Xalq yazıçısı Elçinin “Şekspir” əsəri
Krımtatarlarının ifasında
Xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında Krımtatar Akademik Musiqili Dram Teatrının hazırladığı “Xəstə könül” tamaşası Bakı tamaşaçıları tərəfindən maraqla qarşılanıb.
Akademik Milli Dram teatrında səhnəyə qoyulan əsər Krımtatar Akademik Musiqili Dram Teatrının aktyorlarının ifasında tatar dilində təqdim edilib.
Tamaşanın təqdimatından
əvvəl çıxış edən Akademik
Milli Dram
Teatrının direktoru İsrafil
İsrafilov Krımtatar Akademik
Musiqili Dram
Teatrının ölkəmizə qastrol səfərini
Azərbaycan-Ukrayna teatr əlaqələrinin
mühüm mərhələsi kimi dəyərləndirib. O,qeyd edib ki, bu ilin aprel
ayında Akademik Milli Dram Teatrı “Teatr. Çexov. Yalta” Beynəlxalq
Teatr Festivalına qatılaraq, Krımtatar Akademik Musiqili Dram Teatrının qonağı
olub, həmin səhnədə çıxış
edib.
Onun sözlərinə
görə bu əlaqələr və
son illər teatr sahəsində Gürcüstan,
Moldova və Ukrayna ilə qurulan əməkdaşlıq ölkələrarası
mədəniyyətlərin tanıdılmasına xidmət
edir.
Krımtatar Xalq Məclisinin sədr müavini Remzi İlyasov 1990-cı ildən bəri Bakının daha da gözəlləşdiyini,
mədəni mühitinin
inkişaf etdiyini bildirdi. Onun sözlərinə görə Xalq yazıçısı Elçinin
“Xəstə könül”
tamşasının səhnəyə
qoyulması ortaq dilə, eyni soykökə malik Krımtatarları ilə Azərbaycan xalqının
mədəni ələqələrinin
daha da güclənməsinə,
inkişafına töhfədir.
Daha sonra tamaşa təqdim edilib. Tamaşanın quruluşçu rejissoru və rəssamı Ukraynanın
əməkdar incəsənət
xadimi Rinat Bektaşevdir. Tamaşada
rolları Ukraynanın
əməkdar artisti Dilavər Səttarov (Sanitar), Krım Muxtar Vilayətinin əməkdar artistləri
Eldar Cəlilov
(Drob-13), Marlen Osmanov (Marslı), Fatma Asanova-Abdullayeva (Ər-arvad),
Əşrəf Yaqyayev
(İ.Stalin), Lemara Cəlilova ( Sara Bernar), Refat Seyid-Ablayev (Baş həkim), Gülnar Sefedina ifa ediblər.
Tamaşanın ideya xətti belə bir sual
üzərində qurulub:
“Kimin iç dünyası daha zəngindir? Ruhi xəstə saydığımız
insanların, yoxsa məhəbbəti, paklığı,
saflığı, sədaqəti
unudaraq, topladıqları
maddi sərvəti itirmək qorxusu ilə yaşayanların?!”
Tamaşanın əsas süjeti ondan ibarətdir ki, ruhi-əsəb klinikasındakı pasientlərin
hər biri öz xəyalında qurduğu dünyasında
yaşayır. Marslı saatlarla göyləri
seyr edərək, onun arxasınca nə vaxt gələcəklərini
gözləyir. Ər-arvad daim
öz ikili təbiətinin problemləri
ilə yaşayır.
Stalin bütün günü
törətdiyi qanlı
əməllərin, günahsız
insanların ölümünə
fərman verməsinin
peşmançılığını çəkir. Sara Bernar
isə daim özünü səhnədə
təsəvvür edir,
Cülyetta obrazının
xəyalı ilə yaşayır. Maraqlıdır ki, baş həkim
bir-birindən fərqli
bu insanları dərk etməyə çalışsa da, anlayır ki, o, buna qadir deyil.
Ancaq bütün bunlara baxmayaraq, xəstə kimi müalicə edilən bu insanlar öz xəyal aləmlərində
xoşbəxtdirlər.
Xəstələrin ərzaqlarına belə əl uzatmaqdan çəkinməyən xəstəxana
personalının hər
cür təzyiq göstərdiyi, simasızlaşdırmağa
çalışdığı xəstələri Şekspirin
dühası öz ətrafında birləşdirir. Sara Bernarın
sevimli əsəri olan “ Romeo və
Cülyetta” hamını
öz ülviliyi və saflığı ilə məftun edir.
Xəstəxanaya “Drob-3”ün gətirilməsi ilə hər kəs bir daha həyata
baxışı barədə
düşünməli olur.
Bir anda xəstəxana xəyal və hisslərin boğulduğu, sədaqət
və inamın itdiyi, həyata fərdi baxışların
qadağan edildiyi dünyamızın kiçik
modelinə çevrilir. Şekspirin kitabını
oxuyan Drob-13 də onun əsərlərindəki
insan hisslərinin böyüklüyünə heyran
olur və təəssüflə deyir
ki, onun planetində yaşayanlar çox dərin biliklərə malik olsalar da, onlarda
teatr yoxdur.
Əslində cəmiyyətin xəstə
hesab etdiyi pasientlər digərlərindən
mənəvi baxımdan
daha təmiz, ülvi hisslərə malikdir, onlar arzuladıqları xəyallara
sərhəd qoymurlar. Təsadüfi
deyil ki, pasientlərin teatrı “canlı orqanizm”, “gözəllik” adlandırılması
onların mənəvi
iç dünyasının
zənginliyindən xəbər
verir.
Tamaşanı Krımtatar Teatr Xadimləri İttifaqının
sədri, teatrın direktoru və bədii rəhbəri, Ukraynanın əməkdar
incəsənət xadimi
Bilal Bilalov və digər mədəniyyət xadimləri
də izləyiblər.
Qastrol səfəri
çərçivəsində “Xəstə könül”ün
Bakının Qaradağ
rayonunda və Sumqayıt şəhərində
göstərilməsi planlaşdırılır.
GÜNEL
525-ci qəzet.- 2011.- 22 dekabr.- S.6.