Adların ən
gözəlləri
Bu yaxınlarda şair-publisist Əbülfəz Əhmədin “Adiloğlu” nəşriyyatında “Ən gözəl adlar” adlı şeir kitabı işıq üzü görüb. Dini- fəlsəfi məzmun kəsb edən kitab ədəbiyyatda Allah-Təalaya verilmiş ən gözəl adların məsnəvi şeir formasında şərhinə həsr olunub. Müəllifin özünün dediyi kimi, uca yaradanın uca adlarının bədii şəkildə izahı ilə bağlı qələmə aldığı bu poetik biçmələrdə Hilminin İstanbulda nəşr olunan “Esmai-Hüsna mənaları” adlı kitabından istiqamət götürüb.
Şeir toplusunda Məhəmməd
peyğəmbərin buyurduğu “Həqiqətdən
Allah-Təalaya məxsus olan doxsan doqquz adın
hamısını sayan cənnətə
gedəcəkdir” məşhur kəlamlarına əsasən bu adların poetik
komentariyasına, yozumuna can
atılıb və buna özünəməxsus
şəkildə nail olub. Müəllifin böyük
yaradanın doxsan doqquz
adına orijinal yanaşmasının məhsulu
olan adıçəkilən topluda doxsan doqquz şeir
parçası sərgilənib. Qələmə
alınan bütün bədii nümunələrdə
demək olar ki,
Tanrının sadalanan müqəddəs ən
gözəl adları ən gözəl sözlərdə, böyük coşqu və
məhəbbət hissi ilə, həyəcanla,
məsuliyyətlə tərənnüm olunub.
Şairə görə, bu adlar Allaha doğru
gedən yolun qapıları hesab olunur. Onları dərk
etməklə insan kamilliyə yetişir, mənən zənginləşir, təmizlənir,
həqiqətə, gözəlliyə qovuşur,
yüksək xeyirxah məqsədlərlə
yaşamaq, fəaliyyət göstərmək
imkanı qazanır. Uca Tanrının birinci adına həsr olunan
ilk şeir
parçasında müəllifin qarşısına qoyduğu məqsəd və məram aydın
şəkildə öz təcəssümünü
tapır:
Ey uca yaradan, adına şükür,
Mömin
bəndələrin səcdənə
çökür.
Hər kəsə tək layiq olan sevgi
Sən
Hamının qəlbinə dolan
sevgi Sən.
Kitabdakı bədii nümunələrdə
əksini tapan bəzi dini söz və ifadələrin izahı bölməsində oxucular
lazımınca məlumatlandırılır. Burada eyni
zamanda şairin mövzu ilə bağlı müraciət
etdiyi ədəbiyyat da diqqəti çəkir. Əlbəttə
“Ən gözəl adlar” toplusunda yer alan
şeirlərin misra cərgələrində müəyyən
nizamsızlıq, pərakəndəlik,
xırda qüsurlar mövcuddur. Lakin həm mövzu
yeniliyi etibarilə, həm də dövrün tələbləri
baxımından bunlar
kitabın ümumi dəyərinə xələl
gətirmir. Bütövlükdə əsəri
müəllifin uğuru hesab etmək olar.
Yəhya PAŞAZADƏ
525-ci qəzet.- 2011.- 20 iyul.- S.7.