Azəri-Çex Cəmiyyəti bu ölkədəki diaspor təşkilatları arasında ön cərgədə dayanır

ELŞƏN NƏZƏROV: “ÇEXLƏRDƏ ÜMUMİLİKDƏ AZƏRBAYCANA SEVGİ VAR”  

 

 

Azər-Çex Cəmiyyəti 2003-cü ildə Praqa şəhərində təsis olunub. Bu təşkilat həm Çexiyada fəaliyyət göstərən ilk diaspor qurumudur. Müsahibimiz cəmiyyətin sədri Elşən Nəzərovun sözlərinə görə,

AÇC-nin yaranması da məhz bu zərurətdən meydana çıxıb:

Artıq 8 ilə yaxındır ki, təşkilatımız fəaliyyət göstərir. Bu qurumun yaranmasının təşəbbüskarı mən oldum 2003-cü ildən bu günə qədər ona sədrlik edirəm. Əsas məqsədimiz isə Azərbaycanla Çexiya arasında əlaqələri daha da yaxınlaşdırmaq, eyni zamanda burda ölkəmizin mətbəxini, mədəniyyətini, tarixini, ədəbiyyatını çexlərə təqdim etməkdir. Hazırda PraqadaAzərbaycan evimövcuddur İndi təşkilatımızın binası yoxdur, ancaq ofisi var. Onu da vurğulayım ki, bu ofis Praqada ilk yeganəAzərbaycan evikimi fəaliyyət göstərir. Təşkilatımız bu dörd otaqdan ibarət olan məkanı kirayə tutub, artıq 4 ilə yaxındır, çətin olsa fəaliyyətimizi burda davam etdirməyə çalışırıq. Çexiyada yaşayan azərbaycanlılarla çox sıx əlaqələrimiz var. Ən azından ayda bir dəfəAzərbaycan evi”ndə toplaşırıq. Eyni zamanda milli bayramlarımızı, tariximizin yaddaşına yazılmış faciələrimizidə qeyd edən zaman əcnəbilərlə yanaşı, orda yaşayan soydaşlarımızı da dəvət edirik. 

Çexiyada qədər azərbaycanlı yaşayır onların yerli əhali ilə münasibətləri hansı səviyyədədir? 

Ümumilikdə bu ölkədə 500 nəfərə yaxın azərbaycanlı yaşayır. Biz onlarla sıx əməkdaşlıq edirik hər hansı bir problemləri olanda dəstək göstərməyə çalışırıq. Eyni zamanda çexlərlə azərbaycanlılar arasında yaxşı bir şəbəkə qurmağa da cəhd edirik. Çexlərdə ümumilikdə Azərbaycana sevgi var. Onları daha çox Azərbaycan mədəniyyəti, kulinariyası, təbiəti maraqlandırır. Ancaq onu da qeyd edim ki, çex biznesmenlərini siyasətçilərini Azərbaycanla bağlı digər dəyərlər maraqlandırır. Eyni zamanda gözəl rəngarəng təbiətə malik olan Azərbaycana Çexiyada turizm obyekti kimi maraq çox böyükdür. Ancaq bu maraq da çexlər arasında kütləvi xarakter daşımır. Ona görə ki, ölkəmizdə turizm sektoru üçün yetərincə infrastruktur yoxdur qiymətlər bahadır. Yəni hotel qida xərcləri Çexiyadakından çoxdur. İnanıram ki, bu ili ölkə prezidentininTurizm ilielan etməsi Azərbaycanda bu sahədə inkişafa səbəb olacaq. Həmçinin Çexiya Azərbaycan arasında da turizm sektoru üzrə əlaqələrin inkişafına gətirib çıxaracaq. 

Bəs Çexiyada yaşayan azərbaycanlılar əsasən hansı problemlərlə qarşılaşırlar? 

Hazırda soydaşlarımızın çex dilini heç ya yaxşı bilməmələri, qanunlara yaxından bələd olmamaları çex mətbəxinə alışmamaq kimi problemləri mövcuddur. Amma qeyd edim ki, hazırda Çexiyada təhsil alan tələbələrimizi diaspora fəaliyyətinə cəlb etməyə çalışırıq. Çünki bu gün bir sıra xarici ölkələrdə intellektli, savadlı potensiallı gənclərimiz var. Bu cür gənclərimizin diaspor işinə cəlb edilməsi çox vacibdir. Buna görə Çexiya Tələbə Gənclər Təşkilatı yaratdıq. Bu təşkilatın da öz prinsipi var. Çalışmışıq ki, bu tələbə təşkilatının ətrafında ordakı gənclərimizi toplayaq ictimai fəaliyyətə cəlb edək. 

Onu da qeyd edim ki, bu gün Azərbaycan Çexiya arasında əlaqələr daha çox turizm sahəsində inkişaf edib. Bundan başqa Azərbaycan Çexiya arasında təhsil iqtisadi əlaqələr inkişaf etməkdədir. Ümumilikdə götürdükdə bir çox sahələr üzrə əlaqələr mövcuddur. Əminəm ki, gələcəkdə iki ölkə arasında əlaqələrin daha da sıx olması üçün biz də bir sıra layihələr icra edəcəyik.

 Cəmiyyətin mətbuat orqanı fəaliyyət göstərirmi? 

Təəssüf ki, diaspor mediamız yoxdur. Amma AÇC-nin bu funksiyanı yerinə yetirən saytı var. Yəni cəmiyyətimizin nəşri orqanı olmasa da ancaq artıq yeddi ildir ki, fəaliyyət göstərən saytı (www.diaspora.cz) var. Saytımızda keçirdiyimiz tədbirlər, AÇC-i, Azərbaycan Çexiya haqqında başqa bir sıra məsələlərlə bağlı ətraflı məlumatlar yerləşdirilib. Bundan başqa qeyd edim ki, bu gün AÇC Çexiyada fəaliyyət göstərən xarici diaspora təşkilatlarının siyahısında ön cərgədə dayanır , eyni zamanda qeyri-hökumət təşkilatları sırasında da qabaqcıl təşkilatlardan biri sayılır. Bizim təşkilatın əlaqələri əhatə dairəsi genişdir. Belə ki, Çexiyada fəaliyyət göstərən türklərlə digər diaspor təşkilatlarımız ilə əlaqələrimiz var. Bir-birimizlə sıx əməkdaşlığımız qurulub qarşılıqlı olaraq tədbirlərimizdə iştirak edirik. Hətta Çexiyada türk diasporunun yaranmasında da Azər-Çex Cəmiyyəti yaxından köməklik göstərib. Həmçinin bizim cəmiyyətin ofisində türk uşaqları üçünBazar günüməktəbi fəaliyyət göstərir. Bu gün dünyada fəaliyyət göstərən diaspor təşkilatlarımızın fəaliyyəti təşkilatlanmasında xeyli irəliləyişlər nəzərə çarpır. Sadəcə təşkilatlarımızın fəaliyyətlərinin daha da konstruktiv effektli olmasını arzu edərdim. 

Bu il Bakıda Dünya Azərbaycanlılarının 3-cü qurultayı keçiriləcək. Sizin bu qurultaydan kimi gözləntiləriniz var? 

Mənim bir sıra gözləntilərim var. İlk növbədə ümid edirəm ki, bu qurultayı dünya miqyasında fəaliyyət göstərən diaspor təşkilatlarımıza impuls verəcək, kəmiyyətinə kefiyyətinə görə digər qurultaylardan fərqlənəcək. Mən bu qurultayda ölkə prezidentinin çıxışını səbrsizliklə gözləyirəm.

 Ötən il cəmiyyətiniz üçün nələrlə yadda qaldı?

 Bizim maraqlı tədbirlərimiz olub. Bu tədbirlərdən əhatə dairəsinin genişliyi böyüklüyü ilə seçilən tədbirlərimiz Azərbaycan xalqının tarixinə qanlı hərflə yazılmış 20 Yanvar Xocalı soyqırımına həsr edilmişXocalıya işıqadlı tədbirlər idi. Bu tədbirlər zamanı iştirakçılara faciə ilə bağlı ətraflı məlumat veririk maarifləndirici bukletlər paylayırıq. Bundan başqa zəngin kökləri olan mədəni irsimizi adət-ənənələrimizin təbliği istiqamətində bir sıra tədbirlər həyata keçiririk. Belə ki, milli bayramımız olan YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan Novruz bayramı, muğamla bağlı mədəni mərasimlər keçirmişik Xəzər axşamıkimi tədbirlərini reallaşdırmağa nail olmuşuq. Məlumat üçün bildirim ki, bu il Xocalı soyqırımıilə bağlı böyük bir tədbir keçirməyi planlaşdırırıq. Çexiyanın Lidçe şəhərində Xocalı küçəsinin açılması haqqında uğura nail olmuşuq. Bu il isə Praqanın mərkəzi Sül meydanında 600 nəfərlik aksiya keçirməyi planlaşdırırıq hazırda bunun üçün hazırlıq işləri aparılır. 2011-ci ildə bir sıra yeniliklər olub. Praqada diasporumuzun media mərkəzini radiosunu yaratmaqla bağlı, artıq iki ildir ki, Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etmişik. Ümid edirəm ki, bu il sözügedən layihəni uğurla icra edərək başa çatdıracağıq.

 

P.SULTANOVA

525-ci qəzet.- 2011.- 3 fevral.- S.5.