“Xocalı soyqırımı – Qan rəngində ağ gecə” adlı tədbir keçirilib
Dünən
Qaçqın və Məcburi Köçkün Gənclər
Təşkilatı, Gəncliyə Yardım Fondu və 149
saylı Ağdam köçkün orta məktəbinin birgə
təşkilatçılığı ilə “Xocalı
soyqırımı-Qan rəngində ağ gecə” adlı ədəbi-bədii
tədbir gerçəkləşdirilib. Qaçqın və
Məcburi Köçkün Gənclər Təşkilatının
sədri Vüqar Qədirov Xocalı soyqırımının
Azərbaycan xalqının tarixində silinməz izlər
buraxdığını, 20-ci əsrin sonlarında ermənilər
tərəfındən törədilən bu qətliamın
heç bir insanlığa sığmayan bəşəri bir
cinayət olduğunu bildirib. V.Qədirov Ermənistanın bu
gün də öz havadarlarının dəstəyilə
işğal etdiyi Azərbaycan torpaqlarını azad etməməsini,
beynəlxalq hüqüqa meydan oxumaqda davam etməsini ATƏT-in
Minsk qrupunun həmsədrlərinin və digər beynəlxalq
təşkilatlarin Azərbaycana qarşı ikili standartlarla
yanaşdıqlarının bir göstəricisi olduğunu
vurğulayıb. Bütün bunlara baxmayaraq, Azərbaycan
xalqının bir qarış da olsa torpağının Ermənistanın
işğalında qalması ilə
barışmayacağını bildirən V.Qədirov prezident
İlham Əliyevin dəfələrlə Ermənistana və
ona havadarlıq edən dövlətlərə ciddi mesaj
verdiyini qeyd edib. O vurğulayıb ki, İlham Əliyevin Azərbaycanın
ərazi bütövlüyünün danışıqlar
mövzusu olmadığını və Azərbaycanın
öz torpaqlarını hərbi yolla azad etmək hüququna
malik olduğunu bildirməsi Ermənistanda böyük qorxu və
təşviş yaradıb. Gəncliyə Yardım Fondunun
vitse-prezidenti Salman Əliyev Xocalı
soyqırımının tarixi bir cinayət olduğunu, bir
şəhərin yer üzündən silinməsində,
uşaqların, qocaların, qadınların məhv edilməsində,
əsir və girovlara verilən ağır işgəncələrdə
ermənilərlə bərabər insanlığa
qarşı yönəlmiş bu cinayətə göz yuman
dövlətlərin və beynəlxalq təşkilatların
da az günahı olmadığını bildirib. S.Əliyev Gəncliyə
Yardım Fondunun daim bu cür məsələlərə həssaslıqla
yanaşdığını, qaçqın və məcburi
köçkünlərlə bağlı mütəmadi
olaraq humanitar xarakterli tədbirlər keçirdiklərini qeyd
edib.
Tədbirin təşkilatçılarından
olan 149 saylı Ağdam köçkün tam orta məktəbinin
direktoru Arzu Möhsümova tarixə düzgün
yanaşmanın zəruri olduğunu deyib. O,
çıxışında böyüməkdə olan gənc
nəslin təlim-tərbiyəsində hərbi-vətənpərvərlik
təbliğatına xüsusi önəm verildiyini və
şagirdlərə Ermənistanın Azərbaycana
qarşı törətdiyi cinayətlərin və
işğalının əsas mahiyyətinin düzgün
çatdırılmasının vacibliyini vurğulayıb.
S.QARAYEVA
525-ci qəzet.- 2011.- 23 fevral.- S.4.