Daha bir
erməni saxtakarlığının ifşası
Zemfira Hacıyevanın “Təkrarlanan tarix – təkrarlanan şərhlər”
monoqrafiyası İrəvan xanlığının tarixini saxtalaşdıran ABŞ vətəndaşı,
erməni əsilli tədqiqatçını ifşa
edir.
Fəlsəfə
doktoru Zemfira xanım
Hacıyevanın bugünlərdə AMEA-nın Mərkəzi
Elmi Kitabxanasına daxil
olan “Şərq-Qərb” Nəşriyyat evi tərəfindən çap
edilmiş “Təkrarlanan tarix
– təkrarlanan şərhlər” monoqrafiyası amerikalı
erməni əsilli müəllif Corc
Burnutyanın “İrəvan xanlığı Qacarların
hökmdarlığı dövründə. 1795–1828” “kitab”ının əsl mahiyyətinə
həsr edilmişdir. (Zemfira Hacıyeva. “Təkrarlanan tarix – təkrarlanan şərhlər”. Bakı:- “Şərq-Qərb” Nəşriyyat evi, 2011, 256 s.)
İki əsrdən artıqdır ki, erməni
tarixçilərinin əsas fəaliyyəti daimi
torpağı və dövlətçilik ənənəsi olmayan erməni xalqlına Qafqazda
qədim tarix və mədəniyyət beşiyi yaratmağa
yönəlmişdir. İndiyə qədər bir mənbədən qaynaqlanan,
bir-birini təkrar edən, lakin müxtəlif
formalı xeyli “tədqiqat əsərləri“
meydana çıxmışdır. Erməni və rus dillərində
yazılan və erməni lobbisinin maliyyə
dəstəyi hesabına müxtəlif dillərə tərcümə
edilərək yayılan bu kitabların
yazılmasında bir məqsəd güdülür ki, bu da yalanı doğru kimi qəbul etdirmək,
Ermənistanın dövlət separatizminə, işğal etdiyi Azərbaycan
torpaqlarını əldə saxlamaq üçün işğala
hüquqi don geydirməkdən
ibarətdir. Bu siyasəti genişləndirmək üçün
Azərbaycan türklərinə məxsus Qərbi Azərbaycan
torpaqları hesabına yaradılmış erməni dövlətinin
qədim erməni məskəni olması barədə saxta kitablar yazmaq və yaymaq üçün heç
nəyi əsirgəmirlər.
Bu bir həqiqətdir
ki, ermənilər Qafqaza,
o cümlədən Azərbaycan ərazilərinə
XIX əsrdə Rusiyanın “Şərq siyasəti”nə uyğun olaraq Türkiyə
və İrandan
köçürülmüşlər. Bu gəlmə erməni toplumu yerli Azərbaycan
xalqının folklor, sənət, musiqi və s. kimi maddi və mənəvi
mədəniyyət nümunələrindən geniş istifadə etmiş,
məişət və mərasim adətləri, geyimlər,
yeməklər və s. kimi
milli etnoqrafik ənənələrindən
hərtərəfli bəhrələnmişlər. Azərbaycanlı-türk
dastanları əsasında erməni ədəbi janrları
yaratmışlar. Azərbaycan nağılları, atalar sözü və zərb
məsələlərindən geniş
istifadə edərək erməni nəsri
formalaşdırmışlar. Lakin bu mədəni irsdən bəhrələnmələrinə
baxmayaraq bu irsə xəyanət
edərək onu ermənininkiləşdirməyə
çalışmışlar.
Bu azmış kimi erməni millətçi
dairələri onları himayə edən böyük
dövlətlərin mürtəce qüvvələrinin
fitvası ilə türk-müsəlman əhaliyə
qarşı etnik düşmənçilik
siyasəti yeritmiş, ərazi
iddiaları irəli sürmüş, deportasiya və soyqırımlar törətmişlər.
Məlum olduğu kimi Azərbaycana
qarşı yönəlmiş bu siyasət
tarixi-siyasi istiqamətdə davam etdirilərək, XX əsrin sonlarında
hərbi münaqişə vəziyyətinə
çatdırılmış, ədalətsiz müharibə
ocağı yaradılmışdır.
Ermənilərin
bu gün də
müxtəlif istiqamətlərdə apardığı antiazərbaycan
siyasətinə uydurma tarixlə “əsaslandırılan”
“ermənilərin vətəni” ideologiyası da
əlavə edilmişlər. Onların bu fikrə düşməsi Azərbaycanın
qədim və zəngin tarixə malik ənənələrini
və mədəniyyətini erməni tarixi
və mədəniyyəti kimi təqdim
etməklə Azərbaycan ərazisində ikinci
erməni dövləti yaratmaq istəyindən
irəli gəlir. Bir vaxt Qarabağın erməni əhalisinin
Ermənistanla bütün vasitələrlə
bağlı olduğunu sübut
etməyə çalışan erməni “tarixçi”ləri
indi İrəvanın, Dağlıq
Qarabağın və Naxçıvanın qədimdən “ermənilərin
vətəni”, “tarixi erməni
torpaqları” olmasına inandırmağa
çalışır, yeni münaqişə
üçün “əsas” yaradırlar.
Son dövrlərdə Cənubi
Qafqazın 3 əsrlik siyasi tarixinə dair çoxsaylı əsərlər
yazılaraq çap edilmişdir.
Təəssüflər olsun ki, nəşr olunan bu əsərlərin böyük
əksəriyyəti, öz qərəzliliyi,
qeyri-obyektivliyi və qeyri-elmiliyi
ilə diqqəti cəlb edir.
Dünyanın müxtəlif ölkələrində
yaşamalarına baxmayaraq erməni əslli
şəxslər imkan düşən kimi türklər, xüsusilə azərbaycanlılar
əleyhinə böhtanlar
yağdırırlar. Azərbaycan xalqının tarixi ənənələrinə, mədəniyyətinə
– incəsənətinə, musiqisinə, hətta
kulinariyasına şərik çıxır, ermənininkiləşdirirlər.
Belə cəhdlərdən
biri də növbəti bir
erməni “tarix
saxtalaşdırıcısı”nın – “Burnutyan”
soyadlı ABŞ vətəndaşının “İrəvan
xanlığı Qacarların hökmranlığı
dövründə. 1795-1828” adlı kitabının çap edilməsidir.
Tarix üzrə fəlsəfə doktoru Zemfira Hacıyeva tarixi həqiqətdən, obyektivlikdən son dərəcədə uzaq
olan həmin kitabın naqisliyini
vaxtında görmüş, ona öz ciddi
münasibətini bildirmişdir. Z.Ə.Hacıyeva
Corc Burnutyanın yazdığı
adıgedən kitabının əsl mahiyyətini oxuculara çatdırmağı vacib bilərək “Təkrarlanan tarix – təkrarlanan şərhlər”
monoqrafiyasını yazmış, erməni
saxtakarlığını konkret faktlarla oxucuların diqqətinə
çatdırmışdır.
Əvvəlcədən
bildirmək istərdim ki, Z.Ə.Hacıyevanın
növbəti erməni saxtakarlarından birinin
ifşasına həsr edilmiş adı
çəkilən monoqrafiyası vaxtında və yerində
yazılmış dəyərli əsərdir.
Z.Ə.Hacıyevanın şərhinə əsasən
xatırlayırıq ki, vaxtilə Avropa və Asiyanın kəsişdiyi coğrafi məkanda yerləşən İrəvan
xanlığı XVIII əsrin sonu – XIX əsrin
əvvəllərində bütün Qafqaz ərazisi kimi,
müxtəlif siyasi-hərbi güc mərkəzlərinin
mübarizə meydanlarından biri olmuşdur. Buna görə də müəllif vaxtilə Cənubi Qafqazda siyasi-nüfuz
üstündə aparılan mübarizənin məqsədləri
və əsas iştirakçılarının hələ də
dəyişmədiyi rəyinə şərik olan
tarixçilərdə keçmişin bir sıra qaranlıq məqamlarını
yenidən nəzərdən keçirməyə, dərindən
və ətraflı tədqiq etməyə maraq
yaranmasını təbii bir hal hesab edir.
Lakin erməni əsilli Corc
Burnutyan kimi uydurma arqumentlərlə 18-ci əsrdə
hansısa “erməni dövləti” haqqında uydurma
tarix yazmağı məqbul hesab etmir.
Z.Ə.Hacıyeva
bildirir: “Müəllifin milli
mənşəyini bildiyimiz halda, onun İrəvan
xanlığının tarixinə marağını izah etməyə ehtiyac
qalmır”. Həmin əsərin müəllifi əgər ermənidirsə
onun yazdığının obyektiv olmayacağı gümanına
düşən Z.Ə.Hacıyeva həmin
kitabdakı tarixi proseslərə dair şərhləri diqqətə
çatdırır, rus-sovet və erməni
tarixçilərini haqlı şəkildə tənqid edən,
onları tarixi, siyasi
göstərişlərə uyğun
araşdırmaqda ittihamlayan
C.Burnutyanın eyni zamanda
bir sıra mühüm
məsələlərlə bağlı şəxsi mövqeyini məharətlə gizlətməyə
çalışdığını üzə
çıxarır. O, hətta özü
özünü təkzib edən
C.Burnutyanın iddiaları ilə tanış olduqca
onun “saf niyyəti”nin
arxasında duran məqsədləri anlamaq üçün bələdçiyə
ehtiyac qalmadığını bildirərək
gümanında haqlı olduğunu sübuta yetirir. Çox haqlı olaraq bildirir ki, “müəllif (C.Burnutyan – A.Ə.K.)
qınadığı rus-sovet və erməni
tarixçilərindən fərqlənməyən, bəzən
ziddiyyətli, bir çox
hallarda isə həqiqətdən uzaq, gah aşkar,
gah da sətiraltı
görünən qərəzli mövqedən kənara
çıxmır. Z.Ə.Hacıyeva bunu
C.Burnutyanın əksər tarixi həqiqətlərə
milli ehtiraslar
bucağı altında yanaşmasından irəli gəlməsi
ilə əlaqələndirir.
Z.Ə.Hacıyeva
C.Burnutyanın yazdıqlarından
çıxardığı nəticəni – erməniliyin hər
şeydən üstün
tutulmasını, ədaləti, həqiqətin və obyektivliyin arxa plana keçirilməsini, saxta
beynəlmiləlçiliyini açıb göstərir.
Z.Ə.Hacıyeva
erməni tarixçisinin tarixin
ən gərgin proseslərinə özünəməxsus
şəkildə nəzər salmasına diqqəti cəlb edir. O, bildirir
ki, C.Burnutyan Cənubi
Qafqaza nəzarət uğrunda
gedən rəqabətdən bəhs edərək Qacar sülaləsi və Rusiyanın
amansız hərbi toqquşmasının, nüfuz
savaşının digər iştirakçılarının
– İngiltərə və Fransanın, ilk
baxışda, ikinci mövqedə durduğunu vurğulayır. Eyni
zamanda C.Burnutyanın “bu
siyasi oyunçuların” ikibaşlı Qartalla Şirin və
Günəşin ölüm-dirim
savaşının nəticəsini gözləyən “laqeyd” tamaşaçılar deyə
adlandırmasına dair maraqlı şərh
verir. Müəllif, bununla
bərabər C.Burnutyanın Krılovun məşhur təmsilindən
misal gətirərək yuxarıda adı
çəkilən dövlətlərin bölgəyə
göndərdikləri diplomatik missiyalara dair fikirlərinə
öz obyektiv
münasibətini bildirir.
Z.Hacıyeva
C.Burnutyanın Qafqaz uğrunda
“Böyük Oyun”un digər, həm də statist
olan iştirakçılarına və
onların niyyətlərinə toxunmasına, nəhənglərin
döyüşündə, ermənilərin iştirakı və
onların muxtariyyət qazanma məsələsinə
dair şərhlərinə obyektiv elmi münasibət bildirir.
Dəqiq arqumentlərlə C.Burnutyanın siyasi tarixin
separatçılıq kimi dəyərləndirdiyi
fəaliyyətini, əsasən, “Şərqi Ermənistan”dan
kənarda formalaşan erməni
ideoloqlarının məşğul olmasını dilə gətirməsini,
habelə onların Rusiya oriyentasiyası
seçməsinin səbəbini
aydınlaşdırmasını mahiyyəti üzrə
şərh edir. Yad ərazidə
soydaşları üçün vətən
yoğuran bu
separatçı qruplara ələk verən
Rusiyanın yardımına kimlərin tələsməsini qeyd etdiyini
vurğulayır, erməni kilsəsinin bu
işlərin içərisində olmasını, əvvəldən
axıra kimi Rusiyanın tərəfində
olduğunu bildirir.
Bütün bunlar Z.Ə.Hacıyevanın
monoqrafiyasında elmi üslubda
o dərəcədə ustalıqla təhlil
edilmişdir ki, təkrarlanan
tarix – təkrarlanan şərhlərə
verilmiş bu qiymətdən
artıq nə isə deməyə ehtiyacın olmaması qənaətinə
gəlirik.
Z.Ə.Hacıyeva
C.Burnutyanın obyektiv mövqe
tutub müsəlman dövlətinin tərkibində
firavan həyat keçirən ermənilərin
öz xəyanətlərinə qədərki
vəziyyətlərini qiymətləndirməyi lazım bilmədiyini
xüsusi qeyd edir. Həmçinin, onun
separatçı meyllərin kənarda cücərdiyini
açıq etiraf etdiyini
vurğulayır. O, C.Burnutyanın “erməni azadlıq ordusu” haqqında digər tarixçilərin
qeydlərinin uydurma olmasına və ruslara qoşulmuş
könüllülərin əhalinin heç
bir faizini də təşkil
etmədiyinə diqqəti çəkir. Müəllif,
C.Burnutyanın ifadə etdiyi “ermənilər
öz dövlətçilik ənənələrini
çoxdan unutmuşdu,
onları yalnız maddi rifah
düşündürürdü, Hüseynqulu xanın mahir
idarəçilik siyasəti nəticəsində isə
İrəvan xanlığında təkcə müsəlman əhali
deyil, xristian sakinlər
də firavan yaşayırdı” kimi şərhlərin əsl mahiyyətini də
oxucuların diqqətinə çatdırır.
Müəllif,
Rusiyanın İrəvan xanlığını zəbt etməsini,
erməni xalqına müsbət təsir kimi
dəyərləndirən, məhz köçürmələrin
əvvəlcə Erməni əyalətinin, 1918-ci ildə isə
Ermənistan Respublikasının yaranması üçün
əsas olduğunu şərh edən
C.Burnutyanın Ermənistan Respublikası (1918-1920) tez-tez
qonşuları ilə ərazi məsələlərilə
bağlı qızğın mübahisələr etsə də,
bolşeviklər Zaqafqaziyanı tutandan sonra bu məsələ
Ermənistanın əksinə həll olunmasına dair uydurmasını, təkcə Qarabağ və Gəncənin deyil,
Naxçıvan və Şərurun da Azərbaycanın
nəzarətinə verilməsini, ermənilərin Şümərli
və Dərəkənd-Parşenisin əksər bölgələrinin
Türkiyəyə verməli olduqlarına dair
iddialarını təhlil və tənqid edir.
O, habelə, bu məsələlərin
həlli barədə ermənilərin tələbləri, M.Qorbaçovun yenidənqurması və
aşkarlığı böyük
ümidlər yaradana qədər
cavabsız qalmasını, həmçinin sonrakı hadisələrin
ermənilərin ümidlərinin əsassız olduğunu qeyd etməklə
yanaşı, bunların “Azərbaycan və Qarabağda ermənilərə qarşı böyük talanlarla nəticələnməsinin”
əsassız, qeyri-ciddi arqumentlərlə
uğursuz şərhlər edən erməni
yazarının “kitab”ının əsl mahiyyətini
açır.
Z.Ə.Hacıyeva “son yüzilliyin
tarixi faktlarına bu sayaq yanaşmanın izahı nədir?
sualını verərək, erməni saxtakarlıqlarına, məqsədli
şəkildə ardıcıl olaraq davam etdirilən uydurma iddialara son qoymağın
hələ də mümkün
olmamasına işarə edir.
Z.Ə.Hacıyeva C.Burnutyanın sözügedən
kitabının əsl mahiyyətini şərh etdikdən sonra Azərbaycan oxucusunu tarixi faktların saxtalaşdırılması
və onlara qaradan da tünd siyasi
rəng axtarması ilə təəccübləndirməyin mümkün olmamasını da
vurğulayır. O, haqlı olaraq bildirir: “Görünür,
həmin qeydləri yazarkən, müəllif tarixi
həqiqət və tarixçi vicdanı
meyarlarını, sadəcə, unutmuşdur”.
Müəllif,
erməni C.Burnutyanın başlıca məsələdə –
tarixi proseslərə və tarixi şəxsiyyətlərə yanaşmada ədalət meyarını
gözləməkdən ötrü
C.Burnutyanın xəcalət təri tökməsini, tarixi həqiqət qarşısında könülsüz də olsa,
təslim olduğunu bildirir.
Z.Ə.Hacıyevanın
təqdimatında C.Burnutyanın doğulduğu
və böyüdüyü mühit də yer
almışdır: O, 1943-cü il
sentyabrın 25-də İsfahanda doğulub. Tehrandakı Andişeha
(Don Bosko) İnstitutunu bitirdikdən sonra
təhsilini ABŞ-da davam
etdirib...”. Maraqlı məsələlərdən
biri də odur ki, Z.Ə.Hacıyeva
C.Burnutyanı yetişdirən mühitin geniş bir aləm, istifadə
etdiyi mənbələrin kifayət qədər
zəngin olmasına baxmayaraq
yazdığı uydurma, qərəzli
kitabın onu obyektiv tədqiqatçı
imicindən məhrum etməsini, erməniliyi bu
məsələdə üstün
tutmasını oxucuya hərtərəfli
çatdıra bilib.
Milli kökdən doğan təəssübkeşliyini,
gözündəki “qara eynəy”i gizlətməyə
çalışdığını, bu
eynək çıxan kimi C.Burnutyanın
baxışlarının tam üzə
çıxdığını, “Giriş”dən “Yekun söz”ə qədər tədqiqatçının
bölgənin etnik-siyasi
coğrafiyasına
baxışının bütünlüklə erməni tarixçilik ənənələrinə uyğun olduğunu faktlar və arqumentlərlə sübut
edən Z.Ə.Hacıyeva çox
haqlı olaraq Cənubi Qafqazda
kimin ilkinliyi, kimin gəlmə olması məsələsində
erməni tarixçilərinin, o cümlədən
C.Burnutyanın susmasını məsləhət bilir. O, mənbələr və tədqiqatlar əsasında
erməni etnosunun ilkin
sakini olmadığını, indiki Ermənistan ərazisinə gəlmə
olmasının çoxdan sübut
olunduğunu diqqətə
çatdırır.
Heç şübhə etmirəm ki, Zemfira xanım
Hacıyevanın “Təkrarlanan tarix – təkrarlanan
şərhlər” adlı qiymətli əsərindən tarixçi alimlər, Azərbaycan tarixi ilə məşğul olan
mütəxəssislər, siyasətçilər, həmçinin
müəllimlər və tələbələr bəhrələnəcəklər. Müəllifə
yeni tədqiqat uğurları, yeni kitablarla oxucuların
diqqətini cəlb etməyi arzulayırıq.
Aybəniz ƏLİYEVA-
KƏNGƏRLİ
AMEA Mərkəzi
Elmi
Kitabxanasının direktoru,
filologiya elmləri
doktoru
525-ci qəzet.-
2011.- 23 iyul.- S.29.