Asif Ata Yazıçılar Birliyində anılıb

 

Ötən gün Azərbaycan Yazıçılar BirliyininNatəvanklubunda Mütləqə İnam Təliminin fəlsəfəsinin yaradıcısı Asif Atanın 75 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Mütləqə İnam Ocağının övladlarıyla yanaşı, Ocaq dostları bir çox ziyalılar iştirak ediblər. Mərasimi Mütləq İnam Ocağının Yükümlüsü İşıqlı Atalı açaraq 50 ildir ki, Azərbaycan ictimai mühitində İnam Ata (Asif Ata) obrazının fəlsəfi, milli, mənəvi, insani, ruhani yöndə işlər gördüyünü bildirib. O vurğulayıb ki, yurddaşlarımızı Asif Atanın cazibəsinə salan onun insana sərhədsiz sevgisi inamıdır: “Biz hesab edirik ki, Asif Ata yubileydən yüksəkdir. O insanın kamilləşməsinə inanırdı. Bu ocağın da məqsədi kamil insanlar yetişdirməkdir. Asif Atanın ömrü yaradıcılığı bundan sonra daha ciddi şəkildə araşdırılacaq”. Asif Atanın 36 illik əqidədaşı, Mütləqə İnam Ocağının Ruhani başçısı Safruh tədbirdə filosofun yaradıcılığından bəhs edib: “İnam Atanın 45 müqəddəs kitabı var. Bunlar onun yaratmış olduğuMütləqə İnamadlı dünyabaxışı özündə daşıyan irsidir. Atanın başqa əsərləri çoxdur. Həcmi heç bu əsərlərindən az deyil. Hələ bir araya gətirilməyib, kitablaşdırılmayıb. Bu əsərlərdə onun xüsusi kəskinliklə car çəkdiyi məsələlər var. Ata bunları ədəbi, bədii, estetik, etik, elmi, fəlsəfi mətn, mətləb kimi deyib, yazıb”. Sonra söz filologiya elmələri doktoru, professor Nizami Tağısoya verilib. O bildirib ki, Asif Atanın nəzər saldığı hər bir məsələnini üstündə dayanmağa böyük ehtiyac var: “Asif Atanın yaratdığı Ocaq insanın böyüklüyünü, onun əzəmətini, vüqarını, tamlığını, milli bəşəri ruhunu qorumaq üçün mənəviyyatı ön plana çəkir. Çünki insanı öz yolundan sapdırmağa çalışanlar bəşər övladı qarşısında ən qatı cinayətkarlardır. İnsanı haqq, ruhaniyyat, mənəviyyat yoluna qovuşdurmaq gərəkdir. Bu missiyanı Asif Ata öz üzərinə götürdü bu işi indi Ocaqçılar böyük məsuliyyətlə davam etdirirlər”. Tədbirdə Salman Mümtaz adına Ədəbiyyat İncəsənət Arxivinin direktoru Maarif Teymur, şair Abbas Abdulla başqaları da Asif Atanın şəxsiyyəti yaradıcılığı haqqında fikirlər söyləyiblər.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2011.- 15 fevral.- S.7.