Korrupsiya ilə mübarizəyə ictimaiyyət
nümayəndələri də
qatılsın
MİLLİ MƏCLİSDƏ
KORRUPSİYA İLƏ MÜBARİZƏ ÜZRƏ DÖVLƏT
KOMİSSİYASINA SİYASİ PARTİYA NÜMAYƏNDƏLƏRİNİN
ÜZVLÜYÜ MƏSƏLƏSİ GÜNDƏMƏ GƏTİRİLDİ
Milli Məclisin (MM) dünənki
iclasında cari məsələlərin müzakirəsi
üçün ayrılan
vaxtın böyük
bir hissəsi son günlərdə ölkədə aparılan
korrupsiyaya qarşı
mübarizə tədbirlərinə
həsr olundu. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Korrupsiya ilə Mübarizə üzrə
Dövlət Komissiyasına
ictimaiyyət nümayəndələri
hesabına genişləndirilməsini
təklif etdi. O qeyd etdi ki, ictimai nəzarəti
təmin etmək üçün komissiyanın
tərkibinin yenidən
formalaşdırılması daha effektiv olardı.
“Belə olsa, cəmiyyət də bu mübarizənin kampaniya xarakterli olmadığına inanar”
– deyə millət vəkili vurğuladı. Böyük Quruluş Partiyasının (BQP) sədri,
millət vəkili
Fazil Mustafa da Korrupsiya ilə
Mübarizə üzrə
Dövlət Komissiyasının
tərkibində parlamentdəki
müxalifət partiya
nümayəndələrinin yer alması təklifinə qoşuldu:
“Kampaniya o vaxt effektiv olur
ki, bu, islahata
çevrilsin. İndi
hamı gözləyir
ki, bu, islahata
çevriləcək, yoxsa
10-15 günlük olacaq”.
Bütöv Azərbaycan
Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri,
millət vəkili Qüdrət Həsənquliyev
bildirdi ki, korrupsiyaya qarşı mübarizə tədbirlərinin
kampaniya xarakterli olmasının iddia etmək doğru deyil. Millət vəkilinin fikrincə, son vaxtlar ölkədə
korrupsiya problemi çox kəskinləşmişdi
və onun üstünə getmək
lazım idi: “Bu addımlar müdafiə olunmalı, korrupsiyaya qarşı mübarizə daha da gücləndirilməlidir.
Milli Məclisdə də bu məsələ
ilə bağlı müzakirə açılması
və bu iclasa QHT nümayəndələrinin
dəvət olunması
da doğru olardı”. Bitərəf millət vəkili Fuad Muradov bəzi
həmkarlarından fərqli
olaraq, korrupsiyaya qarşı mübarizə
tədbirlərinin nə
xarici, nə də daxili təzyiqlərlə əlaqədar
olduğunu bildirdi. Onun sözlərinə görə, bu islahatlar Azərbaycanın
şüurlu seçimidir.
Hökumət uzun müddətdir ki, bu istiqamətdə işhlər aparır. Millət vəkili korrupsiyaya mübarizə tədbirlərinin gələcəkdə
də davam etdiriləcəyini bildirdi.
Korrupsiyaya Qarşı Mübarizə
üzrə Komissiyanın
üzvü, parlamentin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də dedi ki, son
vaxtlar hökumətin
korrupsiyayla mübarizə
istiqamətində apardığı
işlər ictimaiyyətin
geniş müzakirəsinə
səbəb olub.
Amma bəziləri elə təəssürat
yaratmağa çalışırlar
ki, guya əvvəllər bu istiqamətdə heç bir iş aparılmayıb.
Ə.Hüseynli bu tipli təbliğatın yanlış olduğunu bildirdi. Onun sözlərinə görə,
son vaxtlar atılan addımlar ölkədə aparılan
islahatların tərkib
hissəsidir və gələcəkdə də
davam etdiriləcək.
Məqsəd isə Azərbaycanın inkişaf
etmiş ölkələr
sırasına qatılmasına
nail olmaqdır. Komitə sədri dedi ki, ölkə
prezidentinin tapşırığı
da məhz bu məqsədə xidmət edir. Hökumət istəyir ki, korrupsiyanın ölkədəki inkişafa
vurduğu zərəri
minimuma endirsin. Onun sözlərinə görə, ötən illər ərzində Azərbaycanda korrupsiyaya qarşı mübarizənin
aparılması üçün
yaxşı qanunverici
baza yaradılıb. Hazırda da mübarizə tədbirləri
bu baza əsasında
aparılır. Ə.Hüseynli
Korrupsiyaya Qarşı
Mübarizə üzrə
Komissiyaya yeni üzvlərin qəbulu ilə bağlı səsləndirilən təklifə
münasibət bildirərək
dedi ki, əslində korrupsiyaya qarşı mübarizə
ilə cəmiyyətin
hər bir üzvü məşğul
olmalıdır. Bu baxımdan komissiyada kimlərin təmsil olması o qədər
də əhəmiyyətli
olmamalıdır. Müzakirələri
yekunlaşdıran spiker
Oqtay Əsədov da korrupsiyaya qarşı mübarizə
tədbirlərinin müvəqqəti
xarakter daşımadığını
dedi. Onun sözlərinə görə,
ölkədəki əsaslı
islahatlar davamlı olacaq.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.-
2011.- 12 fevral.- S.5.