Əməkdar artist Təvəkkül Əliyevin 60 illiyilə bağlı Lənkəranda tədbir keçirilib

  

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ömrünün 38 ilini bu sənət ocağı ilə bağlamış respublikanın əməkdar artisti Təvəkkül Əliyevin anadan olmasının 60 illiyi münasibətilə yubiley mərasimi keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun idarə, müəssisə təşkilatlarının nümayəndələri, yubilyarın sənət dostları, mədəniyyət incəsənət xadimləri iştirak ediblər. Mərasim aktyorun sənət fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başlanıb. Daha sonra Lənkəran ŞİH-nin başçısı Tofiq İbrahimovun yubilyara ünvanlandığı təbrik məktubunun mətni oxunub. Teatrın direktoru İslam Həsənov, Lənkəran Şəhər Mədəniyyət Turizm Şöbəsinin müdiri Vasif Fərzullayev digərləri çıxışlarında Təvəkkül Əliyevin kamil sənətkar səviyyəsinə ucaldığını, onun aktyorluq sənətinin səhnəyə yenicə qədəm basmış gəclər üçün əsl məktəb olduğunu bildiriblər. Qeyd olunub ki, Təvəkkül Əliyev 1973-cü ildə Mədəniyyət İncəsənət Universitetinin kino dram aktyorluğu fakültəsini bitirdikdən sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Onun bu teatrın səhnəsində oynadığı ilk rolu M.İbrahimovunYaxşı adampyesindəki Azər obrazı olub. Daha sonra T.Əliyev N.XəzrininSən yanmasan”, İ.ƏfəndiyevinMahnı dağlarda qaldı”, N.HikmətinBayramın birinci günü”, A.P.ÇexovunYubiley”, M.İbrahimovunKəndçi qızı”, M.MusiyenkonunNəsillər, eşidin!”, V.ŞekspirinQış nağılı”, H.CavidinTopal Teymur”, S.VurğununFərhad Şirin”, Ə.HaqverdiyevinAğa Məhəmməd şah Qacar”, Ə.ƏylislininVəzifə onlarla digər əsərlərdə Eldar, Nicat, Şadi bəy, Xirin, Alman zabiti, Rəşad, Sillerqut, İldırım Bəyazid, Fərhad, Mirzəqulu xan, Əjdər kimi yadda qalan obrazlar yaradıb. Teatr sənətinin inkişafındakı xidmətlərinə görə, o, 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Tədbirdə istedadlı aktyorun iştirak etdiyi tamaşalardan parçalar oynanılıb. Sonda yubilyar çıxış edərək bundan sonra da yüksək şövqlə səhnə fəaliyyətini davam etdirəcəyini söyləyib, tədbirin təşkilatçılarına minnətdarlığını çatdırıb.

 

 

525-ci qəzet.- 2011.- 15 fevral.- S.7.