Abdulla Şaiqin 130 illik yubileyi qeyd edilib

 

Dünən Abdulla Şaiqin Mənzil Muzeyində şairin anadan olmasının 130 illik yubileyi münasibəti ilə tədbir gerçəkləşib. Tədbirdə muzeyin böyük elmi işçisi, dosent Minaxanım Əsədli çıxış edərək tədbirin keçirilməsində əsas məqsədin milli bədii fikir tarixində özünəməxsus yeri olan, qüdrətli ədibimiz, Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqi bir daha yad etmək, yaradıcılığını təbliğ edərək bu istiqamətdə fəaliyyət göstərən Mənzil Muzeyinin işini təşkil etmək olduğunu diqqətə çatdırıb. Daha sonra miniatür kitab muzeyinin direktoru Zərifə Salahova tərəfindən hazırlanan ədibin yeniTülkü həccə gedirminiatür kitabı təqdim olunub. Bununla yanaşı yubiley tədbirində həmçinin 20 yaşı tamam olan Mənzil Muzeyinin yaranması, fəaliyyəti, gördüyü işlərdən bəhs olunub.Mərasimdə A.Şaiqin əsərləri, şeirlərinə yazılan musiqi nümunələri səsləndirilib Azərbaycan Dövlət Opera Balet Teatrının solisti T.Ağasiyev Z.İsmayılzadəninYad et” mahnısını, A.Zeynallı adına Musiqi kollecinin muğam üçlüyü Şaiqin qəzəlləri üstündə muğam ifa ediblər. Badamdar mədəniyyət evinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Babayeva, 189 saylı məktəbin şagirdləri Firdus Kərimzadə, Fuad Əhmədov, A.Şaiq adına 54 saylı məktəbin, Avropa liseyinin, H.Mahmudbəyov adına Texniki-humanitar liseyin şagirdləri Abdulla Şaiqin uzun müddət qadağan olunan türkçülük, repressiya dövrü yaradıcılığına müraciət edəcək, ədibin vətənpərvərlik lirik şeirlərini səsləndiriblər. Mərasimdə mədəniyyət elm xadimləri, ədəbiyyatçılar, ziyalılar qonaq qismində iştirak ediblər

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 25 fevral.- S.7.