Görkəmli tarzən Bəhram
Mansurovun 100 illiyi qeyd edilib
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü
ilə Beynəlxalq Muğam Məkəzində
görkəmli tarzən,
xalq artisti Bəhram Mansurovun 100 illik yubileyilə bağlı mərasim keçirilib. Tədbiri yazıçı-publisist Mustafa
Çəmənli açaraq,
Bəhram Mansurovun həyat və yaradıcılığından bəhs edib, onun görkəmli şəxsiyyət, əvəzolunmaz
sənətkar kimi məziyyətlərindən danışıb.
Ustad tarzən, professor Ramiz Quliyev bu tədbirin
həm də tarın bayramı olduğunu deyib: “Bəhram Mansurov deyəndə ilk növbədə
onun xalqın ürəyində qazandığı
hörmət, sonsuz sevgi yada düşür.
Xalq, millət, dövlət heç zaman böyük sənətkarları
unutmur. Bugünkü tədbir bunu
bir daha sübut etdi”. Tanınmış tarzən
Vamiq Məmmədəliyev
müəllimi ilə
bağlı xatirələrini
danışıb, onu
gözəl insan, qayğıkeş müəllim
kimi səciyyələndirib: ”Bəhram müəllim
bu sənətdə açılmayan çox sirrləri bilirdi və onun özünün
də sirrləri vardı. Sox şadam
ki, bu sirrlərin
bəzilərini öyrənmək
mənə qismət olub. Bəhram müəllim həm gözəl tar ifaçısı,
həm də gənc nəsli daima himayə edən qayğıkeş
bir müəllim idi”. Xanəndələr Arif Babayev, Canəli
Əkbərov və başqa sənət adamları da unudulmaz tarzən haqqında xatirələrini
danışıb, sənətə
və sənətkara
göstərilən diqqətə
görə ölkə
rəhbərliyinə, Mədəniyyət
və Turizm Nazirliyinə minnətdarlıq
ediblər. “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Şah İsmayıl” operalarından səhnələr
göstərilən gecədə
Opera və Balet Teatrının solistləri
Mənsum İbarhimov,
Nəzakət Teymurova,
Elnur Zeynalov, Afaq Ağayeva, Səbuhi İbayev, İlahə Əfəndiyeva,
xalq artisti Səkinə İsmayılova,
Qəndab Quliyeva, Əminə Yusifqızı
və başqaları
da çıxış
ediblər. Bəhram Mansurovun lent yazılarının
nümayiişi ilə
böyük sənətkar
bir daha ehtiramla yad olunub.
GÜNEL
525-ci qəzet.-
2011.- 15 fevral.- S.7.