Cahangir Mehdiyevin
60 illiyi qeyd olunub
Azərbaycan Kinematoqrafçılar İttifaqında
tanınmış kinorejissor
və aktyor, əməkdar incəsənət
xadimi Cahangir Mehdiyevin 60 illik yubileyinə həsr olunmuş tədbir baş tutub. Tədbirdə
yubilyarın sənət
dostları, mədəniyyət
və incəsənət
xadimləri çıxış
edərək onun mənalı ömür yoluna nəzər salıblar: “Ömrünün
çox hissəsini kinoya həsr etmiş Cahangir Mehdiyev öz yaradıcılığı dövründə
kinoda müxtəlif səpkili, parlaq və tamaşaçı
tərəfindən sevilən
filmlərə quruluş
verib. Bakıda anadan olan Cahangir Mehdiyev
1968-1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun
rejissorluq fakültəsində,
1974-1979-cu illərdə Moskvanın
Kinematoqrafiya İnstitutunda
G.Daneliyanın kursunda
təhsil alıb.
“Diplom işi”
adlı qısametrajlı
filmlə diplom müdafiəsini edən gənc rejissor həmin filmlə beynəlxalq festivalda “Ən yaxşı tələbə işi” kimi ilk mükafatını
alır. Təhsilini bitirdikdən
sonra 1979-cu ildən “Azərbaycanfilm” kinostudiyasında
işləyir. Komediya
janrında çəkdiyi
“Vah!”, “Evlənmək
istəyirəm”, “Kişi
sözü”, “Gənc
qadının kişisi”,
“Girişmə, öldürər”
və digər filmləri öz dəsti-xətti ilə seçilərək tamaşaçılar
tərəfindən rəğbətlə
qarşılanıb və
bu gün də maraqla baxılır. Onun filmləri bir
çox beynəlxalq festivallarda Azərbaycanı
layiqincə təmsil edib və mükafatlara
layiq görülüb”.
Tədbirdə C.Mehdiyevin həyat
və yaradıcılıq
yolundan bəhs edən film nümayiş olunub. Sonda yubilyar tədbirin
təşkilatçılarına və iştirakçılarına
minnətdarlığını bildirib, bundan sonra da Azərbaycan
kinosunun inkişafı
naminə yorulmadan fəaliyyət göstərəcəyini
bildirib.
HÜSNİYYƏ
525-ci qəzet.-
2011.- 1 fevral.- S.7.