Yeni xor kollektivi təqdim edilib

 

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış yeni xor kollektivinin təqdimat mərasimi gerçəkləşib. Yeni xor kollektivi Türkiyənin “TRT” böyük xorunun Orfeonkamera xorunun əsasında, tanınmış Azərbaycan xormeysteri, Türkiyə Radio Televiziya (TRT) qurumu böyük xorunun Orfeonkamera xorunun bədii rəhbəri baş dirijoru Elnarə Kərimovanın təşkilatçılığı ilə yaradılıb. Mərasimdə çıxış edən Elnarə Kərimova Azərbaycanda yeni xorun yaradılmasının məqsədləri haqqında danışıb: “2010-cu ildə keçirilmişÜzeyir Hacıbəyli-125” Beynəlxalq Musiqi Festivalı çərçivəsində rəhbərlik etdiyi xor kollektivlərinin Bakıdakı müvəffəqiyyətli çıxışından sonra belə bir təklif alıb”. Təşəbbüsə görə Mədəniyyət Turizm Nazirliyinə minnətdarlığını bildirən Azərbaycan xormeysteri yeni xor kollektivinin ölkəmizin musiqi həyatında özünəməxsus yer tutacağına əminliyini dilə gətirib. Elnarə Kərimovanın rəhbərliyi ilə gənclərdən ibarət yeni xor kollektivi səhnədə ilk çıxışında tamaşaçılara fərqli üslubda, yeni bir ifa tərzində geniş repertuar təqdim edib. Xorun ilk konsertində Azərbaycan dünya musiqisindən nümunələr ifa edilib. Qeyd edək ki, Azərbaycanda xor ifaçılığının inkişafı layihəsi çərçivəsində keçirilmiş tədbirdə tanınmış musiqiçilər, incəsənət xadimləri, KİV təmsilçiləri iştirak ediblər.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 15 fevral.- S.7.