədərini cavablandıran şagird isə “5” qiymətləndirilir. Buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması imtahan prosesində subyektiv amillərin aradan qaldırılmasına, obyektivliyin, şəffaflığın təmin edilməsinə, bütün şagirdlərin eyni səviyyəli tapşırıqları cavablandırmasına və təhsilin keyfiyyətinin idarəolunmasına nəzarətin həyata keçirilməsinə mühüm təsir göstərir.

Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, 2010-2011-ci dərs ilində ölkənin bütün rayonlarını əhatə edən (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) mərkəzləşdirilmiş qaydada Ana diliriyaziyyat fənlərindən keçirilən buraxılış imtahanlarında ümumi orta təhsil səviyyəsi üzrə təhsil alan 133059 şagirddən 125649-u (94,43 faiz) buraxılış imtahanlarında iştirak etmişbunlardan 110907-si (80,53 faiz) yoxlama və buraxılış imtahanlarının yekun nəticələrinə görə şəhadətnamə alıb. 2010-2011-ci dərs ilində ölkənin bütün rayonlarını əhatə edən (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında tam orta təhsil səviyyəsi üzrə təhsil almış 90833 şagirddən 87586-sı (96,43 faiz) buraxılış imtahanlarında iştirak etmişbunlardan 71848-i (82,03 faiz) yoxlama və buraxılış imtahanlarının yekun nəticələrinə görə attestat alıb. Buraxılış imtahanlarında iştirak edən 87586 şagirddən 48319-u oğlanlar, 39267-i isə qızlardır. Şagirdlərin 79266-sı Azərbaycan, 8320-si isə rus bölməsində təhsil almışdır. 667 şagird bütün fənlərdən “5”, 1091 şagird isə bütün fənlərdən “2” qiymət alıb. Nazirin sözlərinə görə, 2010-2011-ci dərs ilinin müvəffəqiyyət, reytinq və keyfiyyət cədvəlləri müvəffəqiyyət cədvəli buraxılış imtahanlarında müsbət qiymət alan şagirdlərin sayına, reytinq cədvəli rayon üzrə imtahanda iştirak edən şagirdlərin və düzgün cavablandırılan sualların sayına (orta statistik şagird), keyfiyyət cədvəli bütün fənlərdən yalnız “4” və “5” qiymət alan şagirdlərin sayına görə formalaşır. Təhlillər göstərir ki, müvəffəqiyyət cədvəlində yüksək yeri tutan rayonlar reytinq və keyfiyyət cədvəllərində uyğun yerləri tutur, lakin bəzi rayonlarda bu müvafiqlik pozulur, yəni müvəffəqiyyət faizi yüksək olan rayonlar reytinq və keyfiyyət cədvəllərində aşağı yerləri tuturlar, yaxud əksinə. Nazir bildirib ki, tam orta məktəbi ölkə üzrə 37 nəfər məzun qızıl, 16 nəfər məzun isə gümüş medalla bitirib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında bu məzunlardan 39 nəfəri 600-700, 9 nəfəri 500-600, 1 nəfər isə 490 bal toplayaraq ali məktəblərə qəbul olunub. 4 nəfər məzun isə Dövlət Proqramı ilə dünyanın nüfuzlu ali məktəblərinə daxil olub: “Məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuşÜmumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası” əsasında həyata keçirilib. “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası” “Təhsil haqqında” qanununun 19.8-ci maddəsinə uyğun hazırlanıb. Qaydalara əsasən, ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi qızıl və ya gümüş medalla təltif olunmaq üçün təqdim edilir. Respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də təhsilalanın qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi zamanı nəzərə alınır. Təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir. Medalı qazanmaq istəyən orta məktəb məzunlarının bütün qiymətləri “əla” olmalıdır. Baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən, təltif olunmaq üçün namizədliyi irəli sürülən şagirdin məktəbi 75 faiz əla qiymətlə bitirməsi və bütün fənlərdən illik qiymətlərinin “əla” olması vacibdir. Fənn olimpiadaları və bilik yarışlarında mükafata layiq görülmə də qızıl və ya gümüş medala sahib olmaq üçün zəruri kriteriyalardan biri hesab olunur. Ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirənlər, tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi “əla” olanlar, bütün fənlərdən illik qiymətləri “əla” olanlar qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilə bilər. “Təhsil haqqında” qanuna əsasən, bu qaydalara uyğun olaraq, tam orta təhsil səviyyəsində təhsil alan şagirdlərin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin irəli sürülməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılıb müvafiq qərar qəbul edilir. Medalla təltifə ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirməklə tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi, illik qiymətlərinin isə hamısı “əla” olanbunlarla yanaşı, nümunəvi davranışı ilə fərqlənən, müxtəlif səviyyəli fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqə və layihələrdə iştirak edib mükafata layiq görülən şagirdlərin namizədliyi irəli sürülür”. M.Mərdanov ötən il qızıl və gümüş medal alan məktəblilər barədə danışıb. Nazir bildirib ki, bunun üçün bu məsələ ciddi nəzarətdə saxlanılıb, rayonlara müraciət olunub, təşkilat komitəsi yaradılıb: “Belə ki, qızıl və gümüş medallar verilərkən Təhsil Nazirliyinin keçirdiyi yoxlamayekun buraxılış imtahanlarının, həmçinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarının nəticələri də nəzərə alınır. Təhsil Nazirliyi ümumilikdə 60 nəfərin siyahısını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərib. Bu namizədlərdən 35 nəfəri həm yoxlama, buraxılış imtahanlarında, həm də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbul imtahanlarına hazırlıqla bağlı keçirdiyi sınaq imtahanlarının nəticələrinə görə, qızıl medala, 16 nəfəri isə gümüş medala təltif olunmağa layiq görülüb. 9 nəfərin nəticələri yüksək olmadığından onlar heç bir medalla təltif olunmayıblar. Yekunda nəzərə alınıb ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda 500 baldan aşağı bal toplayanlar gümüş, 600-dən çox bal toplayanlar isə qızıl medala layiq görülsünlər. Qızıl və gümüş medallar gəlincə isə ümumilikdə 35 nəfər imtahanlardan qızıl, 16 nəfər isə gümüş medallara layiq görülüb. Qızıl medallara layiq görülənlərdən 13 nəfəri Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin, 10 nəfəri Təhsil Nazirliyinin tabeliyində olan məktəblərin, 5 nəfəri özəl məktəblərin, 7 nəfər isə bölgə məktəblərinin məzunudur. Gümüş medal alanların 5 nəfəri Bakı məktəblərinin, 5 nəfəri Təhsil Nazirliyinin tabeliyində olan məktəblərin, 1 nəfər özəl məktəbin, 5 nəfər isə bölgə məktəblərinin məzunudur. Mən əminəm ki, qızıl və gümüş medal alan şagirdlərin hamısı istədikləri ali məktəblərə daxil ola biləcəklər”.

Təhsil nazirinin dediyinə görə, 2011-2012-ci dərs ilində ümumtəhsil məktəblərində ümumi ortatam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanları 9 bölgə üzrə keçiriləcəkdir. Ümumtəhsil məktəblərində ümumi ortatam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları 2012-ci ilin 28 yanvar – 15 aprel tarixlərində, ümumtəhsil məktəblərində ümumi ortatam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları 2012-ci ilin 02 iyun – 23 iyun tarixlərində, peşə liseylərində tam orta təhsil səviyyəsi üzrə yoxlama imtahanları gələn ilin fevral ayının 25-də, buraxılış imtahanları isə aprelin 24-də keçiriləcək. Hazırda yoxlama və buraxılış imtahanlarında istifadə ediləcək və daha çox tətbiqi bacarıqları yoxlayacaq qiymətləndirmə vasitələrinin hazırlanması və ekspertizası həyata keçirilir. Buraxılış sinif şagirdlərinin imtahanlara səmərəli hazırlaşması üçün qiymətləndirmə vasitələri Bankı təkmilləşdirilərək istifadəyə verilib. 2011-2012-ci dərs ilində ümumitam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında iştirak edəcək IX və XI sinif şagirdlərinin, onların valideynlərinin, buraxılış siniflərində imtahan aparılan fənlərdən dərs deyən müəllimlərin təlimatlandırılması davam edir. Rayon (Şəhər) Təhsil Şöbələri bu təlimatların aparılması cədvəli barədə Monitorinq və qiymətləndirmə şöbəsinə yazılı məlumat verir: “2011-2012-ci dərs ilində ümumitam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının keçirilməsi üçün Respublika ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdlərinin məlumat bazası yaradılır. İmtahanların səmərəli keçirilməsi üçün Rayon (Şəhər) Təhsil Şöbələrinin nəzərinə bir sıra məsələlər çatdırılıb. Bildirilib ki, ümumitam orta təhsil səviyyələri üzrə imtahan verəcək şagirdlərin məlumat bazasında şəkilləri olmalıdır (IX siniflər üzrə şagirdlərin VIII-IX sinif, XI sinif şagirdlərinin isə X-XI sinifdə çəkilmiş şəkilləri), əks halda onlar imtahana buraxılmayacaqlar. Monitorinq və qiymətləndirmə şöbəsinin təqdim etdiyi buraxılış vəsiqəsinin əslini deyil surətini təqdim edən, eləcə də buraxılış vəsiqəsinin üzərinə əlavə şəkil yapışdıran şagirdlər imtahana buraxılmayacaqlar. Təhsil Nazirliyinin tərəfindən göndərilən məktubda Rayon (Şəhər) Təhsil Şöbələrinə oktyabrın 20-dən gec olmayaraq buraxılış sinif şagirdlərinin adlı və şəkilli siyahısını Təhsil Nazirliyinə təqdim etmələri göstərişi verilsə də, bəzi RTŞ-lər IX və XI sinif şagirdlərinin siyahısını müvafiq şöbəyə təqdim etməyiblər. Bunlar Biləsuvar, Masallı, Samux, Yardımlı, Zəngilan, Tərtər, Laçın, Qubadlı, Qax, Göygöl və Ağcabədi rayonlarıdır. RTŞ-lərinin yol verdikləri bu nöqsan nəticəsində ölkədə imtahanların keçirilməsi üçün hazırlıq işində süni problem yaranıb. Milli qiymətləndirmə haqda söz açan nazir deyib ki, milli qiymətləndirmə etibarlı məlumatların toplanması, nəticəyönümlü təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsi məqsədilə aparılan sistemli tədqiqatdır. Ayrı-ayrı şagirdlərin imtahan nəticələrini öyrənmək deyil, ümumilikdə təhsilə qiymət vermək, ölkədə təhsilin vəziyyəti haqqında məlumat toplamaqla perspektivləri müəyyənləşdirmək, təhsilə kənar amillərin təsirini öyrənmək, keyfiyyətə nəzarət və onun idarəolunması sistemini yaratmaq, tədqiqata cəlb edilmiş hədəflərin (şəhər və kənd məktəbləri, dövlət və özəl məktəbləri, müxtəlif məktəb tipləri oğlanlar və qızlar və s.) seçilmiş fənlər üzrə nailiyyət səviyyələrinin müqayisəsi üçün məlumat bazası yaratmaq, hər bir milli qiymətləndirmənin ümumi məqsədi eyni olsa da, müxtəlif illərdə aparılan qiymətləndirmənin hər birinin xüsusi tədqiqat məqsədi olur.

Milli qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri tədqiqatın xüsusi məqsədi ilə uyğunluq təşkil edir. Əgər milli qiymətləndirmənin xüsusi məqsədi təhsilə təsir edən konkret bir faktı öyrənməkdirsə, qiymətləndirmə vasitələri də bu məqsədin təhlilinə uyğunlaşdırılacaq. Məsələn, xüsusi məqsəd şagirdlərin sosial bilik və bacarıqlarını yoxlamaqdırsa, qiymətləndirmə vasitələrində gündəlik fəaliyyətə dair tapşırıqlara daha geniş yer ayrılır.

Buraxılış imtahanları ümumi ortatam orta təhsil səviyyələri üzrə şagirdlərin bilik və bacarıqlarının rəsmi qiymətləndirilməsidir və şagirdlərin nailiyyətləri fərdi qiymətləndirilir. Qəbul imtahanları tələbələrin seçimidir və yalnız müraciət edən abituriyentlərin bilik və bacarıqlarını ölçür, onlar arasından ən yaxşılarının seçimini aparır.

Buraxılış və qəbul imtahanlarında istifadə olunan vasitələr fərdin yalnız bilik və bacarıqlarını qiymətləndirmək məqsədilə hazırlanır. Milli qiymətləndirmə ayrı-ayrı şagirdlərin rəsmi qiymətləndirilməsi deyil, tədqiqatdır: “Milli qiymətləndirmə fərdləri deyil, müəyyən olunmuş hədəfləri qiymətləndirməklə, təhsili və ona təsir edən amilləri öyrənir.

Milli qiymətləndirmənin vasitələri hədəfin bilik və bacarıqları ilə yanaşı, onu əhatə edən mühiti qiymətləndirmək məqsədilə hazırlanır. Milli qiymətləndirmənin əsas məqsədi ölkədə təhsil siyasətini müəyyənləşdirmək üçün təhsilin vəziyyəti haqqında müvafiq məlumat toplamaq, öyrənilməsi, müzakirəsi tələb olunan problemləri və təhsilin inkişafının prioritet istiqamətlərini təyin etmək, perspektivləri müəyyənləşdirməkdir. Azərbaycan milli qiymətləndirmənin 3 layihəsini həyata keçirir. Milli qiymətləndirmədə iştirak edən məktəb və şagirdlər seçmə yolu ilə müəyyənləşdirilir. Nəticələrdən ümumi ortatam orta təhsil səviyyəsi üçün fənn kurikulumlarının hazırlanması prosesində istifadə edilməli, biliyin bacarığa çevrilməsini təmin etmək məqsədilə dərsliklərdə verilən oxu, anlama bacarıqlarını inkişaf etdirən mətnlərin və bu yönümlü qiymətləndirmə vasitələrinin sayı artırılmalıdır. Milli qiymətləndirmə nəticəsində Ana dili fənni üzrə dərsliklərdə oxu bacarıqlarının inkişafına kömək edən, riyaziyyat fənni üzrə dərsliklərdə məntiqi təfəkkür tələb edən tapşırıqlara geniş yer verilməsi, həndəsə fənninin tədrisi vəziyyəti yaxşılaşdırılması, təcrübəli müəllimlərin şagirdlərinin tədqiqatda daha yaxşı nəticələr göstərdiyini nəzərə alaraq, 5 ilə qədər pedaqoji stajına malik olan müəllimlərin ixtisasartırma kurslarına cəlb edilməsinə xüsusi diqqət yetirilməsi, yeni qiymətləndirmə qaydaları ilə işləmək bacarıqlarını inkişaf etdirmək üçün fənn müəllimləri təlim kurslarına cəlb edilməsi, ailədə uşaqların təhsilinə mane olan amilləri aradan qaldırmaq məqsədilə məktəb-valideyn əlaqələri gücləndirilməli, RTŞ-lər tərəfindən bu məsələdə kənd məktəblərinə xüsusi diqqət yetirilməli, məktəb direktorlarının müəllimlərə metodiki kömək göstərmək sahəsində və şagirdlərin fəallığının artırılmasına yönəlmiş fəaliyyəti gücləndirilməsi kimi məsələlər aktuallaşıb. Məktəbdaxili qiymətləndirməyə ibtidai təhsilin 1-3 siniflərində, yoxlama, buraxılış imtahanları və attestasiya daxildir. Diaqnostik qiymətləndirmə isə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsinin müəyyənləşdirilməsinə, bunun əsasında hər bir şagirdin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət edir. Formativ qiymətləndirmə şagirdin qəbul edilmiş standartların reallaşmasına yönələn irəliləmələrini, geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq, təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır. Summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır. Kiçik summativ qiymətləndirmə bəhs və ya bölmələrin sonunda fənn müəllimi tərəfindən, böyük summativ qiymətləndirmə –yarımillərin sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır. Yekun qiymətləndirmə –ümumi təhsil müəssisələrinin buraxılış siniflərində, peşə liseylərinin sonuncu kursunda aparılır”.

M.Mərdanov əlavə edib ki, ilk dəfə 1969-cu ildə ABŞ-da təhsilin milli qiymətləndirilməsi tədqiqatı aparılıb və hər 3 ildən bir müxtəlif siniflərdə, Ana dili, riyaziyyat əsas götürülməklə müxtəlif fənlər üzrə araşdırmalar davam etdirilir. 1970-ci illərdən Avropa,1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərindən MDB-də, Rusiya, Qazaxıstan, Qırğızıstan, Gürcüstanda, Avstraliya,Yeni Zelandiya, Afrika və Cənubi Amerika ölkələrində keçirilir. 2003-cü il milli qiymətləndirmə tədqiqatının xüsusi məqsədi fənn kurikulumlarının, o cümlədən məzmun və qiymətləndirmə standartlarının, yeni təlim strategiyalarının yaradılması üçün təkliflər hazırlamaq idi. Tədqiqatın nəticələri fənn kurikulumlarının yazılması,müəllim hazırlığının planlaşdırılmasında nəzərə alınmaq və istifadə edilmək məqsədilə Təhsil Problemləri İnstitutunda fəaliyyət göstərən müvafiq işçi qruplarına təqdim edildi. 2006-cı il milli qiymətləndirmə tədqiqatının da xüsusi məqsədi kurikulumun tətbiqi ilə bağlı idi. Məqsəd şagirdlərin nailiyyətlərini məzmun standartlarında nəzərdə tutulan bacarıqlar əsasında ölçmək idi. Bununla yanaşı,kənar amillərin və ailə şəraitinin təhsilin inkişafına təsirini öyrənmək də məqsəd kimi qarşıya qoyulub. Birinci məqsədə görə tədqiqatın nəticələri fənn kurikulumlarını hazırlayan işçi qrupların nəzərinə çatdırıldı və standartlara daxil edilən bacarıqlara yenidən baxıldı. İkinci məqsədə görə tədqiqatın nəticəsi kimi ailə-məktəb əlaqələrinin gücləndirilməsinə xüsusi diqqət yetirildiValideyn Məktəb Assosiasiyası məhz bu illərdə yaradılıb”. Tədqiqatın xüsusi məqsədləri haqqda danışan M.Mərdanov qeyd edib ki, ənənəvi fənn proqramları əsasında təhsil alan IV sinif şagirdlərinin nəticələrinin 2012-ci ildə kurikuluma əsaslanan təhsil səviyyəsini bitirəcək şagirdlərin nəticələri ilə müqayisə edilməsi üçün məlumat bazasının yaradılması, 2012-ci ildən başlayaraq Dünya Bankı tərəfindən kitabxanaları təkmilləşdiriləcək məktəblərin şagirdlərinin 2015-2016-cı dərs ilindəki təlim nəticələrini ötən illərlə (2008-2009-cu dərs ili) müqayisə edə bilmək üçün məlumatların toplanması, müasir təlim strategiyalarının, fəal təlim metodlarının tətbiqinin təhsilin keyfiyyətinə təsirinin öyrənilməsi, kənar amillərin və ailə şəraitinin təhsilin inkişafına təsirinin öyrənilməsi. Tədqiqatın nəticələrindən istifadəyə gəlincə, təhsil naziri bildirib, ümumi orta təhsil səviyyəsi üzrə (V-IX siniflər) fənn kurikulumlarının hazırlanmasında nəzərə alınıb. Dərslikləri Qiymətləndirmə Şurası bəzi qiymətləndirmə meyarlarını öz əsasnaməsinə daxil edib. Qapalı, açıq və yarımaçıq tipli tapşırıqların sayının mütənasibliyinin gözlənilməsi, nəzəri məlumatlarla praktik tapşırıqların mütənasibliyinin gözlənilməsi, təlim materiallarının interaktiv üsullardan istifadə etməyə imkan verməsi, müstəqil təlimə imkan yaradılması, dərslik komplektlərinə özünüqiymətləndirmə formalarının daxil edilməsi.

2009-cu il tədqiqatından sonrakı dövrdə görülmüş işlərə gəlincə M.Mərdanov vurğulayıb ki, bugünədək 1000 nəfərə qədər kurikulum üzrə təlimçi müəllim hazırlanıb. Son 4 ildə 35 mindən çox ibtidai sinif müəllimi kurikulum üzrə təlimlərdən keçib. Kompyuterlə işləmək bacarıqlarını inkişaf etdirmək üçün 78 min nəfərdən çox müəllim “İntel: Gələcək üçün təhsil” proqramı çərçivəsində təkmilləşdirmə kursundan keçib. Yeni ümumtəhsil kurikulumlarının tətbiqi ilə bağlı R(Ş)TŞ metodistləri üçün müvafiq təlimlər keçirilir.

Bu günədək 1300-dən çox məktəbdə Valideyn Məktəb Assosiasiyası yaradılıb. Valideyn Məktəb Assosiasiyası Valideyn-Məktəb Assosiasiyanın inkişafı, “Məktəb uşağın dostudur”, məktəbin idarə olunmasında valideyn və müəllim əməkdaşlığıının gücləndirilməsi, məktəblərdə Valideyn Məktəb Assosiasiyaları tərəfindən tibbi xidmətin təşkili, plakat və posterlər vasitəsilə valideynlərin maarifləndirilməsi, mövsümi xəstəliklərlə bağlı məktəblərdə sağlamlığın qorunması, ictimai qaydalara riayət etməklə bağlı şagirdlərin maarifləndirilməsi, məktəbin idarə olunmasında valideynlərin iştirakı, şagirdlərin davamiyyəti, problemli ailələrlə , sağlamlıq imkanları məhdud olan uşaqların inklüziv təhsilə cəlb olunması vəziyyətinin öyrənilməsi kimi layihələr həyata keçirilir. Hal-hazırda Valideyn Məktəb Assosiasiyalarının regionlarda yaradılması üçün tədbirlər görülür. IX sinif şagirdlərinin sosial savadının (həyati bacarıqlar) yoxlanılması, ölkədə informatika fənninin tədrisi vəziyyətinin öyrənilməsi, şagirdlərin İKT üzrə bacarıqlarının müəyyən edilməsi və gələcəkdə müqayisəli təhlillər üçün bazanın yaradılması, Dünya Bankının layihəsi üzrə kitabxanası təkmilləşdirmək üçün seçilmiş hədəf və nəzarət məktəblərinin şagirdləri ilə ölkənin digər məktəb şagirdlərinin nailiyyətlərinin müqayisəsi: “2011-ci il Milli qiymətləndirmə tədqiqatının nəticələri göstərdi ki, Azərbaycan dili, riyaziyyatinformatka fənləri üzrə şagirdlərin sosial savadı (həyati bacarıqlar) qənaətbəxşdir. Bununla belə, Azərbaycan dilindən mətni oxuyub müqayisə və qarşılaşdırma əsasında təhlil etmək, riyaziyyatdan müxtəlif situasiyalardakı problemləri cəbri şəkildə ifadə etmək və araşdırmaq, informatikadan öyrəndiyi proqramlaşdırma mühitində işləmək bacarıqlarının təkmilləşdirilməsi və inkişafı istiqamətində aparılmalıdır.

Azərbaycan dili fənnindən bəzi bacarıqlar üzrə qızlar irəlidədirsə, riyaziyyatinformatika fənləri üzrə bu göstəricilər dəyişir. Valideynlərin, xüsusilə atanın tam ortaali təhsilli olması şagirdlərin nəticələrinə müsbət təsir edir və valideynlərin təhsil səviyyəsi ilə şagirdlərin səviyyəsi uyğunluq təşkil edir. Lakin orta ixtisas təhsili alan valideynlərdə bu qanunauyğunluq pozulur. Rayon(Şəhər)Təhsil Şöbələri(xüsusilə,kənd rayonları) təhsilin keyfiyyətinə təsir edən amilləri nəzərə almaqla müvafiq tədbirlər planı hazırlayıb, Təhsil Nazirliyinə təqdim etməlidir. xtisaslı kadrların olmaması səbəbindən informatika fənninin zəif tədris olunduğu məktəblər ixtisaslı müəllim kadrları ilə təmin olunmaıl, inormatika fənn müəllimlərinin ixtisasartırma kurslarına cəlb edilməsi ilə bağlı tədbirlər görülməlidir. Riyaziyyat dərsliklərində və fənn üzrə digər vəsaitlərdə sosial savadı (həyati bacarıqlar) artıran tapşırıqlara geniş yer ayrılmalı, oxuqavrama bacarıqlarını inkişaf etdirmək üçün Azərbaycan dili dərslərində şagirdlərə tanış olmayan mətnlər üzrə aparılmasına üstünlük verilməlidir. Tədqiqatın nəticələrinə görə, oğlanların bəzi bacarıqlar üzrə təlim nəticələrində zəifliklərinin səbəblərini araşdırmaq və aradan qaldırmaq üçün müvafiq təkliflər hazırlanması Təhsil Problemləri İnstitutunun tədqiqat mövzularına daxil edilməlidir. Valideynlərin təhsilinin şagirdlərin nailiyyətlərinə təsirinin qanunauyğun olmayan nəticələrinin təhsili idarə edən təşkilatların nəzərinə çatdırılmalıdır”.

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2011.- 10 dekabr.- S.10-11.