Gənc rəssamların sərgisi təşkil edilib

 

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Mərkəzi Sərgi Salonunda 2 fevralGənclər Günü münasibətilə gənc rəssamların sərgisi açılıb. APA-nın məlumatına görə, Gənclər İdman Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə baş tutan sərgidə 200-ə yaxın müxtəlif janrlarda rəsm əsərləri nümayiş olunub. Tədbirdə çıxış edən gənclər idman nazirinin müavini İntiqam Babayev artıq neçə ildir ki, mütəmadi olaraq bu cür sərgilərin keçirildiyini vurğulayıb. Nazir müavini Gənclər günü münasibətilə bütün gəncləri tədbirk edib yaradıcı gənclərə daha böyük zirvələri fəth etməyi arzu edib. Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov hazırda Azərbaycan gənclərinə göstərilən qayğının nəticəsində istedadlı gənclərin üzə çıxdığını söyləyib: “Artıq 15 ilə yaxındır ki, mütəmadi olaraq Gənclər İdman Nazirliyi ilə birgə sərgi təşkil edirik. Bu illər ərzində sərgilərdə iştirak edən gənc rəssamlardan bir neçəsi əməkdar rəssam adına layiq görülüb. Son illər gənclərə böyük qayğı göstərilir, prezident təqaüdü alırlar. Gənclərin həm xaricdəki sərgilərdə iştirakı, eyni zamanda fərdi sərgilərinin təşkili dəstəklənir”.

 

525-ci qəzet.- 2011.- 3 fevral.- S.7.