“Biz Bakıdanıq” adlı estrada-simfonik orkestri yaradılıb
Azərbaycan Dövlət
Musiqili Komediya Teatrının gənc aktyor-vokalisti Ramil
Qasımov “Biz Bakıdanıq” adlı yeni estrada-simfonik orkestri
yaradıb. Teatrın mətbuat xidmətindən verilən məlumata
görə, gənc solistin rəhbərliyi altında fəaliyyət
göstərən orkestrin tamaşaçılarla ilk
görüşü İctimai Kanalın “Yeni Gün” səhər
proqramında olub. “Yeni Gün” proqramı Türkiyənin
TRT-AVAZ kanalı ilə yaratdığı telekörpü
vasitəsi ilə gənc aktyoru və onun yeni kollektivini
dünyanın bir çox ölkələrində yaşayan
türkdilli xalqlarla da görüşdürüb. Qeyd edək
ki, solist-vokalist kimi öz imkanlarından geniş istifadə edən
aktyor Ramil Qasımov 1999-cu ildən Azərbaycan Dövlət
Musiqili Komediya Teatrının solistidir. İşlədiyi
müddət ərzində teatrda tamaşaya qoyulan “Hələlik”
(E.Sabitoğlu, R.Əhmədzadə), “O olmasın, bu olsun”
(Ü.Hacıbəyli), “Şeytanın yubileyi” (O.Rəcəbov,
A.Babayev) kimi tamaşalarda əsas partiyaları ifa edib.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 1 fevral.- S.7.