Möhtəşəm
tədbir
Bu yaxınlarda Berlində fəaliyyət göstərən Azərbaycan Evinin yaranmasının 5 illik yubileyi ilə bağlı keçirilən möhtəşəm tədbirlərin əks-sədası səngimək bilmir. Azərbaycan Evinin rəhbəri Tofiq Qarayevlə yanaşı əsərləri Avropada yüksək tirajlarla nəşr olunan həmyerlimiz, tanınmış yazıçı-ssenarist Əmir Pəhləvan dünyanın müxtəlif guşələrindən yubileyə təşrif buyurmuş qonaqları qarşılayaraq tədbirə əsl ev sahibliyi etdilər.
Söhbət və ünsiyyət əsnasında vətənimizin istək və sevgilərini qonaqlarla bölüşən Azərbaycan Evi rəhbərinin müavinləri Rövşən Qrosman, Zaur Atakişiyev və Rasim Əkbərov yubiley ərəfəsində gördükləri işlərdən qonaqlara ətraflı danışdılar.
Rövşən Qrosman təşklilatı məsələləri yüksək səviyyədə nizamlayaraq Kiyevdən gəlmiş məşhur iş adami Oleq Bakinski, Belarusdan gəlmiş dünya çempionu Natiq Bağırov və Rövşən müəllimlə xarici ölkələrdə məskunlaşan həmyerlilərimizin ümumi yaşam tərzi ilə bağlı müzakirələr aparıb dostlara yeni təkliflər verdi və onun icrası ilə bağli konkret tədbirlər təşkil etməyin yollarını axtarmağı qarşıya məqsəd qoydu.
Geniş imkanları, Avropada böyük hörməti və ağsaqqallığı olan Rövşən Qrosmanın ağıllı və uzaqgörən fikirləri həmyerlilərimizin heyrətinə səbəb oldu.
Doğrudan da, Berlində yaşayan hər bir azərbaycanlı yaxşı bilir ki, R.Qrosman onlar üçün bir güvənc və və ümid yeridir.
Zaur Atakişiyev isə böyük həvəslə Azərbaycan Evinin fəaliyyəti haqda – təşkılatın son illər bir sıra idman və mədəniyyət tədbirləri təşkil etdiyini, Azərbaycandan gələn incəsənət xadimlərinə hamilik göstərdiklərini qonaqların diqqətinə çatdırdı.
Zaur Atakişiyev
Vətən sevgisi olan bir insandır. O, qərib
ölkədə soydaşlarımızın
hər bir ağrı- acısını
iç dünyasından
keçirir və əlindən gələn
köməkliyi əsirgəmir.
Rasim Əskərov
isə bütün texniki məsələləri
öz boynuna götürərək işinin
öhdəsindən bacarıqla
gəldi. Onu da demək yerinə düşərdi
ki, Rasim qürbət ölkədə
yaşayan həmyerlilərimizin
probleminin həllində
ürək yandırır
və əsl vətənpərvərlik missyasını
yerinə yetirir.
Həmkəndlim Elxan isə əsl “təcili yardım” funksiyasını
yerinə yetirir. Hamiya əl tutur... Elə yubiley tədbirində də öz maliyyə imkanları daxilində qonaqlarin rahatlığı üçün
əlindən gələni
əsirgəmədi.
Gülağa Əliyev, İlahə
Barinin, Malik Hacızadə, Aslan Həsənov, Cavanşir Əliyev, Elşən Bakılı, Cəfər
Buzovnalının, Gülxar
Laşınlı, Elşən
Hacıqabullunun və
Almaniyada Azərbaycan cəmiyyətlərinin Koordinasiya
Mərkəzinin rəhbəri
Samirə İsmayılovanın
əməklərini də
qiymətləndirmək vacibdir.
Yubiley tədbirində
iştirak edən müğənnilər Samir
Cəfərov, Cahangir
Qurbanov və Aynur İsgəndərli tədbirdə elə gözəl ifalar təqdim etdilər ki, xarici qonaqlar
heyrətə gəldilər. Aynur İsgəndərlinin
oxuduğu nostalji mahnılar və dünya klassiklərinin əsərlərindən nümunələr
yubiley iştirakçılarını
riqqətə gətirdi.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Azərbaycan Evinin əməkdaşlarını yubiley
münasibətilə təbrik
edərək, onun yaranma tarixindən danışdı.
Gecədə AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev Azərbaycan Evinin idman sahəsində gənclərlə apardığı
işlərin təqdirəlayiq
olduğunu bildirdi. Azərbaycan Evi
nəzdində futbol məktəbinin rəhbəri
və kiçikyaşlı
uşaqlardan ibarət
“Azəri” futbol komandasının məşqçisi
Yohannes Zvik komanda tərəfindən
imzalanmış topu və idman formasını
Rauf Əliyevə təqdim etdi.
Azərbaycan Evinin yubileyi münasibətilə Berlin-Bakı
Qalereyasının rəhbəri
İbrahim Əhrari Azərbaycan Evinə özünün yeni çəkdiyi rəsm əsərini hədiyyə
etdi.
Tədbirdə Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov, Azərbaycan Respublikası Dağlıq
Qarabağ Bölgəsinin
Azərbaycan İcması
İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı
Sevinc Xəlilova, Azərbaycan səfirliyinin
əməkdaşları, çox
sayda alman və azərbaycanlı qonaqlar iştirak edirdi.
Gecənin bədii hissəsində Moldovadan gəlmiş qonaq Konstantin Moskoviç neydə Azərbaycan xalq musiqisi incilərindən
parçalar ifa etdi. Azərbaycandan gəlmiş incəsənət
ustaları Azərbaycan
və Avropa musiqisi nümunələrini
ifa edərək, qonaqlara xüsusi zövq verdilər.
Ə.HACILI
Berlin
525-ci qəzet.- 2011.- 27 dekabr.- S.4.