İnsan nəfsinin ağası
olmalıdır
Son vaxtlar nəsrimizdə kənd həyatından bəhs edən maraqlı hekayələrə az rast gəlinir. Bu yaxınlarda “525-ci qəzet”də (18.10.2011) Zemfira Məhərrəmlinin “Nəfs” hekayəsini oxudum. Sözün əsl mənasında çox böyük mənəvi həzz aldım. Hekayədə çox böyük ürək sahibi olan bir azərbaycanlı qadın Güldəstənin həyatından bəhs edilir.
Güldəstə çox ağır həyat yolu keçmiş, əli qabarlı, dörd uşaq anası, həyat yoldaşını erkən itirmiş zəhmətkeş bir qadındır. O, bu əzab-əziyyətə qatlaşır, uşaqlarını böyüdür, onların yaxşı vətəndaş olmasına çalışır, özünə ev-eşik düzəldir, yaxşı yaşaması üçün hər bir şərait yaradır.
Zemfira xanım bu əzabkeş qadının obrazını yüksək səviyyədə yaradır və onun çətinliklə qazandığı ev-eşiyini, pis nəfsli insanların – Çapıq Məhərrəmlərin pozmasını çox yüksək səviyyədə qələmə alıb.
Zemfira xanım “Güldəstə həyət-bacanı süpürmüş toyuq-cücəni hinə salmış, qapılarını bərkitmişdi. Qonşusu Tamaşa xalanın kürt düşmüş çil toyuğunu tülkü aparandan sonra gözü yamanca qorxmuşdu. Toyuq –cücənin yaxın həyətlərə dadanan bu şələquyruğa yem olmasından ehtiyatlanırdı”. Müəllif bir cümlə ilə Güldəstənin dilində kənd həyatını çox maraqlı təsvir edir. Bundan başqa “ocağın közünə atmaq üçün bir qucaq çırpı gətirmiş”, “örüşdən qayıdan mal-qaranı tövləyə rahatlayıb”, “yanı balalı Bəzək inəyini sağmış”, “üzlü süddən qatıq çalıb, qazanın üstünü bərk-bərk basdırmışdı” və s. fikirlərini adi kənd dilində təsvir edib ki, hekayəni oxuduqca bütün bunlar kənd həyatında tam reallığı ilə təsvir edir.
Və ya bu cümləyə diqqət edək:
“...Səhər tezdən su qırağından yığdığı təzə – tər pencərdən bişirdiyi xörəyi boşqablara çəkib süfrəyə düzdü. Təndirə yapdığı ətirli çörəkdən, yuxadan qalaqlayıb ortaya qoydu. Balalarını başına yığıb qarınlarını doyurdu.”
Zemfira xanım adi kənd adətini o qədər sadə dildə təsvir edir ki, burada bir doğmalıq tapırsan və hiss edirsən ki, bu axşam sadə və adi kənd evindəsən. Kənd həyatının ən yaxşı adətlərindən biri ailə üzvlərinin bir yerdə diz-dizə oturub qazanılan halal çörəyi bir süfrə arxasına toplanıb yeməkləri və sonra süfrədə olan çörək qırıntılarını toplayıb istifadə etməsidir. Kəndçi çörəyin qədrini bilir, o çörək qırıntılarını heç vaxt zibil qutusuna atmaz.
Bu kiçik hekayə
əslində bir əsərdir, bir romandır. Bu gün
hər birimizin belə yazıları oxumağa, balalarımıza,
nəvələrimizə nümunə
göstərməyə ehtiyac
var. Uşaqlarımız kənd
həyatının qayda
və qanunlarını
bilməlidir. Hekayənin
bir yerində yazılır:
“...Elə keçən şənbə payızlıq
buğdadan dəyirmanda
üyütdüyü iri
un çuvalını bacısının
qapısında düşürüb,
Güldəstəni sevindirmişdi.”
Belə
bir sual ortaya çıxı: Görəsən bu günkü, kənd cavanları və ya uşaqlar çuvalın nə olduğunu bilirlərmi? Çuval hər bir kəndçi
ailəsinin bərəkət
nümunəsidir və
görəsən bu gün hansı kəndçi ailəsində
çuval var? Axı çuvalı toxumaq üçün analarımız
qalmayıb. Bu işi bacaran nənələrimiz azalıb.
Çörək üçün bərəkət yeri olan çuvalımızı
unutmamalıyıq.
Hər birimiz kənd həyatının
bütün adət və ənənələrini
qoruyub saxlamalıyıq. Müasirliyi qəbul
etməklə, keçmişimizi
də unutmamalıyıq.
Mirzə
İbrahimovun “Böyük
dayaq” romanı əsasında çəkilmiş
filmdə Rüstəm
kişinin oğlu Qaraşa vurduğu sillə hamı üçün dərs olmalıdır.
Bəli
bu gün də cəmiyyətdə
oğrular, 10 manata görə adam
öldürənlər, talançılar
və quldurlar var.
“Nəfs”in qəhrəmanı
Güldəstədir.
Güldəstə sadə bir kənd
qadınıdır. Dörd övladını
çox çətinliklə
böyüdüb, həyat
yoldaşı Məmmədi
vaxtsız itirib.
Bu ailənin bütün
yükü Güldəstənin
üstünə düşüb.
Ancaq “Nəfs”i iti olan Çapıq Məhərrəmlər həmişə
olub və bu gün daha
çoxdur. Güldəstənin doqquz qoyununa göz dikən Çapıq Məhərrəmi
– nəfsinə görə
dəfələrlə aldığı
cəzayla əlaqədar
Məhbəs qanunları
ilə cəzalandırsalarda
o, “Nəfs”ini saxlaya bilir.
“Güldəstə heyi-hərəkəti
qalmasa da qamətini düzəldib üst-başının toz-torpağını
çırpdı. İki-üç addım irəlilədi.
Əli çomaqlı kişinin ona tərəf yeridiyini görüncə
canına üşütmə
düşdü. Bu yekəpər, eybəcər
adama zəndlə baxdı.
– Ay aman bu ki,
çapıq Məhərrəmdir!
– deyə var gücü ilə qışqırdı.
Kimin evini taladığını
yaxşı bilirsən,
özünü tülküyə
vurma! Qabağına qatdığın doqquz baş heyvanı Məmmədin yetimlərinin boğazından
kəsmisən, namərd
oğlu namərd.
Nəfsinə yiyəlik edə
bilmirsən, belə vicdansızlıq, tamahkarlıq
olar?”
“Nəfs” hekayəsini
ağır əzab-əziyyət
çəkmiş, gecəsini
gündüzünə qatmış
Güldəstə kimi
bir qadının şər üzərində
qələbəsi kimi
qiymətləndirmək lazımdır. Onsuz da şər qüvvələr
həyatda heç vaxt qalib gələ
bilməzlər. Çünki Güldəstə kimi analarımız, bacılarımız,
nənələrimiz var. Belə
olduğu halda Çapıq Məhərrəmlərin
sonu yoxdur.
Güldəstə bütün bunları düşünə-düşünə gəldiyi yolla geri qayıdır, qoyun-quzunu haylayıb evə aparır. Tikan kollarının
daladığı, qanatdığı
ayaqlarına, sivrilib göynəyən dizlərinə
fikir vermədən yeriyir, darvazası açıq qalmış,
körpə balaları
yatan isti ocağına tələsirdi.
Zemfira xanım
Məhərrəmli “Nəfs”
hekayəsilə Azərbaycan
nəsrində Güldəstə
kimi qadın obrazını və Çapıq Məhərrəm
kimi nəfsi pis, əqidəsiz, əslində cəmiyyətə
gərəksiz insan obrazını yaradıb.
Əyyub MƏMMƏDOV
Tibb elmləri üzrə
fəlsəfə doktoru,
Respublikanın əməkdar
həkimi
525-ci qəzet.- 2011.- 29 dekabr.- S.