Dövrünün cəsur qəhrəmanı

BƏSTİ NƏCƏFLİ: “XALQ QƏHRƏMANI SULTAN BƏYİN 140 İLLİYİNİN QEYD EDİLMƏSİ MÜHARİBƏ ŞƏRAİTİNDƏ YAŞAYAN ÖLKƏMİZ ÜÇÜN OLDUQCA ƏHƏMİYYƏTLİDİR”

 

 

Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət qayğısı ilə zəngin tarixi keçmişimizin araşdırılması nəticəsində nəşr olunan əsərlər, tariximizin qaranlıq səhifələrinin yenidən öyrənilməsi, milli varlığımıza qayıdış hər bir Azərbaycan vətəndaşı tərəfindən razılıqla qarşılanır”. Bu fikri “525”ə açıqlamasında Laçın Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə mədəniyyət məsələləri üzrə müavini, xalq qəhrəmanı Sultan bəyin anadan olmasının 140 illik yubileyinin qeyd edilməsi məqsədilə yaradılmış təşkilat komitəsinin sədri Bəsti Nəcəfli səsləndirib. O, xalqımızın totalitar-sovet rejimindən azad olduğu son 20 ilə yaxın bir dövr ərzində bir çox xalq qəhrəmanlarımızın xalq arasındakı nüfuz xidmətlərinin yenidən öyrənilməsinin, təbliğinin vacib olduğunu vurğulayıb. Qeyd edib ki, ölkəmizin qəsdən cəlb edildiyi Qarabağ müharibəsi dövründə bu istiqamətdə əməli işlərin görülməsi olduqca böyük əhəmiyyətə malikdir: “Belə xalq qəhrəmanlarından biri XIX əsrin sonu XX əsrin əvəllərində Zəngəzur bölgəsində öz şücaəti, mərdliyi igidliyi ilə xalq arasında böyük hörmətə nüfuz qazanmış Sultan bəy olub. Sultan bəy 1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında (hazırda Laçın rayonunun Kürdhacı kəndində) dünyaya gəlib. Sultan bəy ibtidai təhsil aldıqdan sonra Gəncə şəhərindəki gimnaziyada orta təhsilini tamamlayıb o dövrün ən mükəmməl məktəblərindən sayılan Sankt-Peterburq Hərbi Akademiyasına daxil olub. Lakin, naməlum səbəblərə görə məktəbi bitirmək ona müyəssər olmayıb. Bu səbəbdən Sultan bəy anadan olduğu doğma kəndinə qayıdıb. Onun xalq qəhrəman kimi el arasında ad qazanması 1905-1906-cı illərdəki erməni-müsəlman hadisələrinə təsadüf edib. Qorxmazlığı cəsarəti ilə tez bir zamanda bölgənin igid oğullarını ətrafına toplayan Sultan bəy həmin dövrdə yağı düşmənin geri oturdulmasında xüsusi rol oynayıb. Təkcə bir faktla 1905-1906-cı 1918-1919-cu illər erməni-müsəlman hadisələrində Sultan bəyin necə bir sücaət göstərdiyini aydın görmək olar. Beləki 1919-cu ilin fevral ayında Sultan bəyin rəhbərlik etdiyi silahlı dəstələr Laçının Zabux dərəsində erməni generalı, müsəlmanalırn qatı düşməni Andronikin təxminən 30 minlik daşnak ordusunu darmadağın edib. Bununla da Andronikin Qarabağı, sonra isə Gəncəni tutaraq S.Şaumyanın bolşevik-daşnak hərbi hissələri ilə birləşərək Şimali Azərbaycanda erməni hakimiyyəti qurmaq planını alt-üst edib. Bundan sonra həmin dərə orada gedən döyüşlərdəki qırğının miqyasına görə xalq arasındaQanlı dərəadlandırılıb. Sultan bəy onun qardaşı-Azərbaycan Demokratik Respublikasının ilk hərbi naziri, ikinci hökumətdə əkinçilik naziri Qarabağın general-qubernatoru olmuş Xosrov bəy Sultanovun yalnız Zəngəzur Qarabağ deyil, Kəlbəcər, Basarkeçər digər ərazilərimizin erməni quldurlarından qorunmasında əvəzsiz xidmətləri olub”. Hələ sağlığındaykən əfsanəvi xalq qəhrəmanı adı qazanan Sultan bəyin sovet hakimiyyəti qurulduqdan sonra mühacir həyatı yaşadığını diqqətə çatdıran B.Nəcəfli, qəhrəmanın ailə üzvlərinin böyük müsibətlərlə üzləşdiyini bildirib:Sultan bəy mühacirət həyatının ilk illərində İranda olub, lakin sonralar Sovet İmperiyasının göndərdiyi cəsuslar tərəfindən təqib olunduğundan 1923-cü ildə Türkiyə dövləti ərazisinə keçib. Sultan bəy 1955-ci ildə Türkiyədə Qars vilayətinin Köçqoy kəndində vəvat edib. Sultan bəy mühacirətdə olarkən ailəsi müsibətlərlə qarşılaşıb. 1937-ci ildə onun həyat yoldaşı, 3 oğlu bir qızı Qazaxıstana sürgün edilib. Onlar 1956-cı ilədək sürgün həyatı yaşayıblar. Təəssüf ki, totalitar sovet rejimi dövründə neçə-neçə qəhramanlarımızla bərabər fəaliyyətinin öyrənilməsi yasaq edilən Sultan bəy qardaşı Xosrov bəy haqqında da geniş tədqiqat işi araşdırma aparılmayıb. Azərbaycan Dövlət Arxivində yazılı ədəbiyyatda da məlum səbəblərdən Sultan bəy haqqında geniş materiala rast gəlinməyib. Əldə olunan materiallar isə daha çox yaşlı nəslin söhbətləri qeydləri əsasında toplanılıb. Hələ 1996-cı ildə Ulu Öndərimiz Heydər Əliyev Laçın Şuşa ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Sultan bəyin fəaliyyətini yüksək qiymətləndirərək, onun dövrünün cəsur bir qəhrəman olduğunu xüsusilə vurğulayıb”. B.Nəcəfli 2011-ci ildə Sultan bəyin anadan olmasının 140-cı ilinin tamam olduğunu söyləyərək, xalq qəhrəmanının şərəfli ömür yolunun araşdırılıb-öyrənilməsi, gənc nəsillərə çatdırılması istiqamətində görülən işlərdən danışıb. Sultan bəyin yubileyinin təntənəli surətdə keçirilməsi ilə əlaqədar rayonun bir qrup ağsaqqal ziyalısının təşəbbüsünü nəzərə alaraq, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz CəbrayılovSultan bəyin anadan olmasının 140 illik yubileyinin qeyd edilməsi haqqında” 01 dekabr 2010-cu il tarixli 80 ¹li Sərəncam qəbul edib. Həmin Sərəncamla yubileyin keçirilməsi ilə əlaqədar təşkilat komitəsi yaradılıb, tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olraq Azərbaycan Texniki UniversitetininTarixkafedrasının müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov tərəfindən Sultan bəy qardaşı Xosrov bəyin həyat fəaliyyəti ilə bağlı arxiv materiallarının toplanması, tədqiqat araşdırmalar aparlıması işinə başlanılıbdır. Artıq bu materiallar əsasında Ş.Qasımov Sultan bəy haqqında kitabın üzərində işləyir. Hazırda Sultan bəyin həyat fəaliyyətindən bəhs edən film üzərində gedir. Bunlarla yanaşı, 2010-cu ilin dekabr ayından kütləvi informasiya vasitələrində Sultan bəy haqqında materiallar verilir. ArtıqAzərbaycan”, “Xalq qəzetiLaçınqəzetində bununla bağlı geniş məqalələr dərc edilib. “Laçınqəzetində isəSultan bəy-140” rubrikası açılıb. Bu ilin yanvar ayının 28-də isə icra hakimiyyətində rayon ziyalılarının, Sultan bəyin qohumlarının əlaqədar təşkilatların nümayəndlərinin iştirakı iləDəyirmi masakeçirilib. Burada təşkilat komitəsi tərəfindən tədbirlər planında nəzərdə tutulmuş məsələlərin icrası vəziyyəti, Sultan bəyin 140 illik yubileyi ilə əlaqədar görüləcək işlər bir daha müzakirə edilib, rəy təkliflər dinlənilib. Dəyirmi masada Sultan bəyin adının əbədiləşdirilməsi, onun Türkiyədə olan qəbrinin abadlaşdırılması, hərbi sahədə müvəffəqiyyətlərə görəSultan bəyadına mükafatın təsis edilməsi, Sultan bəyin anadan olduğu kəndə qəhrəmanın adının verilməsi kimi təkliflər tədbirlər planına əlavə olunub.  

 

525-ci qəzet.- 2011.- 2 fevral.- S.4.