Rəqs edə bilməyən oğlan

 

DOSTUM ELÇİN HÜSEYNBƏYLİNİN 50 YAŞINA

Bu gün mənim ad günümdü!

Dostum Elçin Hüseynbəylinin ad gününə isə hələ bir həftə qalır... O məndən yeddi gün sonra dünyaya gəlib... O məndən yeddi yaş böyükdü...

Deyirlər ki, qadından yaş soruşmazlar... Çünki qadının yaşı üzündə yazılır. Qadın necə görünürsə yaşı o qədərdir! Bizsə kişiyik... Kişidən hər şeyi soruşmaq olar! Elçin böyük kişilərdəndi... Onunla 25 il dostluq eləmək kişilikdi! Bir ömrün tən yarısına şahid olmaq da ancaq dostlara düşər...

Elçini xatırlayanda həmişə dəniz düşür yadıma... Yox, Elçin dəniz kimi ipiqırıq deyil, bir gün sakit, bir gün tufanlı olmaq Elçindən uzaq bir işdi. Sadəcə ən xoş anlarımıza dəniz şahid olub deyə, Elçinlə dəniz mənə doğmadır. O 25 il əvvəl necəydisə, elə qalıb, elə qocalıb özüyçün... Qocalıb dedim... Qocalıb ya qocalmayıb bilmirəm, amma mən onu tanıyandan həmişə bir sifətdə olub Elçin. Elə belə, qocaman bir sifətdə. Bir ki, ya mən, ya da, Elçin uşaq olmuşuq ki, yaşayıb qocalaq da... Biz anadan qoca doğulmuşuq... ağlımız kəsəndən həyatın yükü çiyinlərimizdən sıxıb, amma əyilmək bizlik deyil...

Min il qalsaydı, Elçin öz ad günündə yeyib-içəndən sonra mənim ad günümə yazı yazmazdı... Düz edərdi... Amma mən ad günümü Elçinsiz keçirdiyimçün onu xatırladım, sağlığına araq içdim bi yazını yazmağa başladım... Elçin zəng vurub məni bir xeyli təriflədi...

... 50 yaşı tamam olan Elçin Hüseynbəyli mənim qələm yoldaşımdır həm . Bu gün məmləkətdə yaza bilən iki-üç sanballı yazar kişidən biridi Elçin. O da hekayələri ilə gəlib ədəbiyyata. İlk kitabıRəqs edən oğlan” 2001-ci ildə çap olunmuşdu. Yüklü kitab idi... Ümumiyyətlə Elçinin yüksüz kitabı yoxdur, yoxsa bəzilərimiz kimi, 50 qramlıq kitabla ədəbiyyta gələnlərdən deyil o. Elə ilk kitabıyla, ilk hekayələri ilə Elçin söz deməyə, diqtəsini etməyə, sanbalını göstərməyə gəldi. Sonra 2003-cü ildəBalıq adamçıxdı. Elçinin metaforik, mistik, fantastik lirik düşüncələrinin romanı.

“Tut ağacı boyuncaromanı da bu kitabda yer almışdı. Eqoistcəsinə yazılan məhəbbət hekayəsi. O romanda razılaşdığım razılaşmadığım yerlər çox idi. AmmaBalıq adambaşqa işdi... İnanmıram ki, o romanı oxuyub bəyənməyən olsun.Balıq adam”dan sonra Elçin Hüseynbəyli imzası ədəbiyyatda nüfuz göstəricisinə çevrildi. Artıq ədəbiyyatı bilən hər kəs qəbul etməyə başladı ki, Elçin ədəbiyyata öz iddiasıyla gəlib. Hələ bu iddianı qısqananlar, bu iddiaya qeyri-ciddi yanaşanlar da qədər...

Bu gün Elçin Hüseynbəylinin ortalığa qoyduğu əsərlər təkcə ədəbiyyat nümunələri, yazılmaq üçün yazılan romanlar deyil, həm ciddi ədəbiyyat nümunələri, ədəbi hadisələrdir. OnunYovşan qağayılar”ı maraqlı obrazları, həyat hadisələri, gözlənilməz süjet xətti olan son dərəcə dəyərli bir əsərdir mənimçün. Eləcə “Metro vadisi”... romanı.

Elçinin maraqlı bir yazı üslubu var. O həmişə onu düşündürən suallara cavab axtarmaq üçün yazdığı əsərlə qəribə bir maşahidə aparır. Əvvəldə qoyulan sual sonda öz cavabını tapır. Bu cavab düşüncənin məntiqin, bir baş verən hadisələrin içindən çıxır. Oxucu yorulmur, oxuduğu hadisənin iştirakçısına çevrilir.

Dostumun “Don Juan” Şah Abbasromanları da birbaşa oxucu üçün ünvanlanıb. Mən bu əsərlər haqqında yazı yazdığım üçün hər iki roman tənqidimizin kifayət qədər diqqətində olduğu üçün, sadəcə bir oxucu kimi demək istəyirəm ki, kim bu vaxta qədər adı çəkilən romanları oxumayıbsa, vaxt tapıb oxusun.

Elçin peşəkar yazar olmaqla bərabər həm peşəkar jurnalistdir, dramaturqdur. Onun publisistik yazıları da, qələmə aldığı pyeslər sadəcə orijinal üslubu, özünəməxsus yazı tərzi, maraqlı ifadə forması ilə deyil, həm sırf onun özünə məxsus sarkazm oyunçuluqla seçilir.

... deyəsən məqsəddən yayındım axı... qardaşımın, dostumun 50 yaşı yaxınlaşır deyəsən... Sözün həqiqi mənasında Elçin Hüseynbəyli mənimçün qardaşdı, özü böyük qardaş, qocaman qardaş...

Saçı-saqqalı gözümün qarşısında çallaşan qardaş... Elçinin bir gözəl xasiyyəti var... sevdiklərini qoruyur. Allah da onu qorusun bütün sevdikləri üçün!

Mən ona başqan deyə müraciət edirəm. Gənclər şurası yaranandan sonra belə deməyə başlamışam. Elə indi sözümü başqanıma müraciətlə bitirmək istəyirəm; 50 yaşın mübarək olsun, başqanım! Gün o gün olsun sənin öz iştirakınla 100 illik yubileyini keçirək, səninlə birgə Mahmudlu stansiyasına gedək, doğmaların qəriblikdə qalan məzarlarını ziyarət edək, Arazda balıq tutaq... Darıxma, sənin 100 yaşın olanda mən hələ 93 yaşlı cavan oğlan olacam, başqanım, tilov atıb balıq titmağa gücüm olacaq. Ancaq sən özünü mənim 93 yaşıma qədər qoru. Ən azından bunu mənə borclusan, RƏQS EDƏ BİLMƏYƏN OĞLAN!

14-19 dekabr 2011-ci il

 

Əyyub QİYAS

525-ci qəzet.- 2011.- 21 dekabr.- S.7.