Turizm sektorunda məlumat bazasının yaradılması ilə bağlı layihənin təqdimatı keçirilib
Dünən Azərbaycanda Regional İnkişaf Mərkəzi
Fondu “Geoinformasiya texnologiyaları əsasında
turizm məlumat bazasının yaradılmasının
zəruriliyi” mövzusunda
dəyirmi masa keçirib. Fondun sədri Çingiz İsmayılov bildirib ki, 2011-ci ilin “Turizm ili” elan
olunması bu sahədə bir sıra irəliləyişlər
tələb edir. Onun sözlərinə görə, respublikamızda
inkişaf etməkdə
olan qeyri-neft sektorunun ən vacib sahələrindən
biri məhz turizm industriyasıdır:
“Turizm sosial-iqtisadi əlaqələri tənzimləyən,
ölkələr arasında
qarşılıqlı münasibətlər
yaradan, mədəni-siyasi
və kulturoloji funksiyaları realizə edən, biznes maraqlarını əhatə
dairəsini genişləndirən
sahələrdən biridir.
Bu sahənin inkişafı regionlarda yerli əhalinin sosial-iqtisadi durumuna müsbət təsir göstərir. Eləcə
də yeni iş yerləri açılır, əhali
əlavə gəlir və qazanc əldə edir. Bundan əlavə bu sahənin daha da inkişaf
etdirilməsi üçün
ölkədə fəaliyyət
göstərən turizm
obyektlərinin internet
resursları bir neçə dildə ətraflı məlumatlar
yerləşdirilməlidir. Fondun apardığı araşdırmalar nəticəsində
məlum olub ki, bu kimi
məlumatlar çox səthi şəkildə
verilib. Hətta Mədəniyyət və
Turizm Nazirliyinin saytında potensial turist üçün ətraflı məlumat tapmaq mümkün deyil. Məsələn, naviqator yoxdur, turist marşrutlarında yaşayış məntəqələri
arasında məsafələr
göstərilməyib. Xəritələr
bölməsində verilən
xəritələr oxunmur
və yalnız Azərbaycan dilindədir, tarixi və mədəni obyektlərin
şəkilləri yoxdur”.
Ç.İsmayılovun sözlərinə
görə, turizm bazasının
formalaşdırılması üçün xüsusi
texnologiyaların tətbiqi vacib amillərdən biridir. O, bu
baxımdan geoinformasiya texnologiyalarından istifadə etməklə
lazımi məlumat bazasının yaradılmasına zərurətin
olduğunu diqqətə çatdırıb: “Yaradılacaq
geoməlumat bazası turizm obyektlərini, mədəniyyət
və tarixi abidələri, mehmanxanaları və digər
turizm sahəsi ilə bağlı mühüm obyektləri təsvir
etməklə yanaşı, həm də onlar haqqında mətn
məlumatlarının da təsvirini təmin edəcək. Eyni
zamanda potensial turist naviqatorlardan istifadə etməklə ona
maraqlı olan hər bir obyekt haqqında istənilən
informasiyanı əldə edə bilər”. Layihənin
koordinatoru Elvin Alıyev bildirib ki, geoinformasiya
texnologiyalarından sənayedə, kənd təsərrüfatında
və başqa sahələrdə geniş istifadə
imkanları var. Onun sözlərinə görə, bu
texnologiyanın turizm sektorunda tətbiqi mümkündür:
“Artıq bu texnologiyadan Azərbaycanda fəaliyyət göstərən
qurumlar istifadə edir, amma bir o qədər geniş
yayılmayıb. Bu layihənin də əsas məqsədi
geoinformasiya texnologiyalarından istifadə etməklə Azərbaycanın
turizm məlumatlarını geniş şəkildə
yaymaqdır. Yeni sistemin tətbiqi Azərbaycan maraq göstərən
turistlərin sayının artmasına gətirib
çıxaracaq”.
BƏXTİYAR
525-ci qəzet.-
2011.- 17 fevral.- S.2.