...Dördüncü görüş ya bulaq suyu kimi kölgəsi içinə düşən şair 

 

(Qaytara bilmədiyim borc) 

  

Otların, güllərin yanağında yaş kimi gilələnən şehin düşündüyünü bilsəydik, kəpənəyin ah çəkdiyini, bənövşənin gileyini eşidə bilsəydik... bu gün İsa İsmayılzadə sağ olsaydı...

Yığvalı qınamaqla, Allaha asi olmaqla, heç bir işin qulpundan yapışıb günü urvatla başa vura bilməyəndə, gözdən-könüldən uzaqda palçığa batmış maşın kimi içimdə var-gəl eləməyə başladığım vaxtlarda rahatlığım nəm çəkmiş barıt kimi səsimi içimi yeyən gileylərin dar ağacından asır. Başımda cin düyünü kimi asılmış fikirlər , gün boyu yaşanan sıxıntılarımı, ağrılarımı qış axşamı nağıla qulaq asmağa yığışan uşaqlar kimi, ürəyimin başına yığıb, onlara faizsiz kredit verilən dərdlərimin nağılını danışmağa başlayır. Belə vaxtlarda özümə güvənim azalanda dilimə təlvə tutmağa bir söz tapmayanda, hər şeydən yorulub bu ümidsizliyin ifrat doyumluğunda son güvənc yeri kimi ya şeir oxumağa üz tutmuşam, ya da şeir qaralamışam. Amma, orta məktəbdə oxuduğum illərdə İsa İsmayılzadə şeirinin mənə bəxş elədiyi xoşbəxt günün xeyir-duasının yaddaşımda yandırdığı ocağı hələ ruhumu isitməkdədir. Bəlkə heç vaxt şeir yazmayacaqdım, o gün olmasaydı... Bu ilahi yaxşılığın yanında maddi əl tutmaların qədər çəkisiz olduğunu anladım.

 

lll

 

Birinci görüşxeyir-dua . Onda Qarayazıda-Ağtəhlə kənd orta məktəbinin 7-ci sinfində oxuyurdum. Rayon Yeyinti-Ticarət İdarəsinin rəisi işləyən əmimoğlu Rustavidəki evinin bar-barxanasını, mebelini kənddə tikdirdiyi təzə evə köçürmək üçün gedəndə məni özüylə aparmışdı, kitabları daşıyım deyə. Onda kitabların arasında əl boyda bir kitabça marağımı çəkdi. Üstündə İ.İsmayılzadə, “İşıqlı Yarpaqlarsözlərini oxuyub tələsik içini açdım. Şeir kitabı idi. Açıb bir vərəqini oxudum, içimdən ilıq isti keçdi. Çox sevdiyim ədəbiyyat müəlliməmin Şərqiyə xanımın dərsdə bizə dediyi bir söz yadıma düşdü: “Kitab oğrusunu tutmurlar”. Heç kim görməsin deyə kitabı tez köynəyimin altında gizlətdim. İsa İsmayılzadənin məktəb dostu Ələkbərə avtoqraflı bu kitabı mənim ilk şəxsi kitabım oldu ilk xeyir-duamı da elə bu kitabla İsa İsmayılzadə verdi. Bu şairlə ilk görüşüm oldu.”

 

lll

 

İkinci görüşÜmid. Artıq o vaxt ki, İnşaat mühəndisləri İnstitutunun axşam şöbəsində oxuyur, gündüzlər isə çilingər işləyirdim. Ara-sıra yazılarımİnşaatçı”(Bakı) “Samiqor” (Qarayazı) İnstitutunGənc kadrlar uğrundaqəzetində işıq üzü görürdü.

İsa İsmayılzadənin sözə qarşı tələbkarlığı, ciddiliyi haqda çox eşitsəm bir gün özümü ələ alıb yanına beş şeir apardım. Üçünü seçib-apar Dilsuza ver, dedi. Amma mən çap olunmaq üçün yox, fikrini bilmək üçün yanına getmişdim. Özümü itirdiyimdən utana-utana, sadəlövhlüklə İsa müəllimə yenə yazımmı dedim. Gülə-gülə: Şeirlərin ümid verəndi, yaz, amma az yaz, dedi.Onda buaz”ın niyəsini başa düşmədim. Sağollaşıb ayrılanda mənə elə gəldi ki, onun kitabını oğurladığımı bilir, səsimin ağırlığından içim yoruldu, yaman utandım.

 

lll

 

Üçüncü görüş-Təbrik. Tələbələrin qış tətilindən qayıdırdıq. İsa İsmayılzadənin bizimlə bir vaqonda Tiflisdən bakıya gəldiyini biləndə çox sevindim. O vaxtlar Qarayazıda gürcü Azərbaycan dilində çıxanSamiqoriqəzetində ayda bir dəfə qəzetdə ədəbi səhifə buraxılırdı. İndi üzdə olan yazıçılardan Arif Mustafazadənin, Eyvaz Əlləzoğlunun, Allahverdi Təhləlinin, Tapdıq Yolçunun, Əsəd Təhləlinin, Afiq Muxtarın, Məmməd Həsənlinin, Əbdüləli İbrahimsoyun yazıları müntəzəm çap olunurdu. Həmin gün özümlə götürdüyümSamiqoriqəzetinin növbəti sayını İsa müəllimə verdim. Mənim qəzetdəHamı işıqdan keçirşeirim çap olunmuşdu. Oxuyub təbrik etdi. Dedi yazılarının üstündə çox işlə (çox yaz,-demədi) Utandım deyəm ki, oğurladığım İşıqlı yarpaqların”ın işığıdırHamının keçdiyi işıq”.

O gecə qatarda hamı yatmışdı. Səhv etmirəmsə, K.Qədimin şeiridi:

 

Qatarlar ömrünü oyaq yaşayır,

 Yuxunu paylayır sərnişinlərə

 

 O gecə sevdiyimdən təkcə mənə yuxu payı çatmamışdı.

 

lll

 

Dördüncü görüşXəbər. Hələ ki, təkcə Qədərin bildiyi bir xəbər yol gəlirdi.

Şeirlərini sevə-sevə oxuduğum, katta türk kişisi olan Məmməd İsmayılın rəhbərlik etdiyi Respublika Gənclər Ədəbi Birliyinin hər ay keçirilən müzakirələrində mən iştirak edirdim. Bir günAzərnəşr”də keçirilən növbəti tədbirdə sərbəst yazılarımı oxuyan Məmməd İsmayılın zarafatla dediyi: “Sən yerlin İsa İsmayılzadə kimi əvvəl sərbəstdə yazıb, sonra da hecayamı keçəcəksən” – sözündən pərt oldum bir daha tədbirə qatılmadım. Bir 2005-ci ildəYeni Azərbaycanqəzetində ədəbiyyat səhifəsində öz şeirlərimi görəndə təəccübləndim. O vaxta qədər şəxsən tanımadığım Rafiq Hümmət Tiflisdə nəşr olunanÇənlibelalmanaxında çap olunmuş şeirlərimi neçə ildən sonra qəzetdə təkrar çap eləmişdi. Sonralar Rafiqlə tanış olduq, dostlaşdıq. Onun təkidi ilə 2007-ci ildəHamı işıqdan keçiradlı şeir kitabım işıq üzü gördü.

TiflisdəHamı işıqdan keçirtəqdimat mərasimində Azərbaycan ədəbiyyatının gürcü dilinə ən yaxşı məhsuldar çevirməçilərindən biri olan Zezva Medulasvili üç şeirimi Azərbaycan türkcəsində gürcücə tərcüməsini oxudu sonda R. Hümmət bizi tanış elədi. Zezva Medulaşvili-balaca İsadan (İsa İsmayılzadədən) sonra ikincisən ki, kitabını tərcümə eləmək üçün özüm seçmişəm. Goru nurla dolsun, ruhu şad olsun İsa İsmayılzadənin, burda da ruhu köməyimə çatdı. Səhərisi qəbrini ziyarətə getdim. Düşündüm ki, gec olsa kitabı oğurladığımı etiraf edim, aradan on bir il keçib, yetmişə yaxın yaşı olar, qoca kişidir-bəlkə bağışladı məni. Gördüm heç dəyişməyib, əlli yeddi yaş baş daşının sükutundan asıb özünü.

Şəklinə baxanda unadım ki, məni çoxdan bağışlayıb. Ruhuna bir salavat çəkib qayıtdım özümə.

Ayağımdan asılan sükutun qışqırmaqdan dilinə düyün düşmüşdü. Heyiflər olsun ki, o dünyaya zəng çatmır.

 

 

NURAFİZ

 

25-ci qəzet.- 2011.- 10 fevral.- S.7.