Vətən dərdi – millət yanğısı

 

“Ey müəllim, adəti-məzvirdir əşrarə elm, Qılma əhli-məkrə təlimi-məarif zinhar

Füzuli

 

“Valideynim məni göydən yerə endirdi, müəllimim yerdən göyə qaldırdı”

Aristotel

 

Dünyada müəllimdən böyük ad yoxdur. Müəllimlik sənətlərin ən nəcibi, insan fəaliyyətinin ən nurlusu ülvisidir. Hamının müəllimi olur: şahın da, gədanın da, alimin , caninin ... Haçansa ən adil ən zalım şah öz müəllimindən bir qulaqburması alıb. Gənc yaşlarında dünyaları fəth etmiş İskəndər öz müəllimi Aristotelin qarşısında tir-tir əsirmiş.

Bir gün səhər adyutantı böyük sərkərdə Suvorovun yatdığı çadıra girib təlaşla deyir: Əlahəzrət, mühasirədəyik. Sərkərdə tövrünü pozmadan cavab verir: Əşi elə bildim imtahana çağırırsan, mühasirədəyik yarıb qalxacağıq. Hər bir şagirdin ləyaqəti imtahanda tərləməkdi... Müəllim təkcə dərs öyrətmir, nəhayətdə o, bəlkə daha çox həyatı öyrənməyin yolunu öyrədir.

Mənim şair publisist dostum Şöhlət Əfşar “Həyat sən öyrədən deyil, müəllimpoemasında uzun illərdən sonra həyatda çaşıb qalmış lirik qəhrəmanın dili ilə həyatı dərk etmək üçün yenidən müəllimə üz tutub, poetik-fəlsəfi suallarla ona xitab edir: Bu lirik poemanın qəhrəmanı müəllimin dedikləri ilə həyatda olanları müqayisə edir. Poemanın konfilikti müəllimin dedikləri ilə həyatda olanlar arasındakı ziddiyyətdən doğur:

 

Hər sözün müqəddəs, mən dinlədim,

Sənin tökdüyünü bir-bir dənlədim.

Haqqı dedim, zərbələrdən inlədim,

Həyat sən öyrədən deyil, müəllim!

 

Şair Türkün şərəfli tarixinə üz tutur, böyük fateh Əmir Teymurun müəlliminə ehtiramını yada salır:

 

Qılıncın gücünə igid Teymurləng,

Məğribdən-Məşriqə məmləkət qurdu.

Cahana yetsə , hökmü, qüdrəti,

Müəllim önündə ayağa durdu.

 

Belə nəql edirdilər ki, bir gün Əmir Teymur başının dəstəsi ilə ova gedirmiş. Göstəriş verir ki, onun müəllimini dəvət etsinlər. Palçıqlı keçidlərin birində müəllimin atı sıçrayıb qabağa keçir müəllimin atının nalından qopan palçıq Əmir Teymurun əbasına yapışır. Hamı yerində donub qalır, gözləyirlər ki, Əmir müəllimin başını vurduracaq. Bir neçə müddət beləcə heç kim cəsarət edib yerindən tərpənmir, bir söz demir. Nəhayət, Əmir Teymurun əzəmətli səsi eşidilir: Ehtiyatla əbamı əynimdən çıxarın, verin saxlasınlar, onun üstündə mənim müəllimimin yadigarı var... Deyirlər ki, üstündə qurumuş palçıq olan həmin əba bu gün İstanbul müzeylərinin birində saxlanılır.

 

Sənə dünya qədər ehtiramım var,

Müəllim, həmişə əzizsən mənə!

Bağışla, qədər acı olsa da,

Giley edəcəyəm özündən sənə.

 

Bu minvalla da həyatda müəllimin dediklərini görməyən şairin bədii-fəlsəfi gileyləri başlayır:

 

Əyrilərə bütün qapı açıqdır,

Onlara sərt yollar düz, hamar olur.

Günün günortası, düpbədüz yollar,

Düzlərə keçilməz, nahamar olur.

 

Ölübdü heysiyyat, itibdi qürur,

Gəda ağsaqqaldan qabaqda durur.

İmansız, kitabsız haqdan dəm vurur,

Həyat sən öyrədən deyil, müəllim!

 

Din-dinə qarışıb, məzhəb-məzhəbə,

Yaman faydalanır hibrid əshabə.

Saxta “hacı”lardan bezibdi Kəbə,

Həyat sən öyrədən deyil, müəllim!

 

Beləliklə şairin narahat poetik təhkiyəsi həyatın bir çox qatlarına baş vurur, mənəvi eybəcərlikləri lay-lay qaldıraraq un kimi üyüdür. Müəllimin öyrətdikləri ilə öyrətmədikləri – həyatda olanlar arasında ziddiyyətlər getdikcə böyüyüb şişir, psixoloji cəhətdən dolğunlaşır. Vaxtilə böyük rus tənqidçisi V.Belinski yazırdı:

“Poeziya həyatı, bir imkan kimi, yaradıcı surətdə yenidən yaratmaqdır. Buna görə o şey ki, həyatda ola bilməz o, – poeziyada da yalandır... Hansı poeziyanın ki, kökləri müasir həyatda deyildir, hansı poeziya ki, həyata işıq salmır, onu izah etmir, – bekarçılıq əlamətidir, zərərsiz olsa, havayı vaxt keçirməkdir

“Həyat sən öyrədən deyil, müəllimlirik poemasını da Şöhlət Əfşara həyat yazdırıb. Əsərin zahirən gözə çarpan sujeti yoxdur. O, bir növ böyüyüb həyatda müəllimin dediklərini görməyən şagirdin etiraz dolu ricətlərindən ibarətdir. Fəqət, bu etirazların özündə şagirdin müəllimə izzəti-ehtiramı qorunub saxlanır. Müəllimin obrazı psixoloji cəhətdən böyüyür.

Poema günümüzün müasirlik ruhuna, sosial-siyasi manevr imkanlarına malikdir.

Məsələn, ATƏT-in Astana Sammitindən sonra aşağıdakı misraların bədii-fəlsəfi gücü bir az da artır:

 

Böyüklük “ATƏT”ə, “AŞPA”ya düşür,

Lotular arxada bizə gülüşür.

Deyəsən, Qarabağ əldən sürüşür,

Həyat sən öyrədən deyil, müəllim!

 

Bilmirsən bir çoxu haraya axır,

Maskalı üzlərin tutubdur paxır.

Bir az qurdalasan, erməni çıxır,

Həyat sən öyrədən deyil, müəllim!

 

Poemada şairin vətəndaşlıq cəsarətindən gələn belə bəndlər xeyli yer tutur. Bu əsər bir ziyalı, bir vətəndaş qəlbinin hayqırtısıdır. O da hamı kimi sakit oturub müəlliminin öyrətmədiyi həyatda baş verənləri sadəcə seyr edə bilərdi. Lakin edə bilmir elə ona görə yaxşı-yaman qələmə əl atır. bu anlarda məhz qələm onun karına gəlir. Lazım gəldikcə itirdiyi Qarabağını mənfur düşmən tapdağından xilas etmək üçün türkün böyük əfşarlar sülaləsinin oğlu ulu babası Nadir şah kimi qılınca da əl ata bilər. Aşağıdakı misralarda bu qəzəb yuva bağlayıb:

 

Meydanıdır acgözlərin, hərisin,

Hamı soyur bir-birinin dərisin.

Millət batır, düşünən yox gerisin,

Həyat sən öyrədən deyil, müəllim!

 

Min rəhmət oxuyaq Mirzə Cəlilə,

Yazıb “Ölülər”i açdı sirləri.

İndi əməlimiz betərdən betər,

Ağlayan lazımdır biz diriləri.

 

Mən bir ayna tutub təmiz ürəklə,

Yazdım həqiqəti, yazdım düzünü.

Qoy nəfsin qulları, əməli pislər,

Baxıb bu aynaya görsün özünü.

 

Şöhlət Əfşar “Sözün doğrusunu danışmaq hünərdir” – deyən Mirzə Cəlil, “Şairəm, əsrimin ayinəsiyəm” – deyən M.Ə.Sabir ənənələrini yeni əsrdə davam etdirir:

 

Şairəm, çünki vəzifəm budur, əşar yazım,

Gördüyüm nikü-bədi eyləyim izhar yazım,

Pisi pis, əyrini əyri düzü həmvar yazım,

Niyə bəs böylə bərəldirsən a qare gözünü,

Yoxsa bu ayinədə əyri görürsən özünü?!

 

Bir gün kimsə gəlib deyə bilər: “Aynaları sındırınAmma bunun heç bir faydası olmayacaq. İnsan özündən qaça bilməz. Onun bir çıxış yolu var: özünə qalib gəlmək! Min illərdi Şərqin Qərbin bütün fəlsəfi təlimləri insanlığa bu ali həqiqəti təlqin edir. Min ildir sufilər insanları insanlaşmağa çağırır, yer nemətlərindən əl çəkib ruhi aləmə qovuşmağa səsləyir, fəzilət qəbahət arasında mübarizə davam edir. Ş.Əfşarın poemasının bədii-fəlsəfi pafosunu da belə niyyət müəyyənləşdirir. O əsl türk inamı, azərbaycançı əqidəsi ilə yazır:

 

Yaxşı oğulları çoxdur xalqımın,

Qoy bəxtiyar olsun millətin sevən!

Yaxşılar başında gəzdirir deyə,

Daima ucalır bu ana Vətən!

 

Burada şairin müəllimə gileyi başa çatır. Bu həsb-halın oxucuya verdiyini yalnız möhtərəm oxucu deyə bilər.

 

Nizaməddin ŞƏMSİZADƏ,

filologiya elmləri doktoru,

professor

525-ci qəzet.- 2011.- 22 dekabr.- S.7.