Zülmün rəngini söz
fırçası ilə çəkən Nurəngiz Gün
və ya ədəbi dilimizin obrazlılıq xəzinəsi
Mən bir epos oxudum. Orada
ahın şəklini, zülmün rəngini gördüm. O
fırça köksünü od üstə sac asmış
bir xanım ananın, bəşəri şairin əlindədi.
O şair rüzgarın söz sənətinə bəxş
etdiyi çox sevdiyim Nurəngiz Gündür. Dünyanın hərb
meydanlarına bir Ana hökmü ilə meydan oxuyan, ruhunu
tel-tel edib simlərə çəkən, bəzən də
anasını itirmiş mələr bir yavru kimi ünü ərşə
bülənd olan, “Xocalı simfoniyası”nın müəllifi
Nurəngiz Gün!
Əl çəkin!
Qırın hərbin belin!
Dağıdın təbilini
siz onun!
Doğrayın müharibə
sözünü,
siliniz lüğətlərdən!
Əfsuslar olsun! Bu
xitabımız heç vaxt yerinə yetməyəcək! Bu
istək arzularda qalacaq. Axı insan insanı sevmir, insan
insanın qənimidir. Qatil kimisə öldürəndə
onun insanlığını fikirləşirmi? Əsla! Onun
beynində bir məqam olur, necə olur olsun işin
icrasını başa çatdırsın. İnsanım,
Tanrına üz tut, haqqına halallıq al. Halal
torpaqlarımız, körpələrimiz kəlisaların
günahına düşdü. Öz qanları ilə
bozarmış çəmənlikləri al çiçəklər
kimi bəzədi Xocalılarım.
“- Xocam!” Məğlubum!
Necəsən? Yoxsa dağ
çəkdi sinənə, tarixi dilənçi – bəd
qonşu? –
Dramatik “Yazıq Erməni ilə
məşhur
Qırmızı Qospodin?”
Bu nə millət, bu nə
din?! Amma müəllif adını qoyub – “Tarixi dilənçi!”
...Moto-atıcı alay – bu
kütləvi qırğın maşını bir gün
atacaq sənin öz daşını, tökəcək
özgəsinin torpağına baxan həris, riyakar gözlərinin
yaşını məlun məxluq-erməni.
İnsanlığın başına gətirdiyini – dəhşətləri,
vəhşətləri unutma! Əzik-üzük edilmiş “ətlər”,
heyrətdən böyümüş gözlər, Torpağa
çökən canlar, şəhid ruhlarının
çapdığı qanadlı atlar üstünüzə gələcək,
külə dönmüş tüstünüzə gələcək,
öz söz fırçası ilə zülmün rəngini
çəkən şair Nurəngiz Gün də gələcək...
Onun içindən o iniltilər,
haraylar, hıçqırtılar, yaralı düşüncələr,
ağlayan həsrət çıxmalıdır.
Xocalını və xocalıları yenidən yaşatmaq
üçün, gələcəyimizə olanları
çatdırmaq üçün. Biz qurban verməkdən
qorxmuruq, çünki İslamımız və
qurbanlığa gedən İsmayılımız var. Ana
Torpağımızın, Vətənimizin əqidə
qurbanlarıyıq. Naxələf əməllər təlxək
oyunlarıdı. Amma nə acı yaddaş qoydunuz, lənətlər
olsun sizə şeytan övladları. Haqsızlıqdan diksinən
ruhumuz sizi heç zaman bağışlamayacaq, Allah da sizi
bağışlamasın, fidanların və qocaların ruhu
xatirinə. Olum və ölümün məkansızlığında
ruhlar boğazımızdan yapışacaq, günahsız
öldürülənlərin xatirinə. Ah! Bu könül
yaraları şairin, ruhunu tar-mar etdi. Amansız intiqam
alverçiləri, siz onların nurlu gözlərini
süngünüzlə ovsanız da, azad yaşamaq
üçün qaçan ayaqlarını kəssəniz də,
Tanrıya dualar üçün qalxan əllərini
qırsanız da, lailahə-illəllah kəlməsini
pıçıldayan dilləri boğazından
çıxarsanız da çox-çox ucalıqdan əməllərinizə
baxıb, yazıqlar olsun deyən – ulu Tanrı var...
“Onların sümük xatirələrində
indi yalnız, diri-diri torpağa əndərilmiş
böyük hürkü, şaşqın
qışqırıqlarının yaddaşı
yaşayır. Bir də ki,... Lənət sənə
faşizm!.. lənət sənə, lənət sənə!...
– hayqırıqları yaşayır!..” deyir şairə.
Ey dünya! Ey bəşər!
Misraları ilə hönkürən müəllifin səsini
eşidirsinizmi, ey məkr və hiylə qulları, ruhların
səsini eşidirsinizmi?! Açın qulaqlarınızı,
dünya dağılır, əməllərinizin səsini
eşidirsinizmi? Sellə gəlir, yellə gəlir dərdlər...
Ümmanlar günahlarınızı yumağa,
qasırğalar bəd izlərinizi silməyə gəlir. Hər
gələn nələrisə, kimlərisə aparır. O
qasırğalar içində
çabaladığınız fırtınalar şəhid
ruhlarının haraylarıdır üstünüzə
tökülür. Sizləri don vuracaq don. Axı, siz onları
26 fevral qarlı qış günündə cəsəd eləyib
dondurmuşdunuz, yandırmışdınız. İnsan cəlladları
sizi də aparmağa gəliblər, bir baxın onlardı –
günahsız tökülən qanların sahibləri, qan
haqlarını istəməyə gəliblər.
Ah, fırlanır bəbəklər
çuxurunda,
Çuxurundan indicə
çıxacaqlar,
bəbəklər!
Çün yaşamaq –
ehtiyacdır!
Yaşamaq – su istəmək,
çörək
dadmaq,
Sevməkdir, sevilməkdir
–yaşamaq!
Yerin altından
qulağıma iniltilər gəlir deyəsən, zəlzələ
olacaq, buludlar qaşlarını yamanca çatıb nəmli
gözləri, çətir kiprikləri indicə içinə
sıxıb tökəcək, palçıq, zığ
axacaq insanların üz-gözünə, Allahdan rəhm diləyəcəklər,
O, rəhm etməyəcək. Rəhmi tükənib
Allahım, lap zəhləsi gedir yaratdığından.
Görəsən son məkana bir qiyafədə gedən hər
kəs bunu dərk edirsə, nə istəyir?! Torpaq da, yer də,
göy də onun deyilmi – Uca varlığın.
Sizlərdə beləmi zorakıdır
Kəlisa? –
Allahın müqəddəs
evləri?!
Yəqin elə
onunçün da
Özünüz öz əllərinizlə
Mıxladınız
çaharı-mıx gözəlim
İnsanı!
O! Mariya! Gözəl Ana! Belə
isə,
Faydasızdır sizlərdən
etina
gözləmək
Ah, hava.. sevən... müqəddəs!
Göy üzündəki rəngbərəng
buludlara bax! Körpələrin bələkləridi
uçuşurlar. Mələklərdi onları uçurdan,
gözlərinə qan dolmuş atalar, rəngi avazmış
analar “inqa” səsi çıxaran bəbələrinin
dalınca qaçırlar. Bələklər boşdur,
boş. Bəs onların yemək vaxtıdı...
O! Məryəm!..
Ancaq ki,
Ana məməsi istəyir
körpələr
torpağın altında!
Hey bir şey anlamır
inqalar!..
İnqalar ana döşü
əvəzinə
İndicə torpağı əməcəklər!
Bəli torpağı əmib
yenidən göyərəcəklər inqalar.
Bağımıza, bağçamıza
çölümüzə, düzümüzə, evimizə
dönəcəklər. Ətir qoxuyacaq Xocalımızı,
süd ətirli, çiçək baxışlı
Xocalımız. Şeytan hiyləsinə, şeytan gülləsinə
tuş gələn Xocalımız
Ah!..
Səslərə ürpəşirəm,
Şum edilmiş
insanların
Kütləvi
Qırğınına
daraq çəkə bilmirəm”.
Bax, ona ağlayıram,
Məryəm Anaa!
Ah yalvarıram, fidanlarım!
Bir sizi köksümə sıxa bilsəydim. Lap donmusunuz ki!..
Çingiz! “Ey ən gözəl həlak!” haradasan? Boyuna
qurban, gəl, tez gəl, götür onları qolların
üstə, isit onları, oxşa onları, sazaqdan dilləri,
dodaqları quruyub. Gəlmişkən onların şəklini
də çək, yaxşı-yaxşı çək,
bütün dünyaya göndəririk, bəşər
analarına göndərərik, qoy görsünlər erməni
uşaqlarımızın başına nə oyunlar
açıb. Uşaqlar oynamağı sevirlər, amma bu
“oyunu” yox. Hanı məsullar, hanı dünyanın xəzinəsini
uşaqların adı ilə ac qurd kimi yeyib udan uşaq təşkilatları?!
Bu uşaqlar ac qaldılar, onların payını yeyənlər,
onların paltarını geyənlər
boğazınıza...
Ehey yoldan keçən! Sən
bir mənim gözümün içinə bax. O quyudur, onun
içi dolu sudur, bax şəklini görəcəksən, o
həm də güzgüdür, qarşıdakını
özünə göstərən güzgü.
Yaddaşım
ağrıyır, ürəyim sızlayır zəhməti
puç olanlara. Yazar üçün bunu yazmaq bilsən nə
qədər zülümmüş. Günəşin od
biçimli saçaqları altında o zəminin
qırağında başına gündöyən kimdir?!
Saatlardı dayanıb orda, hərəkətsiz, filansız,
sünbülləri sayırmı?! Zəminimi seyr edir, yoxsa
sözmü toxuyur. Yox, yox! O, qəmli bir nəğmə
oxuyur. Bu nəğmə balasını itirən anaların nəğməsidi.
Sünbüllər də yellənir, deyəsən şairə
səs verirlər. O yandan, göylərin yeddi qatından
sürünən duman gəlib başının üstündə
dayanır. Uşaqların səsinə bax, üzünə
meh dəyir, yelpiyə bax. Ah mələklərim, bu sizsiniz?!
Nurəngiz ana, gedin, dayanmayın burda, bu boş zəminin
yanında dayanmayın, biz burdayıq, baxın, göylərdəyik.
Dən-dən olub buraya uçmuşuq.
Ah Rüzgar! Dostum ol!..
Bura bax...
Sən torpağı
süpürüb ötəndə,
şayəd görə
bilirsənmi hərdən bir
belibükük əkinçi-biçinçi
kölgələri...
Öpə bilirsənmi sən
arada,
Boşuna yellənən
sünbüllü zəmiləri?
“Ölüm şərqiləri”...
Nə qəribə, nə də qorxunc sözdür.
Ölüm və şərqilər, yəni nəğmələr.
Şairin tapıntısı və çəkilməz dərd
içində oxuduğu ağılar.
Dərddən qəşş
edib, ağlı çaşıb gülən insan, ah, faciələrimizin
ağırlığına bax, ilahi.
Onların
hamısının –
Bir-birinin ətəyini
dartışdıran
heç bir şey anlamadan
burnunu qurdalayıb
zırıldayan uşaqların
ölüm şərqilərini
–
Mən eşidə bilirəm.
Bəli, bu ölüm şərqilərini
eşidən vicdan sahibləridi, ürək sahibləridi. Kimlər
ki, eşitməlidi kardırlar, kimlər ki, görməlidi
kordurlar. Təsadüfi deyil ki, müəllif belələrini
Cahanın canavar iştahlı adamyeyənləri,
yırtıcıları adlandırır və bu
yırtıcıların, adamyeyənlərin zülümlərinə
bir hayqırış olacağına inanır. Bu
insanlığın, zillətin, həlak olanların
hayqırışı olacaq.
Onlar getdilər gözləri
qorxudan hədəqədən çıxmış, körpə
yaddaşlarında güllə səsi, ata ahı, yaralı
ana harayı. Onları çölə, düşə səpələyən
qatillər bu günahsızları haraya sürükləyir?!
İmdad diləklərinə cavab gəlmir, səmanı
duman, çən tutub. Qoy günahkar da duman, çən
olsun...
Bütün Allah evləri,
Allah məbədlərindən
yüksələn səsləri
o daha eşitmək
istəmir!
Əsər bədii təsvir
və ifadə vasitələrilə olduqca zəngindir. Bu
obrazlı deyim tərzi müəllifin üslubunu rəngarəng
etməklə əsərə bir daha dəyər, sanbal gətirib
– “torpağa əndərilmiş dipdiri ölülər”, “oyaq
ölülər”, “böyük hürkü”, “şaşqın
qışqırıq”, “qlobal ah”, “təngizar qulaqlar”, “məşum
nəğmələr”, “nazik əndişə”,
“fırtınalı hirs”, “məlul Xocalı”, “mənhus
düşüncə”, “şum edilmiş insan”, “ahın şəkli”,
“zülmün rəngi”, “adamlarsız pəncərələr”,
“yetim baxan yuvalar”, “zorun səs”, “yad kölgələr”,
“humanizm yelləyən səda”, “müntəzirsiz cavab”, “batqun
arzular”, “göyərçin balalar”, “lal baxan ləpirlər”,
“məzlum pıçıltılar”, “Ey ən gözəl həlak!”,
“yetim baxan bağça-bağ”, “sümük xatirəsi” və
s. Əsərdə müəllifin hiddət dolu sarkazmları
da diqqətdən yayınmır. Nifrət o qədər
güclüdür ki, sözün gücü mənanı bir
daha kəsərli edir – “lənət sənə faşizm”,
“tarixi dilənçi”, “yazıq erməni”, “qırmızı
qospodin”, “zorakı Kəlisa”, “adamyeyənlər kolu”, “bəşəri
zalımlar”, “canavar iştahalı Cahandarlar” və s.
Məhz bu ifadələr əsərin
məzmun və süjet xəttindən irəli gəlir. Təzadlı,
dramatik bir faciənin mövzu uyarlığında əsərə
gətirilən bu ifadələr vacibləşir və
lazımdır.
Və son olaraq.
Bəşəri şairə
bəşəri bir dərdin eposunu yaratdı. O eposun qələmini
ürəyinin qanına batırıb yazdı. Əziz oxucu!
Ahın şəkli, zülmün rəngi olan bu yazıda
Xocalının əbədiyyət nəğməsini eşidəcəksiniz,
görəcəksiniz.
Və varındısa... sən
Allah,
Ey Rüzgar, fırça gətir!
Mən bu Qlobal Ahın şəklini
çəkərəm!
Çəkə bilərəm onu –
Bəşəriyyət önündəki
Zülmün nəhəng Pannosunu!
...Deyəsən qara buludlar dağılır. Göyün üzünə ağappaq pəmbə buludlar gəlir. Qışın ağırlığından, sazağından silkinən çöllər, düzlər sinəsinə zümrüd örtük çəkir, çəkir ki, “lal ləpirlər” yenidən dinsin, çiçəklik içində rəngarəng kəpənəklər dalınca qaçan cocuqların səsi eşidilsin.
Yeni həyat, yeni nəfəs gəlir əbədi ruhlarla. Amma o körpələr indi 18 yaş da böyüyüblər, oğlanlar “bəy”, qızlar “gəlin”; ata, analar nənə, baba olublar...
Ah, yetim baxır o
Bağçabağ...
O qızın qıvırcaq
tellərindəki
yaş danəciklərini,
parıltını...
danələri... axtarır,
bağçabağ!
Ah, nə yazıq!..
Doğrudan da, ah nə
yazıq!
Ey günah
sahibləri, bəşəri canavarlar, nələr etdiniz, nələr?!
Allah götürməsin. Heç götürüləsi dərd
də deyil...
Fəridə LƏMAN,
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2011.- 26 fevral.- S.15.