Almaniyanın aparıcı
ali məktəblərindən
olan Berlin Azad Universitetində (Freie Universitet
Azad Universitetin akademik senat zalında təşkil edilən tədbiri Türkologiya İnstitutunun professoru
Klaus Şöniq açaraq
türk dünyasının
mühüm ölkəsi
olan Azərbaycanın
əsas probleminin təmsil etdiyi universitetdə elmi auditoriyanın diqqətinə
çatdırılmasının xüsusi əhəmiyyətini
vurğulayıb. Daha sonra tədbirdə
münaqişəyə dair
iki əsas məruzə dinlənilib.
Almaniya Bundestaqının elmi əməkdaşı Heiko
Langner münaqişənin
tarixi kökləri, gedişatı və onun beynəlxalq hüquq baxımından qiymətləndirilməsi barədə
məruzə edib.
Gənc tədqiqatçı Babayev
daha sonra münaqişənin həlli
ilə bağlı yenicə işləyib hazırladığı minimalist həll modelini təqdim edib. O, münaqişənin Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində həllinin həm regiondaxili sülh və inteqrasiya, həm də bölgənin Avropaya inteqrasiyası baxımından
spesifik üstünlüklərini
göstərərək regiondakı
sərhədlərin yenidən
cızılmasının müasir
beynəlxalq siyasi məntiqə uyğun gəlmədiyini əsaslandırıb.
Babayev, əksinə, regional inteqrasiya
zəminində mövcud
sərhədlərin əhəmiyyətinin
azaldılmasının vacibliyini
vurğulayıb. Sülh araşdırmaçısı
daha sonra qeyd edib ki,
Azərbaycanın daxilində
geniş muxtariyyət
statusu almaqla Dağlıq Qarabağ Azərbaycan və Ermənistan arasında tez bir zamanda
yenidən əməkdaşlıq
münasibətlərinin qurulmasında
katalizator rolunu oynaya bilər.
Berlin Azad Universitetində bu səpkidə ilk olan tədbirdə çoxlu sayda tələbə və
region üzrə tədqiqatçılar
iştirak ediblər.
P.SULTANOVA
525-ci qəzet.-
2011.- 23 fevral.- S.6.