Herbert Kvelle: “Biz BMT Təhlükəsizlik Şurasında Azərbaycana öz texniki-təşkilati dəstəyimizi təklif etmişik

  

Müsahibimiz Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelledir.

–Cənab səfir, Azərbaycan və Almaniya arasında əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Başa çatmaqda olan 2011-ci il sizcə iki ölkənin münasibətləri baxımından daha çox nə ilə yadda qalacaq?

–Ölkələrimiz arasında əlaqələr səmimi və yaxşıdır. Xalqlarımız arasında da bu əlaqələrin kökü iki əsr əvvələ gedib çıxır. 1819-cu ildə almanlar Helenendorf və Azərbaycanın şimal qərbində digər məskənlərin əsasını qoyublar. Almaniya və Azərbaycan 1992-ci ildə, ölkəniz müstəqillik qazandıqdan sonra diplomatik əlaqələrə başlayıblar. Mənim ölkəm Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. 20 ildir ki, biz Azərbaycana texniki əməkdaşlıq sahəsində məsləhətlər veririk ki, bu da ölkəniz tərəfindən yüksək qiymətləndirilir. Həmçinin maliyyə əməkdaşlığı sahəsində də Almaniya (KFV) Kreditanştalt för Videraufba bankının timsalında Azərbaycanın əhəmiyyətli tərəfdaşıdır. Azərbaycanlılar həvəslə alman mallarını alırlar, bunların sırasına təkcə avtomobillər və mətbəx avadanlığı deyil, həmçinin texniki qurğuları aid etmək olar. Mən Sumqayıtdakı Texnologiyalar Parkında olarkən bunun şəxsən şahidi oldum. Alman enerji şirkəti olan RWE Cənubi Qafqaz Dəhlizinin əhəmiyyətli neft layihələrində iştirak edir. Əminik ki, Azərbaycan gələcəkdə Almaniya üçün yalnız əhəmiyyətli neft ixracatçı deyil, həmçinin Almaniyanın qaz ilə təminatının diversifikasiyanına öz töhvəsini verən bir ölkə olacaq.

İkitərəfli münasibətlər üçün əlbəttə ki, böyük tamaşaçı kütləsinin marağı ilə qarşılanan hadisə, EllNikkininEurovision“ mahnı yarışmasında əldə etdiyi qələbə olub.

–Rəsmi Berlin üçün Azərbaycanla əlaqələrdə hansı sahələr prioritet təşkil edir?

–Azərbaycan özünün 3-cü Prezidenti Heydər Əliyevin hakimiyyəti dövründə stratejienerji siyasəti sahəsində uzaqgörən qərarlar vermişdir. Həm qərb istiqamətində çəkilən neftqaz yolları, həm də hüquqi dövlətçilik, demokratikləşmə, insan haqlarının tam təminatı kimi digər “qərb yönümlü” tədbirlərdə Almaniya Azərbaycanı məhdudiyyətsiz dəstəkləyir. İqtisadiyyatın diversifikasiyası istiqamətində Almaniya ikitərəfli xarici ticarət palatasının yaradılması ilə bu işə öz töhvəsini vermək istəyir.

İki ölkə arasında iqtisadi münasibətlərin səviyyəsi barədə nə deyə bilərsiniz? Ticarət dövriyyəsinin həcmi nə qədər təşkil edir?

– İkitərəfli iqtisadi münasibətlər ümumilikdə müsbət inkişaf edir. Azərbaycan 2010-cu ildə Almaniyadan əsasən neft gəlirlərindən əldə olunan vəsaitlər hesabına 1,3 milyard avro məbləğində mal idxal edib ki, bu da əks istiqamətdə, yəni Azərbaycandan Almaniyaya ixrac olunan malların dəyərindən (700 milion avro) iki dəfə artıqdır. Mən əminəm ki, gələcəkdə fəaliyyət göstərəcək xarici ticarət palatası Azərbaycana ediləcək birbaşa investisiyaların artırılması üçün səy göstərəcək.

Almaniya enerji sektorundan əlavə, iqtisadiyyatın daha hansı sahələri üzrə Azərbaycanla əməkdaşlıqda maraqlıdır?

Alman iqtisadiyyatı əsasən kiçikorta müəssisələrdən ibarətdir ki, bunlar da iqtisadiyyatın qlobal rəqabət baçarığını təmin etmək üçün daima cəlbedici məkanlar və gəlir bazarlarının axtarışındadır. Ölkədə qanun toxunulmazlığı belə müəssisələr üçün çox böyük rol oynayır. Hesab edirəm ki, xarici ticarət palatası Azərbaycana diqqətin yönəldilməsinə öz töhvəsini verə bilər.

– Azərbaycan bu yaxınlarda BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Almaniya da bu qurumda təmsil olunur. İki ölkə bu qurum çərçivəsində necə əməkdaşlıq edə bilər?

Almaniya artıq 5-ci dəfədir ki, BMT-nin Təhlükəsizlik Şurasına qeyridaimi üzvü seçilir. Azərbaycan isə ilk dəfədir ki, bu quruma seçilib. Biz Azərbaycana öz texniki-təşkilati dəstəyimizi təklif etmişik ki, Azərbaycan üzvlük zamanı ortaya çıxan suallara, məsələlərə yaxşı hazırlaşa bilsin. BMT-Təhlükəsizlik Şurasının öz qanunauyğunluqları varqeyri-daimi üzvlər 5 üzvdən fərqli olaraq digər məsələləri nəzərə almalıdırlar. Bu təcrübələrimizi biz məmnuniyyətlə Azərbaycanla bölüşmək istəyirik. Əminəm ki, bir çox məsələlərdə də məzmun baxımdan tez razılığa gələcəyik. Biz gələcəkdə də sıx və yaxşı əməkdaşlığa görə çox şad olardıq.

–Dağlıq Qarabağ münaqişəsi bu il də həllini tapmadı. Siz münaqişə ətrafındakı hazırkı vəziyyəti necə dəyərləndirirsiniz?

– Təəssüf ki, ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etmək hüququ kimi beynəlxalq hüquq prinsiplərinin bir-biri ilə barışdırılması tələb olunan Dağlıq Qarabağ münaqişəsi hələ də həll edilməyib. Təəssüf ki, hələ də mütəmadi olaraq münaqişə zolağında yaralananlar və ölənlər olur. Lakin ən azı hər iki tərəf münaqişənin sülh yolu ilə həlli prinsipini tanıyır və hər dəfə bunu təsdiq edirlər. İndi Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi müvəkkili təyin olunub. O ATƏT-in Minsk qrupunun həmsədrləri ilə əməkdaşlıq çərşivəsində münaqişənin həlli yollarının axtarılmasında dəstək göstərəcək. Bu istiqamətdə irəliləyişin olacağına mən nikbinliklə yanaşıram.

–Yaxın perspektivdə iki ölkənin münasibətlərində hansı yeniliklər gözlənilir?

–2012-ci ilin fevralında ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 ili tamam olur. May ayında Bakı European Song Festivalına ev sahibliyi edəcək. Hansı ki, alman nümayəndə heyəti də festivala qatılacaq. Mən özüm üçün alman iştirakçısının uğurlu çıxışını arzu edirəm. Bundan başqa, mən növbəti payizda Azərbaycanda keçiriləcək U-17 qadınlar arasında futbol üzrə Dünya Çempionatında almanların da iştirak edəcəyinə şadam.

 

PƏRVANƏ

525-ci qəzet.- 2011.- 29 dekabr.- S.5.