Görkəmli ədəbiyyatşünas Araz
Dadaşzadənin 75 illiyi
qeyd edilib
Azərbaycan
Yazıçılar Birliyinin
(AYB) “Natəvan” klubunda
görkəmli tənqidçi
və ədəbiyyatşünas
alim, filologiya elmləri doktoru, əməkdar elm xadimi Araz Dadaşzadənin
anadan olmasının
75 illiyilə bağlı
tədbir keçirilib.
Mərasim iştirakçıları
əvvəlcə İkinci
Fəxri xiyabana gedərək, mərhum alimin məzarını ziyarət ediblər. Tədbirdə AYB-nin sədri,
xalq yazıçısı
Anar çıxış
edərək Araz Dadaşzadənin həyat
və yaradıcılığı
haqqında məlumat verib, görkəmli alimin xidmətlərini, onun yaradıcılığının
ən mühüm məqamlarını diqqətə
çatdırıb: “Araz Dadaşzadə
1936-cı il yanvarın
30-da Bakıda görkəmli
ədəbiyyatşünas alim, akademik Məmməd Arifin ailəsində dünyaya gəlib. Ədəbi fəaliyyətə 1956-cı ildə
“Azərbaycan gəncləri”
qəzetində nəşr
olunan “Tərli küləklər” rəyi
ilə başlayıb.
Bundan sonra dövri mətbuatda Araz Dadaşzadənin bir-birindən dəyərli
elmi məqalələri
dərc olunub. Onun “Molla Pənah
Vaqif” əsəri bir çox xarici dillərdə, o cümlədən rus, ingilis, ərəb,
fars, türk dillərində nəşr
olunub”. Yazıçılar Birliyinin birinci
katibi, xalq şairi Fikrət Qoca, filologiya elmləri doktoru, professor Qəzənfər
Paşayev, görkəmli
bəstəkar, xalq artisti Xəyyam Mirzəzadə və digərləri çıxışlarında
Araz Dadaşzadə ilə bağlı xatirələrini dilə gətirərək, onu musiqini, elmi, incəsənəti dərindən bilən ziyalı kimi qiymətləndiriblər. Sonda Araz
Dadaşzadənin oğlu
Aqşın və qızı Zümrüd Dadaşzadələr atalarının
xatirəsinə göstərilən
diqqətə görə
təşəkkür edərək,
tədbirin təşkilatçılarına
və iştirakçılarına
minnətdarlıqlarını bildiriblər.
HÜSNİYYƏ
525-ci
qəzet.- 2011.- 3 fevral.- S.7.