Pəncərənin Azərbaycana baxışı

 

JURNALIN YENİ NƏŞR OLUNAN XÜSUSİ BURAXILIŞINDA AYRI-AYRI BÖLGƏLƏRİMİZ HAQQINDA MARAQLI MƏLUMATLAR ÖZ ƏKSİNİ TAPIB 

 

Pəncərəmədəniyyətə baxışjurnalının xüsusi buraxılışı oxuculara təqdim olunub. Buraxılışın ilk səhifəsində Bakı haqqında məqalə verilib. Yazıda tarixi iki min ilə çatan bu qədim şəhərin gözəlliklərindən, memarlıq abidələrindənəzəmətini qoruyub saxlayan İçərişəhərdən, Qız Qalasından, dənizkənarı bulvardan, muzey teatrlarından, gözəl işıqlı küçələrindən bəhs olunub. Bir çox mədəni dəyərləri özündə birləşdirən bu şəhərin 2009-cu ildə İslam Mədəniyyətinin paytaxtı kimi tarixə düşməsi bununla bağlı yüzlərcə maraqlı mədəniyyət tədbirlərinin keçirilməsi məqalədə xüsusi diqqətə çatdırılıb. Sonrakı səhifələrdə min illərdən bəri əsrarəngizliyini itirməyən, hər zaman xarici qonaqların ilk gəzdikləri məkan olan İçərişəhərdən, Xan sarayı Cümə Məscidi üçün çəkilən Xan Məscid kəmərlərindən, hamam karvansaralardan bəhs olunub. Maraqlı məlumatlardan biri ötən əsrin əvvəllərində tikilən, ən yaxşı hamam hesab olunan Zeynalabdin hamamı haqqındadır. İçərişəhərdə ən yaxşı hamamlardan biri ötən əsrin əvvəlində tikilmiş Zeynalabdin hamamı hesab olunurdu. Hamam həmişə təmiz, camadarı isə səliqəli üzügülər idi. Bundan istifadə edən bəzi qoçaq gəlinlər hamampulu üçün 15 qəpiyi çox görüb, paltarlarını da burada yuyurdular. Evdə isti su gəzir”- deyə özlərinə təsəlli verirdilər”.

İçərişəhərdə yaşayan insanların mühafizəkarlıq səxavətlilik kimi keyfiyyətləri önə çəkilən məqalədə hətta Sovet dövründə burada adamların namaz qılıb, oruc tutduqlarını, dini mərasimlərə hörmətlə yanaşdıqları da qeyd edilib. Bu şəhərin camaatının bayramları, xüsusilə Novruz Qurban bayramlarının xüsusi təmtəraqla keçirdiyi yazılıb.

Topluda Abşeronun məşhur kəndlərindən olan Mərdəkandan da bəhs olunub. Mərdəkanın şirin suyundan, əncir, meynə ağaclarından, məşhur milyonçularından, ləziz mətbəxindən söz açılıb.

Pəncərə”nin digər bir bölümü Qubadan bəhs edir. Bu diyar haqqında müxtəlif rəvayətlər, o cümlədən Quba sakini, tarix elmləri namizədi Şövkət Tacibovun bu qədim şəhərlə bağlı apardığı araşdırmalar xüsusi maraq doğurur. Ş.Tacibovun fikrincə, Qubanın qədim yaşayış məskəni olduğunu sübut edən əsas mənbələr orta əsr dövrünə aiddir. Səhifədə bildirilib ki, “Qubanın taleyi XIV əsrə qədər başlı-başına qalıb. Lakin XIV əsrdə Quba haqqında alman alimi, akademik Bartold yazır ki, Dərbənd ilə Şamaxı arasında bir şəhərcik var idi, buna da Quba deyirdilər”. Səhifədə həmçinin Qubanın məşhur istirahət zonaları şirniyyatlarından da bəhs olunub.

Pəncərə”ninGəncədən gəlirəmbaşlıqlı bölməsində füsunkar Azərbaycan şəhərlərindən biri olan Gəncənin tarixindən, memarlıq abidələrindən, bu torpağın yetirdiyi dahi şəxsiyyətlərdən dadı damaqdan getməyən dovğadan söhbət açılıb.

Toplunun başqa bir səhifəsi qədim sənətkarlar diyarı olan Şəki şəhərinə həsr olunub. Şəkinin məşhur pitisindən, ipək məmulatlarından söhbət açan dədə- baba peşəsinə yiyələnən halvaçı Əbülfəsin halvaxanasına səyahət edənPəncərəhəmçinin Şəki sənətkarları ilə söhbətlər aparıb, Xan sarayı kompleksinə ekskursiya edib.

Pəncərə”nin növbəti səyahəti Şəmkirədir. Burada Nyu-Yorkda olduğu kimi Şəmkirdə küçələrin adla deyil nömrə ilə qeyd edilməsi faktı diqqəti çəkir. Şəmkirin 1816-1817-ci illərdə məhşur alman koloniyalarının pənah gətirdiyi yerlərdən olduğu yazılıb. Məqalədə oxuculara alman koloniyasında ilk çaxır çəkənlərdən olan Xristofor Frorer haqqında məlumatlar hal-hazırda üzümçülük şərabçılıqla məşğul olan, Şəmkirin sonuncu almanlarından sayılan Yunis Hacıyevin ailəsi, babası Andreas Bek onların acı taleyi haqqında söylədikləri, Şəmkir mətbəxtinin ləziz yeməklərindən olan badımcan dolmasının hazırlanma qaydası da əksini tapıb.

“Ay lolo, Lənkarana gəlmişikbaşlıqlı bölümdə Lənkəran adət-ənənələri, tarixi , əhalisinin əsas məşğuliyyətləri, mətbəxti, iqlimi bitgiləri haqqında geniş məlumat verilib. Jurnalda Talış dağlarında bitən nadir ağaclar, gözəl mənzərələr təsvir edilib.

Fəxrimiz nisgilimiz Şuşabaşlıqlı səhifə isə illərdən bəri işğal altında olan qədim yurd yerimiz Şuşanın tarixinə nəzər salınıb. Həyatı boyu Qarabağın ictimai-mədəni inkişafı, Şuşa şəhərinin abadlaşdırılması üçün fədakarlıq göstərmiş Xurşudbanu Natəvan haqqında da burada xüsusi bəhs edilib. Bu bölmədə Şuşanın mənzərələrindən zəngin mətbəxtindən söhbət açılıb.

Nəşrin digər bölmələrində Qazax rayonu Naxçıvan şəhəri, bu yerlərin adət-ənənələri, dadlı təamları, tarixi abidələri haqqında məlumatlar öz əksini tapıb.

 

 

Günel CABİRQIZI

 

525-ci qəzet.- 2011.- 19 fevral.- S.17.