“Avrointeqrasiya və vicdan azadlığı”
mövzusunda dəyirmi masa keçirilib
Azərbaycan
Avrointeqrasiya Milli İctimai Komitəsi (AAMİK) “Avrointeqrasiya
və vicdan azadlığı” mövzusunda debat keçirilib.
APA-nın məlumatına görə, Avrointeqrasiya Milli
İctimai Komitəsinin fəaliyyətdə olan sədri Məlahət
Mürşüdlü mövzunun əhəmiyyətini
vurğuladıqdan sonra Dini Etiqad və Vicdan
Azadlığının Müdafiəsi Mərkəzinin sədri
İlqar İbrahimoğlu “Avrointeqrasiya ilə islamofobiya bir
araya sığmır”, “Al” Hərəkatının həmtəsisçisi
İlqar Məmmədov isə “Vicdan azadlığı Azərbaycanın
Avropa kimliyində” mövzularında çıxış
ediblər.
İlqar
İbrahimoğlu deyib ki, ölkədə yaşayan müsəlmanlara
ya dini çoxluq, ya da dini azlıq kimi fəaliyyət göstərmək
hüququ verilməlidir: “Biz artıq bu təkliflə
çıxış etmək məcburiyyətindəyik.
2008-ci ilə kimi Azərbaycanda inanclı insanlar dini məsələlərlə
bağlı quruculuqdan danışırdılarsa, həmin ildən
sonra dindarlara qarşı edilən təzyiqlərin
qarşısının alınması yolları müzakirə
mövzusudur”. İ. İbrahimoğlunun sözlərinə görə,
nədənsə ziyalılar da ölkədə inanclı
insanlara təzyiqlər barədə danışmağı məqsədəuyğun
saymırlar.
İlqar Məmmədov
isə opponentinin fikirlərinə qarşı çıxaraq
deyib ki, dindar şəxslər son vaxtlar islamofobiyadan təbliğat
məqsədilə istifadə edirlər. İ. Məmmədov
Avropa ölkələri ilə İslam dünyası
arasında elm-texnologiya sahədə müqayisə də
aparıb: “Məsələn, İslam Konfransı Təşkilatına
üzv olan ölkələrdə elmi tərəqqi Avropadan
aşağıdır və bu, konkret rəqəmlərlə
təsdiq olunur”.
İsmayılov Rufik
525-ci qəzet.- 2011.- 17 fevral.- S.5.