Azərbaycan filmi beynəlxalq festivalda mükafata layiq görülüb

 

Salnaməstudiyasında çəkilmişİz... Qalasənədli filmi Ukraynada keçirilənXarkov yasəmənibeynəlxalq qısametrajlı filmlər festivalında iştirak edib.

Mədəniyyət Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, film festivaldaJurnalistlərin rəğbətimükafatına layiq görülüb.

Yaxın zamanlardaİz... QalaBaşqırdıstanda keçiriləcəkİnsan torpaqbeynəlxalq festivalında da Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, “Salnaməstudiyasında 2010-cu ildə istehsal olunan 27 dəqiqəliİz... Qalasənədli filminin rejissoru Şamil Əliyev, ssenari müəllifi Nadir Bədəlov, operatoru Elşən Əliyevdir. Film Bakı ətrafı kəndlərdən biri Qalada qorunub saxlanmış kəndin qədim tarixini əks etdirən zəngin etnoqrafik material əsasında Heydər Əliyev Fondunun ciddi səyi nəticəsində burada yaradılmış qoruq haqqında bəhs edir.

 

 

525-ci qəzet.- 2011.- 1 iyun.- S.7.