Əflatun Amaşov: “Azərbaycan cəmiyyətində mətbuatın ayrıca institut kimi öz yeri var

 

Azərbaycan Milli Mətbuatının yaranmasının 136 yaşı tamam olur. Həsən bəy Zərdabinin “Əkinçi”si ilə əsası qoyulan Azərbaycan mətbuatının keçdiyi yol, inkişaf mərhələləri, problemləri və qarşısında dayanan vəzifələrlə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşov “525”ə müsahibə verib.

 

– Əflatun müəllim, siz ötən 136 ili mətbuatımızın inkişafı baxımından necə xarakterizə edərdiniz?

– “Əkinçi” qəzetinin yaranması o dövr Azərbaycanının həyatında olduqca mühüm hadisə idi. Nəşr ictimai fikrə təsir göstərməklə təkcə mətbu ənənələrin formalaşmasına təkan verməyib, ümumilikdə cəmiyyətə o vaxta qədər mövcud olmayan prinsiplər aşılayıb. Həmin vaxtın insanlarının həyatı sanki “Əkinçi”nin rubrikalarında olduğu tək yenidən qurulub. Cəmi 2 il fəaliyyət göstərməsinə baxmayaraq, hamı özünə “Əkinçi” deyilən əbədi dost qazanıb və onun öyrətdikləri imperiya buxovlarına qarşı mübarizədə yol yoldaşı olub, istiqamət verib, yeni gün uğrunda mübarizəyə səsləyib. “Əkinçi”də yazılan hər bir məqalə müəllifinin qismində sonradan fundamental fikrə çevrilib. Məhz onun təsiri nəticəsində XX əsrin əvvəllərində yeni xüsusi dəst-xəttə malik nəşrlər meydana çıxıb. “Molla Nəsrəddin” kimi Şərq aləminə böyük səs-küy salan bir hadisə baş verib. “Ziya”, “Kəşkül”, “Difai” və digər qəzetlər “Əkinçi”nin daha çox məişətlə bağlı dəyişikliklərinə ictimai-siyasi fon verərək onları yarım əsrə yaxın sonrakı şəraitin tələblərinə uyğunlaşdırıb. Cümhuriyyət dövründə 1875-ci ilin 22 iyulundan başlanan yol yeni inkişaf mərhələsinə qədəm qoyub ki, bu da nəticə etibarilə Rusiya imperiyası daxilindəki eybəcərliklərə adekvat yanaşma baxımından əhəmiyyətli idi.

70 illik sovet hakimiyyətinin totalitar mahiyyəti mətbuatımıza da təsirsiz ötüşməyib. XIX əsrin sonu XX əsrin əvvəllərindəkindən fərqli olaraq bu dövrdə mətbuat daha çox qapalı orqanizm təsiri bağışlayıb. Amma demək olmazdı ki, onda müsbət meyllər yox idi. İlk baxışdan düşünülə bilərdi ki, qəlibə salınmış mətbuat proseslərə müəyyən olunmuş parametrlər çərçivəsindən kənar reaksiya vermək iqtidarında deyil. Lakin ötən əsrin 80-ci illərinin sonlarına doğru respublikamızda baş verən hadisələrdə məxsusi rol oynaması göstərdi ki, mətbuatımız banilərinin qoyub getdiyi şərəfli yola, özünün liberal mahiyyətinə sadiqdir.

– Sizcə, Azərbaycanda tarix boyu mətbuatın 3 əsas missiyasından hansı öndə olub?

– Əslində sualınıza birmənalı cavab vermək çətindir. Bəri başdan deyim ki, mətbuatımızın əyləndirmə kimi missiyasının olduğunu söyləmək çətindir. Hər halda klassik anlamda məsələyə belə yanaşmaq olmur. Hətta indiki şəraitdə də gerçək jurnalistika adına bununla bağlı nə isə demək də çətinlik törədir. Məlumatlandırmaya gəlincə, zənnimcə, mətbuatımız bu missiyanı çiyinlərinə ötən əsrin 90-cı illərindən sonra daha qətiyyətlə götürüb. Sanki buna öyrəşib. Təbii ki, tendensiyanın formalaşmasında tələbat amili də nəzərə alınmalıdır. Müstəqillik uğrunda mücadilənin getdiyi məqamda yalnız mətbuatın məlumatlandırma funksiyası ölkənin düşdüyü informasiya blokadasının aradan qalxmasında, Azərbaycanın haqq işinin dünyaya tanıdılmasında və nəhayət müstəqilliyimizin bərpasında həlledici rol oynayıb. Daha sonra Qarabağ həqiqətləri barədə xəbərlərin yayılması ilə bu missiyanın bir növ, özününküləşdirilməsi gedib. Nəhayət, 1993-cü ildən sonrakı dövrdə artıq məlumatlandırma davamlı inkişafın təbliği zərurətinin təminatçısı kimi çıxış etməyə başladı. Maarifləndirmə isə Azərbaycan mətbuatının, məncə, daxilindən, ruhundan gələn bir missiyadır və bütün dövrlər üçün aktual olub. Məhz bu missiya tarixi kökə, Həsən bəy Zərdabinin “Əkinçi” ənənələrinə əsaslanıb. Sadəcə, müxtəlif vaxtlarda dövrün və ideologiyanın təsiri ilə həmin missiya fərqli proseslərin gerçəkləşməsinə xidmət edib. Əgər ötən əsrin əvvəllərində maarifləndirmə xalqı qəflət yuxusundan ayıltmağa və yekun olaraq müstəqilliyə səsləmişdisə, Sovetlər Birliyi dönəmində kollektivləşməyə və partiya təbliğatına əsaslanmışdı. SSRİ-nin dağılmasına doğru isə maarifləndirmənin predmeti müstəqil Azərbaycan dövlətçiliyinin bərpası idi.

Təbii ki, qeyd etdiyiniz missiyaların hər biri jurnalistikamız üçün önəmlidir. Amma hesab edirəm ki, bunlardan hansının daha önəmli olması konkret hadisə və proseslərdən asılıdır. Media fəaliyyətini həmin proseslərə reaksiyalar şəklində qururbu zaman onun hansı missiyanı yerinə yetirməsi tənzimlənir.

– Bəs 20-ci əsrdə jurnalistikanın inkişafını cəhətlərinə görə hansı mərhələlərə bölmək olar?

– Fikrimcə, bununla bağlı istənilən bölgü şərti xarakter daşıyır. Çünki proseslərin durulması üçün müəyyən zamana ehtiyac var. Ən azından baş verən hadisələrin bir növ, vətəndaşlıq hüququ qazanması vacibdir. Məsələyə konkret mərhələ olaraq yanaşmaq istəməzdim, amma zənnimcə, 20-ci əsrdə jurnalistikanın inkişafı ilə əlaqədar bir neçə cəhət mövcuddur.

Bildiyimiz kimi, əsrin əvvəllərindən 1918-ci ilədək Azərbaycanda jurnalistika ziyalıların yaradıcılıq məhsulu kimi meydanda idi. O ziyalıların ki, həmin vaxt mətbuat orqanları ərsəyə gətirməklə gələcək dövlətin ideoloji əsaslarını formalaşdırır, cəmiyyətə təlqin edirdilər. Nəhayət, dövlət quruldu. 1918-ci ildən isə azad mətbuat və söz adına olan bütün ideyaların gerçəkləşdirilməsi mərhələsi başlandı. Şərqdə ilk senzurasız mətbu mühit yarandı.

Növbəti cəhət kimi jurnalistikamızın Sovetlər Birliyi dönəmini vurğulamaq istərdim. Bu dönəmə baxışlar müxtəlifdir – kimisi inkişafdan, kimisi gerilikdən danışır. Heç bir fikri tam olaraq bölüşmürəm. Əlbəttə, məhz həmin dövrdə jurnalistikamız bir sıra yeni yaradıcılıq vərdişləri qazanıb. Amma mövcud mərhələnin inkişaf üzərində qurulduğu da birmənalı sayıla bilməz. Çünki sözfikir azadlığı olmayan cəmiyyətin mediasında inkişaf varsa belə, o xarab maşının irəliyə doğru getməsini xatırladır.

1988-ci ildən başlanan xalq hərəkatı jurnalistika qarşısında yeni mərhələ açdı. Bu mərhələdə mətbuat xalqın istiqlal ideyalarının carçısına çevrildi. Sözün həqiqi mənasında azad media orqanlarımız yaranmağa başladı. Ölkəmiz suverenliyini əldə etdi. Lakin müstəqilliyin ilk illəri jurnalistikamız üçün bir növ, qeyri-müəyyənlik dövrü kimi yadda qaldı. Artıq təlatümlü illər arxada idi, dövlət müstəqilliyi missiyası yerinə yetirilmişdi. Mətbuat bu mübarizədən obrazlı desəm, döyüşdən qələbə ilə ayrılmış əsgərə oxşasa da, əynindəki mundir cırıq-sökük idi.

1993-cü ildə milli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə yeridilən siyasət kursu jurnalistikamızda da hiss olundu. Bu mərhələni itirilmişlərin bərpası və belə demək mümkünsə, ziyanlardan qorunmaq dövrü kimi xarakterizə edərdim. Dövlət yeni-yeni qurulurdu. Mövcud zaman kəsiyində əslində daha böyük nəticələr gözləmək mümkünsüz idi. Buna baxmayaraq, media sahəsində qətiyyətli addımlar atıldı. Senzura aradan qaldırıldı. Mətbuat üzərində dövlət nəzarəti götürüldü. Bu sahədəki kompleks fəaliyyətin konturları müəyyənləşdirildi. Milli TeleviziyaRadio Şurası, medianın özünütənzimləmə orqanı kimi Mətbuat Şurası formalaşdırıldı. Mərhum prezident Heydər Əliyevin hakimiyyəti dövründə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları donduruldu, ölkəyə gətirilən qəzet kağızı üzərindən gömrük rüsumu ləğv edildi, media sahəsində mühüm qanunvericilik aktları təsdiqləndi və digər məqsədyönlü işlər görüldü ki, bütün bunlar mətbuatın belə demək mümkünsə, ayaqda saxlanılmasına yönələn addımlar səciyyəsi daşıdı.

Cənab İlham Əliyevin prezidentliyi dönəmində isə jurnalistika ilə bağlı bir sıra ideyaların gerçəkləşməsi başlanıb. Bu dövrü keyfiyyətcə tam yeni mərhələ kimi xarakterizə etmək üçün kifayət qədər əsaslar var. Mövcud mərhələnin ən böyük uğuru mediamızın hüquqi bazasının zənginləşdirilməsi və iqtisadi müstəqilliyinin təminatına yönələn real tədbirlərin gerçəkləşdirilməsi, həmçinin problemlərin və onların real həlli yollarının müəyyənləşdirilməsidir. Təbii ki, söhbət inkişafdan gedirsə, xüsusi olaraq “Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbulunu və sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun formalaşdırılmasını xüsusi vurğulamaq lazımdır.

– Azərbaycan mətbuatının bugünkü durumu sizi qane edirmi? Sizcə, mətbuatın hansı vacib problemləri var?

Müqayisə aparsaq, irəliləyişlərimiz konkret uğurlarımız çoxdur. Amma bu, hələlik tam istədiyimiz jurnalistika deyil. Media reklam bazarının tərkib hissəsi deyil, onun ölkə iqtisadiyyatında payı çox azdır. Mövcud mənada ən böyük problem kimi iqtisadi çətinlikləri qeyd etmək mümkündür. Cənab prezidentin sərəncamı ilə jurnalistlərə mənzil tikintisi üçün büdcədən 5 milyon manat vəsait ayrılıb düşünürəm ki, yaxın bir neçə ildə mənzillər sahiblərinə veriləcək. Amma mətbuat işçilərinin sosial müdafiəsi ilə bağlı vəziyyətin istədiyimiz səviyyəyə çatması üçün hələ çox işlər görülməlidir.

Digər cəhət kimi media təmsilçilərimizin peşə hazırlığını vurğulamaq istərdim. Getdikcə qloballaşan dünyada bu amil olduqca aktual səciyyə daşıyır. Onsuz dünya media məkanına inteqrasiya mümkünsüzdür. Əslində hazırda KİV-ə dövlət dəstəyinin prioritet vəzifəsi bunun gerçəkləşdirilməsidir.

Sadaladıqlarım əslində qənaətbəxş olmayan vəziyyətin göstəriciləri idi. Burada məqbul cəhət ondadır ki, biz problemləri görürük. Onların aradan qaldırılması üçün istək iradə var. Son illərin ən böyük uğuru isə məncə bir məqamla əlaqədardırölkəmizin media cameəsi özünü ictimai qüvvə kimi ortaya qoymağı bacarıb. Özü üçün ortaq maraqlar formalaşdırıb. Bu vəziyyət müxalifət, iqtidar mediası kimi tendensiyaları arxa plana keçirməkdə, siyasiləşməni aradan qaldırmaqdadır.

Mətbuat Şurası yarandığı dövrdən bu yana ona rəhbərlik edirsiniz. Sizcə bu qurum öz missiyasını necə yerinə yetirir MŞ-nın Azərbaycan mətbuatının inkişafında rolu dərəcədədir?

Mətbuat Şurası bir ictimai institut olaraq Azərbaycanda medianın təmiz adını özünə qaytarması, “Əkinçiənənələrinin bərpası üçün bir çox işlər görüb. Şuranınreket jurnalistika”ya qarşı mübarizə tədbirlərini izləmək bu mənada canlı təsəvvür yaratmağa kifayət qədər yardımçı ola bilər.

Ümumən nailiyyətlərimiz olub, problemlərimiz . Digər tərəfdən, bu illər ərzində jurnalistlər Mətbuat Şurasının timsalında öz çətinliklərini söyləyə biləcək, hətta bəzən şəxsi işlərində etibar edəcəkləri bir istinadgah qazanmağa müvəffəq olublar. Əlbəttə, bizdən narazılar da yox deyil. demirik ki, bütün problemləri həll edə bilmişik. Amma xoş səmimi niyyətimiz var ki, onun mütərəqqi mahiyyətini çatdıra buna uyğun tədbirlər görə bilirik.

Mətbuat Şurasının ictimai qurum statusu bəzən işimizdə, eləreket jurnalistikakimi bir bəla ilə mübarizədə kifayət qədər çətinliklər yaradır. Lakin mediamızın hazırkı problemlərinin ictimai müzakirəsinin təşkili, həmin diskussiyalar barədə geniş ictimaiyyəti məlumatlandırmaq kimi missiyamız var. Zənnimcə, bu fəaliyyət cəmiyyətə Azərbaycan mətbuatını daha yaxından tanıtdırmaq, jurnalistikanın haradasa itmiş nüfuzunun bərpası baxımından əhəmiyyətlidir.

Mətbuat Şurası indiyədək müxtəlif qanunvericilik təşəbbüsləri ilə çıxış edib. Bu mənada haqqında bəhs etdiyimiz Konsepsiya kimi aktual səciyyə daşıyan sənədin hazırlanmasını vurğulamaq istərdim. Şura diffamasiya təşəbbüsləri ilə çıxış edib, bununla bağlı qanun layihəsini ortaya qoyub. Sənəd ölkə parlamentinə təqdim edilib. Göründüyü kimi, ortada kifayət qədər geniş diapazonlu işlər var bütün bunlar inkişafda özünəməxsus yerə rola malikdir.

Mətbuat Şurasınadək media ilə bağlı narazılıqlar məhkəmə müstəvisinə qalxırdı. Bu isə kütləvi informasiya vasitələrinin təmsilçilərinin uzun-uzadı məhkəmə prosesləri ilə üzləşmələrinə gətirirdi ki, yekun nəticə etibarilə jurnalist yaradıcılığı üçün vaxt məhdudiyyəti yaranırdı. MŞ- isə şikayətlərin araşdırılmasında sadə prosedur tətbiq olunur. Yəni jurnalistlər vaxt itkisi ilə üzləşmirlər. Böyük anlamda isə Şura fəaliyyətə başlayandan medianın məhkəmələrlə üzləşməsi faizində nəzərəçarpacaq azalmalar baş verib ki, fikrimcə, bunu da müsbət məqam kimi vurğulamaq mümkündür.

Siz 136 yaşlı Azərbaycan mətbuatını necə görmək istəyirsiniz?

Əslində bundan söhbət açdım. Əlavə olaraq onu deyim ki, Azərbaycan mətbuatı hansı səviyyədə dayanmasından asılı olmayaraq onda bir mütərəqqilik, insanları həyata səsləmək ruhu var. Bu, onun daxilindən gəlir. Əlbəttə, mediamız müəyyən kənar amillərin təsirinə məruz qalıb. Bəzən fərqli missiyalar yerinə yetirib. Bununla belə, 136 ilin yekunu onu deməyə əsas verir ki, Azərbaycan cəmiyyətində mətbuatın ayrıca institut kimi öz yeri var. Mən həmin yerin rolun daha güclü olmasını, mətbuatın monolit fundamental qüvvəyə çevrilməsini istərdim.

 

 

Pərvanə SULTANOVA

 

525-ci qəzet.- 2011.- 23 iyul.- S.10.