“Bu dünyanın məzarları
ağlamaz” kitabının
təqdimatı olub
Şair Nizami Muradoğlunun Ərtoğrul Cavidin həyat və yaradıcılığına həsr olunmuş “Bu dünyanın məzarları ağlamaz” kitabının təqdim mərasimi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda baş tutan tədbirdə çıxış edən professor Nizaməddin Şəmsizadə yeni işıq üzü görmüş kitabda Ərtoğrul Cavidin Azərbaycan mədəniyyətində tutduğu mövqedən bəhs edildiyini və bunların Nizami Muradoğlu tərəfindən yüksək səviyyədə poetikləşdirildiyini diqqətə çatdırıb. Təqdimat mərasimində orta məktəb şagirdləri Ərtoğrul Cavidə həsr olunmuş parçalar səsləndiriblər. Tədbirdə çıxış edən qələm sahibləri kitabda yazılmış hər bir parçanı Cavid irsinə böyük bir ehtiramın təcəssümü kimi qiymətləndiriblər.
525-ci qəzet.-
2011.- 2 fevral.- S.7.