Şəkidə xalq şairi Bəxtiyar Vahabzadə yad edilib

 

Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə bağlı Şəki şəhərində anım mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumatda bildirilir ki, anım mərasimi Şəki şəhər İcra Hakimiyyəti Qafqaz Universitetinin təşəbbüsü ilə baş tutub. Mərasimdə B. Vahabzadənin yaxınları, Qafqaz universitetinin rektoru Əhməd Saniç, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı, onun müavini Zərinə Cavadova, Şəki ziyalıları, müvafiq təşkilat nümayəndələri iştirak edib. Tədbir iştirakçıları ilk öncə xalq şairi B. Vahabzadənin adını əbədiləşdirmək məqsədi ilə Şəki şəhərində salınmış parkda olub, B. Vahabzadənin büstü önünə gül-çiçək qoyublar. Daha sonra mərasim iştirakçıları tədbirim rəsmi hissəsinə qatılıblar. Tədbiri giriş sözü ilə açan Zərinə Cavadova çıxış edən digər natiqlər B. Vahabzadənin həyat yaradıcılığı, fəaliyyəti barədə mərasim iştirakçılarına geniş məlumat verib. Mərasimdə sairin seirləri oxunub, şeirlərinə bəstələnən mahnılar səslənib.

 

 

525-ci qəzet.- 2011.- 11 fevral.- S.7.